Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İdman

Qazaxda ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir

Oktyabr 10, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Artıq ilin əvvəlindən başlayaraq “Qazax İdman paytaxtı – 2026” çərçivəsində silsilə tədbirlər təşkil olunur.

Bədii gimnastika üzrə “Grace of Nature” turnirində gimnastların budəfəki dayanacağı qədim tarixə və zəngin mədəniyyətə malik “İdman paytaxtı” Qazax şəhəridir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyası, Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir.

10 və 11 oktyabr tarixlərində Qazax şəhəri ilk dəfə olaraq bədii gimnastika üzrə “Grace of Nature” turnirinə ev sahibliyi edir. Turnirdə paytaxt Bakı və regionları təmsil edən ümumilikdə 250-yə yaxın gimnast iştirak edir.

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə paytaxt və bölgələri təmsil edən 20 klubdan balaca, yeniyetmə və gənc gimnastlar xalça üzərində məharətlərini nümayiş etdirəcəklər.

Yarışda paytaxt idmançılarına Abşeron, Sumqayıt, Ağdaş, Gəncə, Göyçay, İsmayıllı, Mingəçevir, Sabirabad, Şamaxı, Şəmkir, Şirvanı təmsil edən gimnaslar da qoşulub.

İki gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Turnirin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Gimnastika Federasiyasının nünayəndələri, təchizat üzrə menecer Fuad Abbasov, milli yarışlar üzrə menecer Elmira Lələyeva, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və idarənin əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, gənclər, könüllülər, idmançılar, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları, balaca fidanları salamlayıb, səmimi ürək sözlərini çatdıraraq yarışacaq gimnastlara uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda belə bir möhtəşəm turnirin keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə razılığını ifadə edən icra başçısı bu cür turnirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının müvafiq qərarına əsasən Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyini, bu münasibətlə Qazaxın mötəbər tədbirlərə, yarışlara, çempionatlara, turnirlərə ev sahibliyi etdiyini, ilin sonuna kimi yüksək səviyyəli tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi bugünkü turniri həmin silsilə tədbirlərin davamı kimi qiymətləndirərək bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək yarış iştirakçıları olan balaca fidanlara uğurlar arzulayıb. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara, xüsusilə də gimnastika idman növünə göstərilən dövlət qayğısından söz açan millət vəkili bugünkü turniri həmin qayğının davamı kimi qiymətləndirib.

Sonra yarışa start verilib. Balaca fidanlar qalib adı uğrunda öz məharətlərini göstəriblər. Qaliblər mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

Əvvəlki Yazı

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

EKSKLUZİV

Qazaxda ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir

Qazaxda ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir

10 Oktyabr 2026 / 17:02
4
“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

09 Oktyabr 2026 / 20:48
1
Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

09 Oktyabr 2026 / 18:42
1
Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

09 Oktyabr 2026 / 14:30
2

XƏBƏR LENTİ

Qazaxda ilk dəfə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir keçirilir

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb

Xaricdəki səfirliklərimizə yeni səlahiyyət verildi

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sabah Bakıya yağış yağacaq

Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

9 ayda sığortaolunanların sayı artıb

Son bir ayda inflyasiya sabit qalıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Əhalinin gəlirləri artıb 10%-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 mlrd. manatı ötüb

Daha 3 avtobusun yolu dəyişdirildi

“Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır” – Paşinyan

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır – TƏQVİM

Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır – İlham Əliyev

Paşinyan: Azərbaycan dəmir yolu bir ilə yaxındır Ermənistan yükləri üçün açıqdır

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 62 mini ötüb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – PREZİDENT

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.