Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Prezident İlham Əliyev Kaya Kallası qəbul edib

Aprel 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

29 Noyabr 25 / 11:12
Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

28 Noyabr 25 / 16:09
Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

27 Noyabr 25 / 16:15
Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

27 Noyabr 25 / 10:45
Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

25 Noyabr 25 / 21:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

Cumhuriyyet.az xəbər verir ki, Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib.

O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyib, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, ölkəmiz Xəzərin Azərbaycan sektorunda zəngin külək enerji resurslarına malikdir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan Transxəzər enerji dəhlizinin inkişaf etdirilməsində və Qara dəniz istiqamətində Gürcüstan, Rumıniya, Macarıstan, son dövrlərdə isə Bolqarıstanın da qoşulduğu layihələrin reallaşdırılmasında mühüm rol oynayır.

Azərbaycan Prezidenti bildirib ki, ölkəmizlə Avropa İttifaqı arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

Söhbət zamanı, həmçinin Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Sabah Bakıda 27 dərəcə isti olacaq

Növbəti Yazı

Bu həkimlər imtahandan azad olunacaq

EKSKLUZİV

“Azərbaycanın dövlət qurluşuna, suverenliyinə yönələn hər hansı  fəaliyyətdə vəzifəli şəxslər kimi, siyasi titullu şəxslər də toxunulmaz deyil”

“Azərbaycanın dövlət qurluşuna, suverenliyinə yönələn hər hansı  fəaliyyətdə vəzifəli şəxslər kimi, siyasi titullu şəxslər də toxunulmaz deyil”

03 Dekabr 2025 / 12:18
3
Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı türkiyədə çap olunub

Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı türkiyədə çap olunub

02 Dekabr 2025 / 17:54
8
FHN şefi Ramiz Mehdiyevin oğlundan “imtina etdi”: “Özünüxilas əməliyyatı”!

FHN şefi Ramiz Mehdiyevin oğlundan “imtina etdi”: “Özünüxilas əməliyyatı”!

01 Dekabr 2025 / 17:08
3
Azərbaycanda məşhur siqaret şirkəti külli miqdarda borcunun 9,8 milyonunu ödəməyə məcbur edildi

Azərbaycanda məşhur siqaret şirkəti külli miqdarda borcunun 9,8 milyonunu ödəməyə məcbur edildi

01 Dekabr 2025 / 15:39
0

XƏBƏR LENTİ

“Azərbaycanın dövlət qurluşuna, suverenliyinə yönələn hər hansı  fəaliyyətdə vəzifəli şəxslər kimi, siyasi titullu şəxslər də toxunulmaz deyil”

Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı türkiyədə çap olunub

FHN şefi Ramiz Mehdiyevin oğlundan “imtina etdi”: “Özünüxilas əməliyyatı”!

Azərbaycanda məşhur siqaret şirkəti külli miqdarda borcunun 9,8 milyonunu ödəməyə məcbur edildi

Deputatlar növbəti həftə toplaşır: Bu məsələlər müzakirə olunacaq

“RİCON” MMC-nin işçilərindən şikayət: “Rəşad İsmayılov bizi Qarabağda işlədib maaşımızı vermir”

Əli Kərimli ilə bağlı məhkəmə QƏRAR VERDİ

Ev dustaqlığından səhnəyə – Rəqsanənin konsertinə necə icazə verilib?

Minsk Qrupu tarixin zibilliyinə ATILDI – YEKUN QƏRAR

Manat 2026-cı ildə neçə dollar olacaq?

Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb

Ukrayna və ABŞ nədə razılaşa bilməyiblər?

Amansılz qətli törədən məşhur biznesmenin yaxın qohumu

İşğal zamanı Laçına nə qədər ziyan dəyib? – Məbləğ açıqlandı

İctimai nəqliyyat gecələr niyə işləmir? – “Gələn ildən…”

Azərbaycanda qış necə keçəcək? – Rəsmi açıqlama

Avropanın su ehtiyatları tükənir – İqlim dəyişikliyinin fəsadları…

Əmək pensiyalarının təyin edilməsi qaydasında dəyişiklik edilib

Hava bu tarixdən kəskin DƏYİŞİR: yağış yağacaq

Tiflisin “gözünə batan TIR-lar”… – Sərhəddə nə baş verir?

Yunan;standan təhdid dolu AÇIQLAMA: “Bu ərazi raketlərlə örtüləcək”

Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı ŞOK DETALLAR: “Rüsvayçı işdir, arxasınca qapını çırpmadan…” – FOTOLAR

Mədəniyyət Nazirliyində yoxlama gedir

Qaraginin “suyu isindi” – istefaya məcbur edilir

Laçının işğaldan azad edilməsindən 5 il ötür

“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

Aristokrat” klinikasında saxta həkimlər-Video

Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

Bu qış Bakıda çox sərt keçəcək: şaxta, qar… – XƏBƏRDARLIQ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.