Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İdman

Qurban Qurbanov: Vacib qələbə əldə etdik

Avqust 14, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” “Dinamo”nu qəbul edib – 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

“Gərgin, stressli oyun idi. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyunun içində oldular. Qarşımızda uduzmaq istəməyən rəqib var idi. Topla düzgün şeylər etdik. Toplu da, topsuz da. Vacib qələbə əldə etdik. Azarkeşlərə təşəkkür edirəm. Sanki keçən ili ÇL-in qrupundakı ab-hava, birlik bu gün də stadionda var idi. Rəqibə də uğurlar arzulayıram. Bizim üçün bu cür rəqiblə oynayıb, qalib gəlmək xoş oldu. “Dinamo”ya Bakıda azarkeşlik edən çox adam var. Biz özümüz də uşaq vaxtı azarkeşlik etmişik onlara”.

– Rəqib baş məşqçi dedi ki, “Qarabağ” imkanlardan yararlandı deyə, qalib gəldi. Birinci oyunla ikinci oyun arasında hansı fərqlər var idi?

– Çox fərq var idi. Burada həm daha aktiv idik, pressinqlərimiz daha düzgün alınırdı, topla daha düzgün, tez davranırdıq. Rəqibi topsuz qoymağa çalışırdıq. İkinci hissədə bəzi dəyişikliklər oldu. Bu cür istidə 90 dəqiqə eyni tempi saxlamaq mümkün deyildi. Hazırlaşdığımız çox şey var idi, onu da gördük. Dəyişiklik mən tərəfdən var idi.

– Mateuş Koxalskinin ehtiyatda qalması nə ilə əlaqədardır?

– Oyunu qane edir. Ayrılmağı ilə bağlı da heç bir fikir, danışıq yoxdur. Sadəcə bəzi yazılar var idi. Amma elə şey yoxdur. Futbolçulara bəzən istirahət daha faydalı olur. Martin Zlomisliç də özünü yaxşı tərəfdən göstərdi. Koxalskinin getməsi barədə heç nə yoxdur. Martinin oynamasının risk olduğunu düşünənlər ola bilərdi, amma mən belə düşünmürdüm.

– Ən razı qaldığınız oyun “Dinamo”ya qarşı bu gün oldu?

– Qalibiyyət olanda, həmişə daha çox razı qalırsan. Amma birinci iki oyunda da yaxşı oyunumuz var idi. Həm Bakıdakı, həm də səfərdəki matçda. Amma daha xarakterli, daha döyüşkən matçı Sofiyadakı 120 dəqiqədə daha bərk, daha möhkəm idik. 120 dəqiqədə dözdük. Hər oyunun öz dəyəri, öz keyfiyyəti var. Qalibiyyət bəzən çox şeyi üstələyir. Desəm ki, bu gün oyundan tam razıyam. Təbii ki, daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdim. Get-gedə yaxşılığa doğru çox şey olacaq.

– “Tvente”yə qarşı necə oynamalısız?

– “Tvente”nin oyununa baxmamışam. Sadəcə qollara baxmışam, hansı ki, 6:0 qalib gəlmişdilər. Yaxşı qollar vurdular. Sırf Niderland futbolu qolları idi. İlk qrup mərhələsinə bu rəqibi məğlub edərək düşmüşük. Topa nəzarət etməyi bacaran kollektivdir. Ola bilər ki, bu matçda daha çox düşünməli olacağıq. Daha çox hərəkətli olmaq lazım gələ bilər. Hazırlaşmaq üçün vaxtımız olacaq.

– Elvin Cəfərquliyev zədədən sonra meydana gec qayıtdı, Zubir də əvəzlənəndə Lobato meydana gec daxil olmalı oldu…Yeni qaydalar haqda fikriniz necədir?

– Birinci epizod elədir ki, qaydadır, bir dəqiqə kənarda gözləməlisən. Elvində ağrılar oldu. İkinci epizodda isə cüzi saniyələr var idi. Belə anları hakimlər də başa düşməlidir, gərgin, isti havadır. Baxdım Zubirə gördüm ki, yanımdadır, tez gəldi. Normal haldır. Belə hallar çox olacaq. Aut atışı, qapıçı topu başlayanda….Hələ tam hamı formalaşmayıb…

– Zlomisliçin meydana buraxılması riskli qərar oldu. Onun oynunu necə qarşılayırsız?

– Risk etməyən qəhrəman olmaz. Risk deyildi, sadəcə Martin təcrübəli qapıçıdır. “Riyeka” ilə avrokuboklarda oynayıb. Ən azından dünya çempionatında oynamasa da,orada olub, futbolu hiss edib. Təcrübəsi ilə bağlı narahatçılığım yox idi. Olsaydı, buraxmazdıq.

– Elvin Cəfərquliyev deyib ki, bir neçə müddət asfaltda məşq etmişəm. Elvin şıltaqlı dövrünü geridə qoyub?

– Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin. Asfatlda məşq etməyib məncə..Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik(gülür).

– “Sabah”ın şanslarını necə dəyərləndirirsiz? “Qarabağ”la “Sabah” rəqabəti çempionatımıza nə verəcək? Maqsud Adıgözəlov da deyib ki, “Qarabağ” qarşımızda idi deyə, bu rəqabətdən motivasiya aldıq…

– “Sabah”a uğurlar arzulayıram. Bu cür komandalar, belə nəticələr olmasa, futbol inkişaf etməz. Bu gün ilk ÇL-in pley-off mərhələsində çıxmaq böyük uğurdur. Digər tərəfdən həm oyun, həm də nəticə çox cəlbedicidir. Dəfələrlə demişəm ki, “Sabah” çox planlı şəkildə işini qurub, gələcəyi düşünərək…Bu, ancaq bizə motivasiya verir, həm də digər koamandalara. Həm də ki, Azərbaycan futboluna böyük inam verir. Əgər biz şansımızdan istifadə etdiksə, ÇL, Avropa Liqasında qruplarda oynadıqca, “Sabah” bunu təkrarlayırsa, Qəbələ” və “Neftçi” illərlə davam etsəydi, digər klublar daha inamlı olacaqdılar. Sponsorlar daha tez cəlb olunacaqdılar. Bu gün bu nəticələr varsa, həm Azərbaycanda futbola belə maraq varsa…”Sabah”ın cavab oyununda stadion dolu idi. Digər klublar da buna görə həvəslənir. Təşəkkür edə bilərik buna görə onlara, rəhbərliyinə, belə iş qurduqlarına görə. Uduza da bilərik, uda da bilərik. Əsas odur futbolumuz canlansın. “Sabah” inşAllah inamla gedir. ÇL-ə düşərlər. Biz də düşsək, iki komanda daha maraqlı olar. Tez-tez avropa oyunu izləmək hamı üçün təcrübə olacaq. “Sabah” rəhbərliyinə təşəkkür edirəm ki, belə fikirlər söyləyiblər.

– “Sabah” və “Qarabağ” eyni vaxtda evdə oynayacaq, 1-2 gün ara ilə. Stadionun yüklənməsi sizi narahat edir?

– Bu gün də narahat edir meydança. Şükürlər olsun ki, hələ belə saxlayıblar. Əvvəllər daha pis durumda olurdu. Komandalarla da, stadionla dil tapacağıq. Təki belə problemlərimiz olsun.

– “Qarabağ”ın Konfrans Liqasında şanslarını necə dəyərləndirirsiz?

– Şanslar var. Bəzən istədiyim dəyişiklikləri edə bilmirdim. Hər mövqe üçün oyunçu istəyirik, müdafiə xəttinə, hücum xəttinə. Maksimum 1 oyunçu transfer etmək istəyirik.

Əvvəlki Yazı

Bu il həbsxanalarda bağlanan nikahların sayı

Növbəti Yazı

Rusiya Ermənistana şərt qoydu

EKSKLUZİV

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

09 Oktyabr 2026 / 20:48
1
Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

09 Oktyabr 2026 / 18:42
1
Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 / 14:30
1
Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

09 Oktyabr 2026 / 14:14
1

XƏBƏR LENTİ

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sabah Bakıya yağış yağacaq

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

9 ayda sığortaolunanların sayı artıb

Son bir ayda inflyasiya sabit qalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Əhalinin gəlirləri artıb 10%-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 mlrd. manatı ötüb

Daha 3 avtobusun yolu dəyişdirildi

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 62 mini ötüb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – PREZİDENT

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.