Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Avqust 5, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50

Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

Yenixeberorg.com: “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs (PHŞ) ″GEOPROJECT″ MMC, “İNTEGRİS” MMC, “AZİN CONSTRUCTİON” MMC və “ARCH-TİKİNTİ” MMC ilə layihələndirmə işləri, “NAKHISH” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə Bəylik kəndində meyvə bağının salınması, eləcə də “HAYAT GROUP” MMC ilə xüsusi təyinatlı texnikaların təmiri ilə bağlı anlaşıb. 28.06.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, tərəflər arasında razılaşma ″GEOPROJECT″ MMC ilə 1.287.757 manatlıq “Vəlibəyli kəndi), “İNTEGRİS” MMC ilə 896.139 manatlıq (Qoşasu kəndi) və “HAYAT GROUP” MMC ilə 38.551 manatlıq olub. Daha sonra-24.07.2026-cı il tarixdə isə eyni dövlət portalında yer alan məlumata görə, “AZİN CONSTRUCTİON” MMC ilə 1.449.984 manatlıq ( Hacıxanlı kəndi), “ARCH-TİKİNTİ” MMC ilə 874.969 manatlıq (Səfiyan kəndi) və “NAKHISH” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə 74.860 manatlıq müqavilə bağlanıb.

Sadadığımız müqavilələrdə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

Məhz bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir…Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var… Yuxarıda qeyd etdiyimiz kimi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb. Həm də toplam dəyəri milyonlarla ölçülən müqavilələr…

Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur: , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in müxtəlif işlərlə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s…

***

Biz Yenixeberorg.com olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in icraçl direktoru cənab Rafiq Salmanova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq…Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)

Haşiyə: Xatırladaq ki, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ prezident cənab İlham Əliyevin 26 may 2023-cü il tarixli №2151 fərmanı ilə yaradılıb. Qurumun icraçı direktoru Rafiq Salmanov isə ötən ilin sentyabr ayından bu vəzifəni daşıyır…

                            Hörmətlə xatırlatma…

Əvvəla, hörmətli icraçı direktora xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır…

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.com)

Əvvəlki Yazı

Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq – XƏBƏRDARLIQ

Növbəti Yazı

Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

EKSKLUZİV

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

19 Sentyabr 2026 / 17:19
3
ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

19 Sentyabr 2026 / 14:45
2
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

18 Sentyabr 2026 / 14:38
30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 / 15:00
4

XƏBƏR LENTİ

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Paşinyan: həbslərdə istsinalar olmayacaq

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

Paşinyan rus dili kursuna gedir

Sabah hava necə olacaq?

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

DİN-ə yeni vəzifə həvalə olunub

Xəzər dənizində partlayışlar gözlənilir

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Uşaq evlərindən 28 gənc tələbə oldu

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

Messi bu klubu satın aldı

Azad edilmiş ərazilərdə yaşayanların sayı 93 mini keçib

“Həzi Aslanov”da işlər nə vaxt tamamlanır? – Rəsmi

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Təhlükəli mallar bazardan yığışdırılacaq

Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Qazaxda aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.