Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Gülçöhrə Məmmədovanın 27 illik rektorluq fəaliyyəti araşdırılacaq

İyul 30, 2026
A A

REDAKTORUN SEÇİMİ

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) uzun illərdir davam edən idarəetmə və maliyyə fəaliyyəti ilə bağlı yeni iddialar gündəmə gəlib.

Tendensiya.com-a daxil olan məlumata görə, 1999-cu ildən AzMİU-ya rəhbərlik edən Gülçöhrə Məmmədovanın fəaliyyəti ilə bağlı yaxın vaxtlarda universitetdə və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecində genişmiqyaslı yoxlamaların başlanacağı gözlənilir. Bildirilir ki, yoxlamaların Hesablama Palatası və digər aidiyyəti dövlət qurumları tərəfindən aparılması nəzərdə tutulur.

Mənbənin iddiasına görə, araşdırmalar universitetdə dövlət vəsaitlərinin xərclənməsi, satınalmalar və tender prosedurları zamanı yol verilmiş mümkün qanun pozuntularını əhatə edəcək. Həmçinin rektorun uzun illər tutduğu vəzifədən ayrılması ilə bağlı qərarın da gündəmdə olduğu bildirilir.

Tenderlər və satınalmalar diqqət mərkəzində

Universitetin satınalma fəaliyyəti ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar da bir sıra suallar yaradır.

Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumatlara əsasən, 2025-ci ilin aprel-may aylarında AzMİU tərəfindən 26 satınalma müsabiqəsinin nəticələri açıqlanıb. Maraqlıdır ki, həmin müsabiqələrin başlanma və yekun tarixləri 2023-2024-cü illərə təsadüf edir. Bu isə yekunlaşmış müqavilələrin niyə uzun müddət sonra portala yerləşdirilməsi ilə bağlı suallar doğurur.

Diqqət çəkən nümunələrdən biri 2 saylı tədris binasının cari təmiri ilə bağlıdır. Portaldakı məlumata əsasən, 1 may 2025-ci ildə “RM ENGINEERING AND CONSULTING” MMC ilə 74 min 738 manat məbləğində müqavilə bağlanıb. Sənədlərdə müsabiqənin başlanma tarixi 5 dekabr 2023-cü il, zərflərin açılması isə 24 noyabr 2023-cü il göstərilib. Beləliklə, zərflərin müsabiqə başlanmazdan əvvəl açıldığı görünür. Qeyd olunur ki, həmin şirkətlə daha əvvəl də ümumi dəyəri 117 min manata yaxın olan müqavilələr imzalanıb.

Digər diqqətçəkən məqam “BƏRPA-AS” MMC ilə bağlıdır. Şirkətlə həyətyanı ərazinin abadlaşdırılması üçün 57 min 995 manatlıq müqavilə bağlanıb. Açıq məlumatlara görə, 2020-2023-cü illərdə eyni şirkətlə ümumi dəyəri 3 milyon 58 min manatdan artıq olan səkkiz müqavilə imzalanıb.

Ən çox diqqət çəkən satınalmalardan biri isə 4 saylı tələbə yataqxanasının təmiri ilə bağlıdır. Belə ki, 2021-ci ildə bu məqsədlə 577 min manat ayrıldığı halda, cəmi bir il sonra eyni obyekt üçün yenidən 969 min 511 manat məbləğində vəsait ayrılıb. Portaldakı məlumatlardan görünür ki, həmin tender zərflərin açılmasından müqavilənin bağlanmasına qədər cəmi altı gün ərzində yekunlaşıb.

Lift və turniketlərə texniki xidmətlə bağlı “ASLİFT” MMC ilə bağlanmış müqavilələr də diqqət çəkir. Müqavilələrin dəyəri 2022-ci ildə 48 min manat olduğu halda, 2023-cü ildə 64 min manata yüksəlib. Eyni zamanda, 54742 nömrəli satınalma üzrə portalda dəvət elanı görünməsə də, qalib şirkət kimi yenə “ASLİFT” MMC göstərilib.

Universitet rəhbərliyi müxtəlif vaxtlarda bu uyğunsuzluqları portalın texniki yenilənməsi ilə əlaqələndirib. Lakin açıq məlumatlarda yalnız AzMİU ilə bağlı bu cür ziddiyyətlərin görünməsi müxtəlif suallar doğurur.

Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı iddialar

AzMİU-da dövlət büdcəsindən və tələbələrin təhsil haqlarından formalaşan vəsaitlərin xərclənməsi də müzakirə mövzusu olaraq qalır.

Mətbuatda daha əvvəl dərc olunmuş məlumatlarda müəyyən satınalmalar üzrə təxminən 935 min manat vəsaitin müxtəlif şirkətlər arasında bölüşdürüldüyü bildirilirdi. Həmin məlumatlara əsasən:

* “Qardaşlar Mebel-3” MMC-yə inventar alınması üçün 249 min 442 manat;
* “Xəzri Group” MMC-yə idarə xərcləri üçün 109 min 769 manat;
* “İnci Group of Companies” MMC-yə dəftərxana və təsərrüfat malları üçün 104 min 938 manat;
* “Aysberg SH” MMC-yə avadanlıq alınması üçün 103 min 958 manat;
* “Gesco” ASC-yə isə mühafizə xidmətinə görə 80 min manat ödənilib.

Mənbə hesab edir ki, universitetdə maddi-texniki bazanın və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsi gözlənilən vəsaitlərin xərclənmə istiqamətləri ilə bağlı əlavə araşdırmalara ehtiyac var.

Digər iddialar

Məlumatda qeyd olunur ki, Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi struktur yalnız universitetlə məhdudlaşmır. AzMİU-nun nəzdində fəaliyyət göstərən İnşaat Kolleci, Layihə İnstitutu və lisey də eyni idarəetmə sisteminə daxildir.

Bununla yanaşı, müxtəlif illərdə universitetdə imtahan prosesi, eləcə də rektorun ailəsinə məxsus olduğu iddia edilən biznes obyektləri ilə bağlı müxtəlif məlumatlar mətbuatda dərc olunub.

Yoxlamalar gözlənilir

Mənbənin bildirdiyinə görə, yaxın vaxtlarda keçiriləcəyi gözlənilən yoxlamalar zamanı universitetin maliyyə-təsərrüfat fəaliyyəti, satınalmalar və büdcə vəsaitlərinin xərclənməsi hərtərəfli araşdırılacaq.

Adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki Yazı

Vətəndən uzaqlarda vətən savaşı: Hikmət Hacıyev daha bir blogeri mat qoydu…

Növbəti Yazı

Bakı Qızlar Universiteti bağlanıb

EKSKLUZİV

Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

16 Sentyabr 2026 / 16:00
2
Qırmızı xəttə buna görə köhnə qatarlar buraxılır – Rəsmi

Qırmızı xəttə buna görə köhnə qatarlar buraxılır – Rəsmi

16 Sentyabr 2026 / 15:48
2
Prezidentin sosial media hesablarında paylaşım edildi – VİDEO

Prezidentin sosial media hesablarında paylaşım edildi – VİDEO

16 Sentyabr 2026 / 15:30
1
Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

16 Sentyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

Qırmızı xəttə buna görə köhnə qatarlar buraxılır – Rəsmi

Prezidentin sosial media hesablarında paylaşım edildi – VİDEO

Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

Ronaldu “Əl-Nəsr”in sahibi olacaq?

Qubada bu ərazilərin adı dəyişdirilir

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

Azərbaycanda hərracda gəmi satıldı

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq – SABAHIN HAVASI

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Taksi sürücüləri sabah imtahan verəcəklər

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan nümayəndə heyəti Budapeştdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edib

Məktəblərin tədris planları TƏSDİQLƏNDİ

Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

Azərbaycan neftinin qiyməti 128 dollar olub

Ermənilər Bəstiçaya civə töküb?

Qazın qiyməti bahalaşdı

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Bakı məktəblərinə gedəcək şagirdlərin SAYI

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Sabah Bakıda 32 dərəcə isti olacaq

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib

İranın vitse-prezidenti Avstriyaya buraxılmadı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.