Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Oktyabr 21, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Mətbuat Şurası jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və mesajların göndərilməsi halları ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Cumhuriyyet.az-a MŞ-dan məlumat verilib.

Bildirilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur:

“Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər.

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır. Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir”.

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmağı, hüquq-mühafizə orqanlarını məlumatlandırmağı tövsiyə edib.

“Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz. Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə info@nca.az elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın. İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər. Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur. Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin. Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər. Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır”, – məlumatda qeyd olunub.

 

Əvvəlki Yazı

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Növbəti Yazı

Azərbaycana 38 min ton ət gətirildi – Qiymətə necə təsir edəcək?

EKSKLUZİV

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 / 14:00
0
Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

21 Oktyabr 2026 / 13:52
0
Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb

Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb

21 Oktyabr 2026 / 13:48
0
Azərbaycanın xarici borcunun region ölkələri ilə müqayisəsi – RƏQƏMLƏR

Azərbaycanın xarici borcunun region ölkələri ilə müqayisəsi – RƏQƏMLƏR

21 Oktyabr 2026 / 13:30
0

XƏBƏR LENTİ

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb

Azərbaycanın xarici borcunun region ölkələri ilə müqayisəsi – RƏQƏMLƏR

Azərbaycana 38 min ton ət gətirildi – Qiymətə necə təsir edəcək?

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanda yağ kəskin bahalaşdı

Azad edilmiş ərazilərə 28 milyard manat investisiya yatırılıb

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Bu avtomobillərin sürücüləri məsuliyyətə cəlb oluna bilər

Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq

Bu şəxslərə pulsuz torpaq veriləcək

Yerli özünüidarəetmə təkmilləşdirilməlidir – Əli Əhmədov

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

Güneydən Azərbaycanla bağlı bəyanat

Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

Bəzi ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Türkiyə parlamenti Məkkə sazişini təsdiq edəcək

Sabahın havası açıqlanıb

Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

DİM sədri narazılıqlara münasibət bildirdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.