Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Fazil Mustafanın Fəlsəfi Metamorfizmi !!!

İyul 28, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Bəzən bir kitab zamanın özünü, xalqın şüur qatlarını və insanın tarix qarşısındakı metafizik məsuliyyətini dindirir. Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” adlı əsəri məhz belə bir çağırışdır lakonik deyil, sarsıdıcıdır, təqdim deyil məhz mühakimədir, təqdimat deyil dərin dialektik qarşılaşmadır. Bu kitab Azərbaycanın keçmişinə baxmır onun ruhunu sorğulayır. Burada tarixi hadisələr yox tarixi şüur ciddi analiz olunur. Burada simvollar deyil simvolların semantikası təhlil olunur. Azərbaycan xalqının epistemoloji əsarətindən mif, xurafat, tarixi idealizasiya və etno-siyasi uyuşqanlıqdan çıxış yollarını təqdim edən fəlsəfi manifestdir. Zamanın dərinliklərindən gələcəyə bir düşüncə körpüsüdür. Bir düşüncə körpüsü qaranlıqdan aydınlığa milli şüurun metafizik çağırışıdır.
Yazar Fəlsəfəyə çevrilmiş insan obrazin yaratmağa cəhd edib. Fazil bəyin bu kitabla məhz şəxsiyyəti artıq siyasi yox epistemoloji varlıq səviyyəsinə keçid etməyini seyr etmək olar. Dövlətlə cəmiyyət arasında vasitəçi olan siyasətçi rolunu davam etməklə, cəmiyyətin öz daxilindəki “özünü tanımayan ruhuna” müraciət edən introspektiv düşüncə adamına çevrilir. Bu kitabda sadəcə müəllif deyil kollektiv düşüncənin içindən doğan şüurun əsil yeni metaforudur. Burada oxucuya hökmlər vermir “bilmək və inam”, “tarix və yaddaş”, “xalq və elit”, “din və əxlaq”, “aydın və kollektiv düşüncə” münasibətlərini ontoloji böhranlar kimi dəqiq təhlil edir. Onun sualları cavab üçün yox düşüncə üçün verilir. Bu isə artıq siyasi deyil eksistensial fəlsəfənin predmetidir.Tarixi deyil zamanın ruhunu oxumaq sistemin yaradir .Bu əsərdə Azərbaycan tarixi sadəcə keçmiş hadisələr silsiləsi kimi yox, psixokollektiv enerji daşıyıcısı kimi qiymətləndirir. Tarix burada nə xronologiyadır, nə də coşqu xalqın yaddaşla zaman arasındakı mənəvi dialoqudur. Yazar bu dialoqu unudulmuşla xatırlanan, müqəddəsləşdirilənlə gerçək arasında gedən daxili çarpışmanı tam açır.
İslamın təsirinə, Səfəvilərə, sovet travmasına və postkolonial düşüncəyə yönələn baxış tənqid deyil semiotik de-konstruksiyadır. Tarixə tətbiq olunan bu de-konstruktiv yanaşma, Azərbaycan xalqının uzun illər boyunca qorxduğu sualları nəhayət ortaya çıxarır. Biz Kimik? Tarix bizə yoxsa biz tarixə malikik? Milli yaddaş inancdırmı, yoxsa bilik? Bu suallar Azərbaycan fəlsəfi fikrinin ən ağrılı yerini epistemoloji tabu mərkəzini sarsıdır. Dinə yanaşma teoloji yox, hermenevtik.Fazil Mustafa İslamı tənqid etmir, dini anlamın siyasi və mədəni sahədəki semiotik mutasiyasını təhlil edir. Dinin kollektiv əxlaqdan itaət maşınına çevrilməsini tənqid etməsi onun dini yox, teoloji avtoritarizmi rədd etdiyini göstərir.
Mötəzili irsinə qayıdaraq ağlın və imanın harmoniyasını təklif edir, bu isə nə müasir sekulyarizm, nə də ortodoksal dindarlıqdır. Bu islamın intellektual-bəşəri modelə çevrilməsi üçün bir alternativdir. Bu formada yanaşma gələcəkdə din fəlsəfəsi sahəsində Azərbaycanda yeni “Mütəfəkkir İslam” dalğası yarada bilər.
Azərbaycan aydını kimdir? Metafizik məsuliyyətin daşıyıcısı kim ola bilər.
Bu kitabda Fazil Mustafa Azərbaycan aydınının arxetipini yaradır. Onun aydını sadəcə məlumat yayan yox, kollektiv şüurun dərin qatlarına enən bir simvolik şüur cərrahıdır. Bu aydın modelləşdirmir oyanış yaradır. Bu aydın xalqdan uzaqlaşıb onu izləmək istəmir xalqın içində ona “görməyi” öyrədir.Bu isə Hegelin dediyi “zamanın ruhunu anlamış insan” tipinə daha yaxındır. Bu kitab Azərbaycan aydınının gələcək modeli üçün metafizik etalon yaradır. Bu kitab fəlsəfi institutlara və akademik sistemə təsir edə biləcək düşüncə ilə qələmə alınmışdır. Əsər təkcə oxucunu deyil akademik düşüncəni də sarsıtır. Onun ritorikası klassik akademik dil deyil bu interdisiplinar fəlsəfi üslubdur. Tarix fəlsəfəsi, din fəlsəfəsi, siyasi nəzəriyyə, postkolonializm və epistemologiya bu kitabda qarşılaşır. Bu kitabı ali məktəblərdə, ictimai sektorda, milli ideologiya və tarix fəlsəfəsi, postkolonial Azərbaycan düşüncəsi, dini və ideoloji Hermenevtika kimi dərslərdə, elmi mühazirələrdə, konflanslarda tədbiq və tədris etmək mümkündür. Kitab yalnız bir mütaliə yox, fikir infrastrukturunun yeni dünyəvi transformasiyasıdır. Gələcək üçün yeni ideoloji bünövrə yaradır. Fazil Mustafanın təqdim etdiyi model gələcəkdə dövlətçilik ideologiyasının fəlsəfi əsaslarının qurulması, tarixi simvolların yenidən kodlanması, dini-mədəni harmoniyanın intellektual şəkildə formalaşdırılması, aydın institutlarının yenidən təşkili kimi fundamental işlər üçün konseptual platforma ola bilər, işlək model kimi real görsənir. Bu model özündə milli sekulyarizmi xalqın tarixi və mədəni köklərinə sadiq qalaraq, düşüncə azadlığına əsaslanan bir mədəni modeli ehtiva edir.
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” sadəcə bir kitab deyil bir mənəvi-ideoloji transformasiyanın metnoloji qavranışıdır. Fazil Mustafa bu əsərlə zamanın içində donmuş milli şüuru oyatmağa cəhd edir.
Onun verdiyi suallar oxucunu qorxudur çünki onlar bizi özümüzlə qarşılaşdırır. Amma elə bu qorxu, məhz elə bu silkələnmə, həqiqi milli təfəkkürün akademik başlanğıcı demək olar. Sözün klassik mənasında Azərbaycanın yeni fəlsəfi tarixinin ilk cümləsidir. Davamlı olsun Fazil Mustafa !!!
P.S: Bu yazı yalnız bir kitabı dəyərləndirmək niyyətindən doğmadı. Bir ruh halının oxuduqca silkələnən, düşündükcə yenidən doğulan mənəvi təlatümün nəticəsidir. Kitabı müəllifi şəxsən siyasi partiyaların Ağdama birgə səfəri zamanı mənə təqdim etdi səssiz, sadə amma dərin bir etimadla. Bu kitabı mən yaxın günlərdə Avropada rəsmi səfərdə olarkən özümlə götürmüşdüm təyyarədə, oteldə, sessiz gecələrdə sanki ruhuma yoldaşlıq edirdi. Onu üç gün ərzində ardıcıl və nəfəs kəsən bir şəkildə oxudum çünki bu artıq sadəcə kitab deyildi mənim öz daxilimlə, tariximlə, kimliyimlə danışan bir düşüncə idi. Üç gündən sonra bu yazını yazmaq bir qərar yox bir zərurət kimi doğuldu sanki bu sözlər qəlbimdə çoxdan vardı, sadəcə bu kitab onları oyatdı.

ADƏM İSMAYIL BAKUVİ
VƏHDƏT PARTIYASININ SƏDRİ.

Əvvəlki Yazı

Ballıca kəndinə növbəti köç yola salınıb

Növbəti Yazı

Aərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi

EKSKLUZİV

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

17 Dekabr 2025 / 19:52
1
Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

17 Dekabr 2025 / 18:43
0
Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

17 Dekabr 2025 / 18:31
1
Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

17 Dekabr 2025 / 18:30
0

XƏBƏR LENTİ

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır

Milyonlar qazanan Azərbaycan klublarının gəlirləri + SİYAHI

Bakı limanında “mafiya filmi” ssenarisi – 3 milyonu aradan çıxardılar

Şəhərin mərkəzi palçıq içində: BŞİH və RİNN 4 aydır iş görmür – Video

11 abituriyent köməkçi vasitələrlə imtahana girib – DİM fotolar yaydı

Vanqanın 2026-cı il üçün qorxulu PROQNOZLARI

Azərbaycanda ciyərləri zədələyən virus yayılır? – Rəsmi AÇIQLAMA

Ermənistana milyonluq hərbi yardım yolu açıldı – Macarıstan qərarını dəyişdi

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.