Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Oktyabr 19, 2026
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

Sorğumuzda yer alan suallar “unudulur”…Tərəfdaş kimi “Evrascon” ASC-nin “seçilməsi” əsaslandırılmır(?)

Yenixeberorg.az: Xüsusi ilə son illər yağan yağışların Bakı, Sumqayıt, ümumiyyətlə Abşeron yarımadasında ciddi problemlər doğurduğu məlum. Səbəb kimi isə başlıcası kanalizasiya-drenaj xətlərindəki qüsurlar önə çəkilir. Artıq hökumətin bu istiqamətdə ciddi ölçülər götürdüyü, konkret addımlar atıldığı görünür…

Belə ki, ötən ayın sonlarında məlumat yayıldı ki, Azərbayca Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki qurum – İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ Bakı şəhərinin bir sıra rayonları, eləcə də Sumqayıt şəhəri inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işlərinin həyata keçirilməsini AVRO-ASİYA İNŞAAT KORPORASİYASI- “EVRASCON” ASC -yə həvalə edib, tərəflər arasında müqavilə bağlanıb. 22.09.2026-cı il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, bu müqavilənin dəyəri ümumilikdə 5 mln 201 min 558 manatdır.

Olsun, amma…Bu əməkdaşlıq bir sıra detalları ilə cəlbedici görünür…

Əvvəla, xatırladaq ki, nədəndirsə “Evrascon” ASC ADSEA-nın ən sevimli tərəfdaşına çevrilib. Google üzərindən bir axtarış yetər ki, tərəflər arasında “N” sayda əməkdaşlıq faktları ilə rastlaşaq…Sanki ADSEA-nın işlərini görə biləcək digər şirkətlər yoxdur kimi(?)

İkincisi-daha da maraq doğuran fakt bu dəfə tərəflər arasında satınalma prosedurunun dövlət satınalmalarının vahid internet portalında keçirilməməsidir (elektron satınalma deyil). Satınalma bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və bu barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

Elə bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir…Və qeyd etdiyimiz kimi, tərəflər arasındakı əməkdalıq faktlarının az qala ədədi silsilə şəkilini almasışübhələri daha da stimullaşdırır. Bu istiqamətdə oxucularımızın “Yenixeberorg.az”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın “özünəməxsus səbəbləri” var…

Bu sözün bəlli mənasında maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

Elə isə sual olunur:ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ görüləcək işlərlə bağlı “Evrascon” ASC ilə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Yoxsa, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in görüləcək işlərlə bağlı seçim edə biləcəyi başqa şirkətlər yoxdur…(?) Baxın, ən aktual və cavablandırılması vacib sual da, məhz budur!

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞtərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

“Evrascon” ASC hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s…

***

Biz “Yenixeberorg” olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə hər iki tərəfə-həm İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in İdarə Heyətinin sədri cənab Tahir Xəlilova, həm də “Evrascon” ASC-nin sədri cənab Əfəndi İsmiyevə online rəsmi sorğu ünvanladıq…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ İdarə Heyətinin sədr müavini Cavid İsmayılzadənin imzası ilə aldığımız cavabda qeyd edilir ki, “Bakı şəhərinin Xətai, Nizami, Binəqədi və Sabunçu rayonlarının, eləcə də Sumqayıt şəhərinin inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların operativ şəkildə aradan qaldırılması, kanalizasiya sistemlərinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin əhalinin və digər istehlakçıların kanalizasiya xidmətindən normal istifadəsinin təmin olunması məqsədi ilə müvafiq təmir və bərpa işlərinin həyata keçirilməsinə zərurət yaranmışdır.

Bununla əlaqədar olaraq satınalma proseduru həyata keçirilmiş və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin tələblərinə uyğun olaraq satınalma müqviləsi imzalanmışdır.”

Daha sonra isə tərəfdaşın “Evrascon” ASC olduğu bildirilir.

Cavabda sorğumuzda yer alan suallar “unudulur”…Birbaşa müqaviləni doğuran səbəblər göstərilsə də, tərəfdaş kimi “Evrascon” ASC-nin “seçilməsi” əsaslandırılmır(?) Niyə məhz, “Evrascon” ASC”? Niyə müvafiq satınalma müsabiqəsi olmadan?

“Evrascon” ASC-dən isə hələ ki, cavab yoxdur(?)

***
Onu da xatırladaq ki,  “Azərkörpü” ASC-nin varisi sayılan AVRO-ASİYA İNŞAAT KORPORASİYASI- “EVRASCON” ASC Baş nazirin sabiq müavini Abid Şərifova balılığı ilə tanınır… Mediada yer alan məlumatlara görə, A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Şərifovların “Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir.

“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.

Bundan əlavə “Yenixeberorg”un araşdırmaları ilə məlum oldu ki, İsmiyevlərə bağlı digər şirkətlər də var və həm də böyük məbləğdə tender qalibləri olurlar. Daha şox da ADSE ilə…

Məsələn,  Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin dövlət qeydiyyatına alınması barədə məlumat yoxdur. MMC-nin saytında “HYDROTRANS – ENGİNEERİNG” su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi 1989-cu ildə körpü mühəndisi İsmiyev Əfəndi Muradoviç tərəfindən yaradıldığı göstərilir.

Bəs “Regional Su Meliorasiya Xidməti” nin 153.400 manat dəyərində bağladığı müqavilədə göstərilən VÖEN hansı şirkətə məxsusdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin VÖEN-i (1000104731) kimi göstərilən eyniləşdirmə nömrəsi “MİRAS ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Reyestr məlumatlarında “MİRAS ENGİNEERİNG” MMC-nin 21.02.1995-ci ildə dövlət qeydiyyatına alındığı, 01.09.2004-cü ildə VÖEN-in aldığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 716.1 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, QURBAN XƏLİLOV, ev.8, qanuni təmsilçisi kimi isə Emina Khanum Omariyeva qeyd olunub.

Qeyd edək ki, “MİRAS ENGİNEERİNG” MMC-nin ünvanı həm də Əfəndi İsmiyevin sahibi olduğu Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC ilə eyni ünvanda yerləşir.

Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin ilk qanuni təmsilçisi Şirinov Mənaf İsfəndiyar oğlu olub. Daha sonra Əliyev Natiq Balabəy oğlu MMC-nin qanuni təmsilçisi olub.

MMC-nin hazırki qanuni təmsilçisi Emina Khanum Omariyeva kimdir.

İnternet üzərindən apardığımız araşdırma zamanı məlum oldiu ki, Oмариева Эмина-Ханум Магомедовна Rusiyada, Республика Дагестан, г Махачкала, Батырая ул, д. 11, помещ. 814 ünvanda qeydiyyata alınmış ООО “Гидротранспроект” -in təsisçidir. Bundan əlavə xanım həm də Maxaçkala şəhərində daşınmaz əmlakın icarəsi ilə də məşğul olur.

Həm də, rusprofile.ru portalına yerləşdirilmiş məlumata görə 21.05.2025-ci ildə Moskva şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb.

                           Və son əvəzi…

Əvvəla, hörmətli İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ İdarə Heyətinin sədrinə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda hər iki tərəf medianın sorğusunu da cavablandırmalıdır. Həm də detalları ilə… Ki, hansısa yanlış informasiya tirajlanmasın

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.az)

Əvvəlki Yazı

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

Növbəti Yazı

Anar Bayramov səhiyyə naziri təyin edilib

EKSKLUZİV

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

19 Oktyabr 2026 / 13:10
3

19 Oktyabr 2026 / 13:07
0
Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

19 Oktyabr 2026 / 13:00
0
Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

19 Oktyabr 2026 / 12:47
0

XƏBƏR LENTİ

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə…

DYP küləkli hava ilə bağlı sürücülərə müraciət edib

Yusif Alıyev: “Atamın tanıtımından başlayan yol…”

Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi – Simonyan

Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanlayıb

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Hesablama Palatasının strukturu dəyişir

Dekabrın 15-i saat 18:00 – bundan sonra gec olacaq!

Azərbaycan böyük iş görür – Tokayev

Sabah 31 dərəcə isti olacaq

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.