“Misli” mərc oynayanların hesabına bonus göndərməyə başlayıb. Cumhuriyyet.az-a verilən məlumata görə, istifadəçilər bonuslardan yararlana bilmirlər. Bu da onlarda çaşqınlıq yaradıb. Mərc həvəskarlarından gələn xəbərlərə görə, “Misli” bonus olaraq məsələn, hesaba 3 manat vəsait yatırır. Amma qeyri-müəyyənlik ondan ibarətdir ki, həmin vəsaitdən istifadə etmək olmur, yəni hər hansı oyuna mərc qoymaq mümkün deyil.
İstifadəçilər bu məsələyə aydınlıq gətirilməsini xahiş edirlər. Onlar sual edirlər ki, əgər bonus verilirsə, istifadəsinə niyə şərait yaradılmır… Yox, şirnikləndirmək məqsədi güdürsə, reklam olduğu elan edilsin.
Cumhuriyyet.az vətəndaşların narahatlığını nəzərə alaraq, şirkətin məsələ ilə bağlı izahatını dərc etməyə hazırdır.









