Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Şəhid oğlunun iddiaları ilə bağlı – Rəsmi açıqlama

İyul 29, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56

Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Elşən Orucovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı iddialar yayılıb. 

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun övladı Ehtiram Orucovun videomüraciəti paylaşılıb. 

Şəhid övladı deyib ki, atasının məzarının üzlüyü, mərmər hissəsi qopub tökülüb: “Bayraq yerindən çıxıb, tərsinə asılıb. Qəbiristanlıq təmizlənməyib. Məzarın ətrafındakı ot-alağı özümüz təmizləmişik. Həmçinin, bu 6 il ərzində Qazax RİH-dən qapımızı açan olmayıb…”

Bu iddialarla bağlı Qazax Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən sorğumuza cavab olaraq bildirildi ki, rayonda bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi şəhidi Orucov Elşən Ehtiram oğlunun ailəsi daim diqqət mərkəzində saxlanılır, onların müxtəlif məzmunlu müraciətləri dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür: “Şəhid Elşən Orucovun dəfnində RİH başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib, 2021-2025-ci illər və 2026-cı ilin 6 ayı ərzində RİH başçısının bilavasitə iştirakı ilə bayram günləri ərəfəsi və şəhidin ildönümlərində eləcə də, doğum və anım günlərində şəhidin məzarı 20 dəfə, ailəsi isə 5 dəfə ziyarət olunub. 2021-2025-ci illər ərzində şəhidin anası və həyat yoldaşı etdikləri müraciətlərinə əsasən RİH başçısı tərəfindən 5 dəfə qəbul ediliblər. Şəhid Elşən Orucovun ailəsinə Qazax RİH, Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən şəhidin övladlarının təhsil haqqı da nəzərə alınmaqla ümumilikdə 57601 manat maddi yardım göstərilib. Şəhidin həyat yoldaşı Yusubova Tulzala Asif qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 2 otaqlı mənzillə təmin edilib. Həmçinin o, Abşeron rayonu Xırdalan qəsəbəsində N saylı hərbi hissədə mühasibatçı işləyir. Bundan əlavə, şəhidin anası Dürdanə Orucova Qazax RİH tərəfindən “DOST İş Mərkəzi” MMC-də aylıq əmək haqqı 345 manat olan işlə təmin olunub”.

Eyni zamanda cavabda bildirilib ki, rayonda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xiyaban salınıb: “Qeyd edirik ki, şəhid Elşən Orucovun övladı Ehtiram Orucovun sosial şəbəkələrdə etdiyi videomüraciət öyrədilmiş və qərəzlidir. RİH-nin başçısı şəxsən şəhidin doğum və anım günlərində iştirak edib, şəhidin doğum günündə onun övladları ilə birlikdə olub. Şəhidin övladı Ehtiram Orucovun öyrədilərək qərəzli şəkildə sosial şəbəkələrdə etdiyi videomüraciət RİH tərəfindən araşdırılıb və müəyyən edilib ki, səbəb şəhidin həyat yoldaşı Tulzala Yusubova tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin balansında olan, Qazax şəhəri S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq 11 sot torpaq sahəsini zəbt edərək apardığı tikinti işlərinin RİH və Qazax Rayon Polis Şöbəsi tərəfindən dayandırılmasıdır.

Bundan əlavə şəhidin anası Dürdanə Orucova tərəfindən Qazax şəhəri S.Vurğun küçəsinə şəhidin plakatının vurulması və bulaq tikintisi üçün müraciət edilib, lakin RİH tərəfindən icazə verilməyib. Məlumat üçün bildiririk ki, sözügedən məsələ ilə bağlı son aylarda şəhidin ailəsi dəfələrlə dəvət olunub, lakin onlar qəbulda iştirak etməkdən imtina edib, RİH qarşısında tələb qoyaraq S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq zəbt etdikləri 11 sot torpaq sahəsinə sənəd veriləcəyi təqdirdə görüşdə iştirak edə biləcəklərini qeyd ediblər.

Bununla yanaşı bildiririk ki, şəhid övladı Ehtiram Orucovun etdiyi videomüraciətdə heç bir mərmər qopuntusundan söhbət gedə bilməz, qaldırılan məsələ şər və böhtandır”.

Xatırladaq ki, Elşən Orucov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda xidmət edib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

E. Orucovun özü də şəhid övladı idi. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub.

Gülnar Əliyeva

“Qafqazinfo”

 
Əvvəlki Yazı

İtaliya millisinin yeni baş məşqçisi bəlli oldu

Növbəti Yazı

17 nəfər maksimal bal topladı – DİM

EKSKLUZİV

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 2026 / 16:00
1
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

22 Sentyabr 2026 / 15:53
0
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

22 Sentyabr 2026 / 15:46
0
Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

22 Sentyabr 2026 / 15:30
0

XƏBƏR LENTİ

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Azərbaycanda mal əti bahalaşdı

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub – FOTOLAR

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda yeni balıq növləri tapıldı

Prezident Forum iştirakçılarına müraciət etdi

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Bulvara giriş-çıxış məhdudlaşdırılır

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib

İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.