Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır

Oktyabr 22, 2026
A A

REDAKTORUN SEÇİMİ

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.

2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, yeni stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzrə inşa ediləcək.

“Bakı Metropoliteni” QSC-dən Cumhuriyyet.az-a bildirilib ki, Bənövşəyi xəttin 5-ci stansiyasının 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Cəlil Məmmədquluzadə küçəsində yerləşən, layihə adı “B-04” olan stansiya Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli qərarı ilə “20 Sentyabr” adlandırılıb. Hazırda stansiyada tikinti işləri son tamamlama mərhələsindədir, memarlıq tərtibatı və abadlaşdırma işləri davam etdirilir. Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir.

Qurumdan bildirilib ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. İşlərin təxminən 11 ay davam etməsi planlaşdırılır. Təxminən 200 metrlik tunelin inşası ilə əlaqədar xətlər üzrə müstəqil hərəkət qrafikləri tətbiq edilib. Hazırda Yaşıl xətt üzrə qatarlararası interval 3 dəqiqə 30 saniyə, Qırmızı xətt üzrə isə 2 dəqiqə 30 saniyə təşkil edir.

Sərnişin sıxlığının azaldılması üçün qatarlararası intervalların daha da qısaldılması imkanları araşdırılır. Eyni zamanda, stansiyalardakı videomüşahidə sistemlərindən əldə olunan məlumatların süni intellekt vasitəsilə təhlili üçün həllər hazırlanır. Bu texnologiyaların sərnişin axınının və sıxlıq səviyyəsinin operativ qiymətləndirilməsinə, eləcə də mövcud resurslardan daha səmərəli istifadəyə imkan verəcəyi gözlənilir.

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov isə Bakı metropoliteninin genişləndirilməsinin zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, yeni stansiyaların tikintisi ilə yanaşı, mövcud infrastrukturun tam gücü ilə işləməsi də təmin edilməlidir. Bunun üçün Dərnəgəl və Xocəsən depolarında nəzərdə tutulan işlər tamamlanmalı, xətlərin müstəqil fəaliyyəti üçün zəruri şərait yaradılmalıdır.

Ekspert hesab edir ki, ümumilikdə, 2030-cu ilədək nəzərdə tutulan 10 stansiyanın açılması ictimai nəqliyyatda sərnişin yükünün bölüşdürülməsinə, avtobus marşrutlarının yükünün və bəzi istiqamətlərdə yol sıxlığının azalmasına kömək edə bilər. Xüsusilə Xətai, Günəşli və Əhmədli istiqamətlərindən şəhər mərkəzinə sərnişin daşımalarının yaxşılaşdırılması baxımından layihələrin əhəmiyyətini vurğulayıb.

Ə.Hüseynov metronun gələcək inkişafı ilə bağlı dairəvi xəttin yaradılmasını da vacib hesab edir. Onun fikrincə, Dərnəgül stansiyasından Sabunçu istiqamətinə, daha sonra Həzi Aslanov tərəfə yeni stansiyaların tikilməsi nəzərdən keçirilə bilər.

Ekspert Xırdalan istiqamətində yeni metro xəttinin çəkilməsini, həmçinin Sabunçu, Bakıxanov, Suraxanı, Qaradağ və Badamdar ərazilərinin metro şəbəkəsi ilə əhatə olunmasını gələcək inkişaf perspektivləri sırasında qeyd edib.

Onun sözlərinə görə, bu layihələrin reallaşması ayrılacaq investisiyalardan və metropolitenin texniki imkanlarından asılıdır. Bakı və Abşeron ərazisində əhalinin mobilliyini artırmaq, ictimai nəqliyyatın əlçatanlığını yaxşılaşdırmaq üçün metro şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi vacibdir.

Əvvəlki Yazı

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

Növbəti Yazı

Azərbaycanda payız yay havasına döndü

EKSKLUZİV

AFFA klub rəhbərinə ağır cəza verdi

AFFA klub rəhbərinə ağır cəza verdi

23 Oktyabr 2026 / 14:49
0
Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

23 Oktyabr 2026 / 14:30
1
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 2026 / 14:15
8
“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

23 Oktyabr 2026 / 14:14
1

XƏBƏR LENTİ

AFFA klub rəhbərinə ağır cəza verdi

Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

“20 Sentyabr” metrostansiyası nə vaxt istismara veriləcək?

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

5 il hərbi təhsil alanlara aid yenilik – Qanun dəyişir

Nikol Paşinyanın bu videosu diqqət çəkdi – Video

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Sabahın hava proqnozu açıqlanıb

Prezident Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə məktub ünvanlayıb

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Qazaxda növbəti əmək yarmarkası keçirilib

Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir – FOTOLAR

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Yol polisindən piyadalara çağırış: Azyaşlılarla hərəkət zamanı…

Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilir

Gələn il 67 şəhər və rayona dotasiya nəzərdə tutulmur – SİYAHI

Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.