Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Emin Emrullayev və Eşqi Bağırov tandemi təhsilimizi hara aparır?

Avqust 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Son illər təhsil sahəsində olan geriləmələr, təhsilin bütün sahələrində olan uğursuz addımlar, müəllimlərin hörmətini itirməsi və həddindən artıq yüklənməsi, şagirdlərin artıq idarə edilə bilinməməsi bütün ölkə vətəndaşları tərəfindən tənqidə səbəb oldu. Deyilənlərlə edilənlər qəti şəkildə üst-üstə düşmür. Daha çox mobbinq, bullinq, mafya rejimi ilə təhsili idarə edirlər. Ən çox şikayət olunan isə Emin Əmrullayevin lazımsız addımları, pul silmə əməliyyatları və Eşqi Bağırovun mafya İdarəsidir.
Keçən illər zəminində dəfələrlə direktorlarla bağlı şikayətlər olunmuş, direktor hegemonluğu, etdiyi haqsızlıqlar sübuta yetirilsə də, “məni bura Eşqi Bağırov qoyub istədiyimi edərəm, məni Eşqi qoruyur, mənə heç Naziriniz də heç nə edə bilməz” kimi ifadələri dəfələrlə eşitdik. Yoxlamalar keçirilir, nəticələr gizlədilir, səbəbi bilinməyən direktor təyinatları edilir.
Hər kəs bilir ki, MİQ, Sertifikasiya, direktor, direktor müavini BAZARINA Eşqi Bağırov rəhbərlik edir. “Bazarda” istədiyi kimi addım atır və hər yerdə özünə dayaqlar yaradır. MİQ, Sertifikasiyada yaranan özbaşınalıqlar, köçürmələr, rezerv edilmiş yerlər, korrupsiya əməlləri, son edilən haqsızlıqlar, həmçinin vakansiya problemləri hamısı birbaşa Eşqi Bağırovun əli ilə olmuşdur.
Emin Əmrullayevin yaratdığı təhsillə əlaqəsi olmayan Regional rəhbərləri idarəni yeyinti mərkəzinə çevirdilər. Birbaşa monitorinq, layihə, yarış adı ilə təhsilə ayrılan bütün maliyyəni mənimsəyən Əmrullayev müəllimləri gözdən salmaq üçün dəfələrlə xoşagəlməz addımlar atdı. İstəyəndə müəllimlərin test cavabların göstərdi, istəyəndə brifinqdə ələ saldı, istəyəndə rüşvətxorları bağışladı, istəyəndə insanların içində alçaltdı. Saxta “oxuyub anlama” bacarığı formalaşdırılması adı altında bütün pulsilmə və məhv etmə əməliyyatlarına yerinə yetirdilər. Lazımsız layihələrə ayrılan maliyyəni mənsimsədilər.
ARTİ Eşqi Bağırov ilə Emin Əmrullayev arasında qalıb. Ayrılan maliyyəni sanki Əmrullayev və Bağırov orda güc savaşı ilə paylaşırlar. Amma görünən odur ki, Eşqi Bağırovu arxasına alıb atamanlıq edənlərin sayı getdikcə artır. Artıq Eşqi Bağırov Regionalların rəhbərlərini, sektor müdirlərini də özü seçir, təyin edir, qoruyur və onlardan da yüksək gəlir əldə edir.
Bunlardan əlavə, müəllimə olan alçaldıcı təzyiqlər, şagirdlərə qarşı edilənlər və idarəetmənin tamamilə itirilməsi, dərsliklər, təhsili tamamilə ayaqlar altına almaq, köklü şəkildə təhsili məhv etmək addımları bizləri bir daha düşündürür. Bir Azərbaycan oğlu, bir Azərbaycan vətəndaşı həqiqətən məqsədli şəkildə təhsili, elmi niyə məhv etmək istəsin? Bunun adı nə ola bilər? Bu suallar bir daha bizləri düşünməyə vadar edir ki, bəlkə də illər əvvəl səslənən Emin Əmrullayev və Eşqi Bağırov FETÖ-çüdür xəbərləri doğrudur. Bilə-istəyə təhsili çökürtmək və beləliklə, Azərbaycan xalqını şikəst etmək istəyirlər?!
Son zamanlarda açıq-aydın şəkildə müəllimləri sertifikasiya imtahanında kəsdilər, 50+ bal yığmalarına mane oldular. Kimya, Azərbaycan dili, dövlət dili, ingilis dili fənlərindən edilən haqsızlıqlara gülərək reaksiya verən Emin Əmrullayev müəllimlər tərəfindən heç xoş qarşılanmadı. “Kimsə yüksəkdən qışqırırsa, bu o demək deyil ki, biz ondan qorxuruq” deyən Emrullayev eyni şəkildə MİQ-də də dayanmadan qanunsuzluq etməyə davam edir. Əvvəlcə, vakansiya seçimlərində anidən dəyişiklik edərək insanların çox məyus olmasına səbəb oldu. Ailəsindən ayrı qalan, nişanlı olan, iş axtaran, köçmək istəyən, yaşayış yeri yanlış yazan, tələbə olan hər kəsi məyus etdi. Ən əsası isə vakansiyaları gizlətdi. Bu işdə həm Eşqi Bağırov, həm Emin Əmrullayev, həm də Nurlan İsmayılbəyli günahkardır.
Məktəblərdə şagird sayı ortada, müəllim sayı ortada, dərs bölgüsü ortadadır. Müəllimlərin sertifikasiya balları da ortadadır. Necə ola bilir ki, bütün bunlar ortada ikən illərdir vakansiya verilməyən məktəblər var. Həmçinin hər il müddətli müqavilə ilə işçi qəbul edən və vakansiya verməyən məktəblər var. Bundan əlavə, vakansiya verməmək üçün zorla ərizə yazdırılan müəllimlər var. Necə ola bilir ki, bütün müəllimlər bilirlər, amma Nazirlik və qurumları bilmirlər. Bəs şagirdlərin keyfiyyətli təhsili necə olacaq?!
Müəllimləri əzdilər, incitdilər, alçaltdılar, indi də açıq-aşkar qanunsuzluq edirlər. Təsəvvür edin ki, vəziyyət o həddə çatıb ki, artıq göz görə-görə qanunsuzluq edirlər. Heç bir çəkinmə, narahatçılıq yoxdur. Nurlan İsmayılbəyli də Eşqi Bağırovun adamıdır. Eşqi Bağırovun bütün olanlardan xəbərinin olmaması imkansızdır. Necə ola bilər ki, vakansiyalar gizlədilir və MÜTDA-nın xəbəri yoxdur?! Artıq bu il Təhsili elə bir vəziyyətə gətirdilər ki, bundan sonra çətin ki təhsilimiz bərpa ola!..
Bütün ekspertlər yazırlar, müəllimlər şikayət edirlər, valideynlər, şagirdlər ə, tələbələr şikayət edirlər. Amma ortada heç bir qeydə dəyər nəticə yoxdur. Təhsil nə üçündür? Təhsil kim üçündür? Artıq bu suallar şübhəlidir. Çünki burda təhsildən başqa hər şey var.
İnsanlar artıq hər şeydən əllərini üzüb Prezident Cənab İlham Əliyev və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edirlər ki, bu iki şəxs haqqında dərhal tədbir görülsün və Azərbaycanın gələcəyi üçün, sağlam cəmiyyət üçün düzgün addımlar atılsın.

Tehsilmedia.az

Əvvəlki Yazı

9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur

Növbəti Yazı

Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? -Fotofakt

EKSKLUZİV

ABŞ-da faciə: 3 evə silahlı hücumda 8 uşaq öldürüldü

20 Aprel 2026 / 2:43
1

ŞOK NƏTİCƏ: “Napoli”nin məğlubiyyətsizlik seriyası sona çatdı!

20 Aprel 2026 / 2:43
1

A Seriyası: Yuventus və Milan Vacib Qələbələr Qazandı

20 Aprel 2026 / 2:43
1

Ukraynadan Türkiyəyə mühüm müraciət: Zelenski Putinlə görüşə hazır!

20 Aprel 2026 / 2:43
1

XƏBƏR LENTİ

ABŞ-da faciə: 3 evə silahlı hücumda 8 uşaq öldürüldü

ŞOK NƏTİCƏ: “Napoli”nin məğlubiyyətsizlik seriyası sona çatdı!

A Seriyası: Yuventus və Milan Vacib Qələbələr Qazandı

Ukraynadan Türkiyəyə mühüm müraciət: Zelenski Putinlə görüşə hazır!

Beşiktaş məğlub oldu: Çempionluq mübarizəsi çətinləşir

ABŞ Oman körfəzində İran gəmisini ələ keçirdi: Gərginlik yenidən artır

Dünyanın ən nadir sürünəni illər sonra tapıldı: Avstraliyada sirli kəşf

Nüvə Partlayışından Sağ Çıxan Ağacların Sirri: Alimlər Yeni Kəşf Etdi

Azərbaycan Avropa Çempionatında Tarixi Uğur: İki Medal Qazanıldı!

Hörmüz və Bəsrə körfəzində ‘Kritik’ həyəcan: Britaniya donanması xəbərdarlıq etdi

ABŞ-İran Gərginliyi: Pakistanın Baş naziri Tehran səfərində mühüm danışıqlar apardı

Hürmüz boğazında gərginlik pikə çatdı: ABŞ İran gəmisini vurduğunu açıqladı

Avstraliyada dənizin görünməz təhlükəsi: Güclü cərəyanlar üzə çıxdı

Samoa sahillərində baş verən güclü zəlzələ: Regionda vəziyyət gərginləşir

Donald Tramp İranla saziş ehtimalını yüksək qiymətləndirdi

Azərbaycan Şahmatının Parlaq Ulduzları: Abasov və Süleymanlı Avropa Çempionatında Tarixi Uğura İmza Atıb

Pakistan sülh missiyasına qoşulur: Şərif Pezeşkiyanla görüşdü

ABŞ Hörmüz boğazında minalara qarşı mübarizəni gücləndirir: Yeni dron texnologiyası tətbiq olunur

Dəniz Səviyyəsi Yüksəlir: Pasifik Adaları Nəhəng Divarla Qorunacaq

“Bavariya” Almaniya çempionluğunu təmin etdi: Bundesliqada növbəti zəfər!

Premyer Liqada böyük matç: “Mançester Siti” “Arsenal”ı məğlub etdi

“Sumqayıt”ın möhtəşəm qələbəsi: Çempionatda irəliləyiş!

Serie A-da Sensasiya: “Napoli”nin Məğlubiyyətsizlik Seriyası Qırıldı

“Bavariya” Almaniya Çempionluğunu Təmin Etdi: Növbəti Tarixi Zəfər!

İran ABŞ ilə danışıqların ikinci mərhələsindən imtina etdi: Tehranın qəti mövqeyi

Epşteyn qalmaqalı Norveç diplomatı Mona Cuulun karyerasını bitirdi

“Bavariya” Bundesliqanın ən yaxşısı: Növbəti çempionluq rəsmiləşdi!

Sülh danışıqları üçün yeni cəhd: Kiyev Türkiyədən Zelenski-Putin görüşünü istəyir

ABŞ-da dəhşətli faciə: Luizianada atışma nəticəsində səkkiz uşaq həlak olub

Kia və Genesis 236 min avtomobili təcili geri çağırır: Mühərrikdə yanğın təhlükəsi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.