Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

“Azərbaycan Dəmir Yolları“ QSC-də qalmaqal: tender anlaşması niyə pozulub?

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
“Azərbaycan Dəmir Yolları” QSC malların alınması, xidmət göstərilməsi barədə müqavilə bağladığı şirkətin pulunu ödəməməkdə ittiham olunur. “Oil Supply” MMC bu qurumu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, şirkətə ziyan vurmaqda günahlandırır. “Oil Supply” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC arasında 5 iyul 2022-ci ildə “traverslərin və polietilen kəmərlərin satın alınması” barədə müqavilə imzalanıb. Müqavilənin qiyməti 89 min manatdan bir qədər artıq olub. Bunun da təxminən 75,5 min manatını malların dəyəri, qalanını isə ƏDV və başqa xərclər təşkil edib. Şirkət yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traversləri ADY-yə təhvil verib. Lakin bir müddət sonra ADY malları geri qaytararaq, pullarını ödəməkdən imtina edib. Səbəbini də şirkətə məktub göndərərək belə izah edib ki, yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən travers əyilərək deformasiyaya uğrayıb.
Şirkət təmsilçiləri bildirir ki, mallar qaytarılandan sonra geri alınmış traverslərin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün onları bu sahədə ixtisaslaşmış, müvafiq lisenziyaya sahib olan “ATR Caspian” şirkətinə göndəriblər. Bunun üçün şirkətlə müqavilə bağlayıblar. 1 ədəd 60 tonluq və 1 ədəd 80 tonluq olmaqla, 2 traversin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün sınaq keçirilib:
“60 tonluq traversin sınağı zamanı bu travers ilə 68.5 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 8.5 ton artıq yükü qaldırmaq mümkün olub. 80 tonluq traversin sınağı zamanı isə bu travers ilə 91.1 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 11.1 ton artıq yükü qaldırmaq mümkün olub. Beləliklə, bu malların qüsurlu mal kimi geri qaytarılması yolverilməzdir”.
ADY-nin sınağı zamanı baş verənlərə gəlincə, şirkət bəyan edib ki, istismarçı yükü qaldırarkən “stop” kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirməyib. Bu da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olub: “Belə olan halda, qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərində bərabər paylanmaq əvəzinə, bütün yük traversin bir tərəfinə düşüb. Nəticədə traversin bir tərəfi normadan 100 faiz artıq yüklənib. Bu səbəbdən deformasiya baş verib”.
Şirkət sınaq mallar geri qaytarılandan sonra əlavə sınaqların keçirilməsi və malların yararlı olması haqda rəy alınması üçün 7080 manat (6000 manat+18 faiz ƏDV) pul xərcləməli olub. Bu səbəbdən də şirkət “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı məhkəmədə iddia qaldıraraq, həm malların pulunu, həm də sınaq üçün çəkdiyi xərci tələb edib.
Şirkətin ADY-yə qarşı daha bir şikayəti isə “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə ilə bağlıdır. İddia olunur ki, bu müqavilə üzrə də “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bu müqavilə üzrə də öhdəliyə əməl etməyib. Buna görə də 45 min 323 manat tələb edir.
“Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilənin qiyməti bütün vergi və digər xərclər daxil olmaqla 216 min 648 manat təşkil edib.
Müqaviləyə görə, 90 vaqona bu xidmətlər göstərilməliymiş: “Tender zamanı qiymətləndirmə aparılarkən məhz 90 vaqona xidmətlərin göstəriləcəyini nəzərə alaraq qiymət təklifi hazırlamışıq. Şirkətdaxili hesablamaya görə, gəlir əldə etmək üçün ən azı, 55 vaqona xidmət göstərmək vacib idi. Lakin biz cəmi 6 vaqona xidmət göstərə bildik. Bunlardan da cəmi 4 vaqonu təkrar işləmələrlə, Dəmir Yolunun təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırdıq. Belə vəziyyətin yaranmasının əsas səbəbi onların öz öhdəliklərini yerinə yetirməməsidir. Müqaviləyə əsasən, vaqonlara xidmətlərin göstərilməsi üçün astar, boya, həlledici maddə, sərtləşdirici maddə, skoç, qoruyucu kağızlar, cilalayıcı kağızlar kimi materialları “Azərbaycan Dəmir Yolları” təqdim etməli idi.
Əfsuslar olsun ki, onların təqdim etdiyi astar, boya, kimyəvi məhlulların hamısının istifadə müddəti bitmişdi. Dəfələrlə bu barədə iradlar bildirilib, “e-mail”lər göndərilib. Ən yaxşı halda, 6 il istifadə müddəti bitmiş astar əvəzinə 1 il istifadə müddəti bitmiş material təqdim edirdilər. Qumlama işini başa çatdırıb, astarın gecikməsi səbəbindən astar vura bilmədiyimizə görə metal yenidən pas atmağa başlayırdı. Bu da əlavə qumlama tələb edirdi. Bir neçə vaqon dəfələrlə qumlanırdı. Bir neçə dəfə də astarlanırdı. Bundan başqa, “Azərbaycan Dəmir Yolları”nın bizə təqdim etdiyi bir neçə vaqon çürük, deşik olduğuna görə onlar üzərində iş aparmaq ümumiyyətlə mümkün deyildi. Çünki bu vaqonlar qumlamadan öncə suvaq olunmalı idi. Bu iş müqavilədən kənar məsələ olduğu üçün məsələ bir neçə ay yenə də gecikirdi. Bəzən işlərin gecikməsi çox kiçik səbəblərə görə baş verirdi. Məsələn, cilalayıcı kağızların, skoçların verilməməsinə görə. Keyfiyyətsiz astar, tiner, boyalar səbəbilə işləri çox böyük gecikmələrlə başa çatdırıb noyabrın sonuna nəhayət ki, 4 vaqonu təhvil vermə mərhələsinə çatdırdıq. Lakin təhvil öncəsi bir neçə vaqonun ya astarı tökülür, ya da boyasında problemlər müşahisə olunmağa başlayırdı. Bu səbəblə yenidən eyni vaqonları təkrar işləməli olurduq. Bizdən asılı olmayan səbəblərə görə – qarşı tərəfin təqsiri üzündən xidmətlərin göstərilməsi bu qədər uzandığına görə xərclərimiz dayanmadan artırdı. Bu şəraitdə işlərə davam etmək həm vaxt itkisi, həm də əlavə xərclərin artmağı deməkdir. Dəfələrlə “Azərbaycan Dəmir Yolları”nın deposuna müraciət etsək də, bizə işləmək üçün keyfiyyətli materiallar təqdim olunmur”.
Şirkət vaxtı keçmiş materialların şəkillərini də məhkəməyə təqdim edib.
“Azərbaycan Dəmir Yolları” QSC isə bu iddiaların heç biri ilə razılaşmır. Bu qurumun təmsilçisi bildirib ki, şirkət özü öhdəliyə əməl etməyib – xidmətləri tələb olunan qaydada göstərə bilməyib. Faktiki göstərdiyi işin xidmət haqqı isə ödənilib.
Traverslər və polietilen kəmərlərlə bağlı müqaviləyə gəlincə, ADY vurğulayıb ki, mallar təhvil alınandan sonra sınağı keçiriləndə travers əyilib və istifadəyə yarasız olub. Bundan sonra malların qəbulundan imtina olunub: “Şirkət 2023-cü ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə o zaman qərara gəldi ki, yerində müayinə aparılsın. Müayinə zamanı traverslər yararlı çıxdığı halda, ADY müqavilə üzrə bütün ödənişləri, həmçinin qarşı tərəfin ekspert kimi cəlb etdiyi şirkətin xidmət haqqını tam ödəməyi üzərinə götürmüşdü. Məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparıldı. Traversi bağlayıb lokomotivi yüxarı qaldırmağa hazırlaşanda ekspert yükü qaldırmağa icazə vermədi. Bildirdi ki, qaldırmayın, travers əyiləcək. Bununla yerində müayinə yekunlaşdı. Növbəti gün şirkət ərizə ilə müraciət etdi ki, traverslərin istehsalçısı Rusiya zavodudur, onlarla danışıqlar müəyyən vaxt apardığından kommersiya mübahisələrini məhkəmədən kənar həll etmək qərarına gəliblər. Ona görə iddia ərizəsini geri götürdü. Müqavilənin bağlanıldığı tarixdən 1 ildən artıq müddət keçmişdi, ADY şirkətin illərlə zavodla danışıqlar aparmasını gözləyə bilməzdi. Ona görə traverslə bağlı tələbatını digər mənbədən təmin etdi”.
Məhkəmə ADY ilə mübahisədə şirkəti haqlı sayıb. Şirkətin traverslər və polietilen kəmərlərlə bağlı 93 min 225 manatlıq iddiası (malların pulu, sınaq üçün çəkilmiş xərc və s.) təmin olunub. Şirkətin iddiası qalan hissədə isə rədd edilib.
Mənbə: Bizimyol.info
Əvvəlki Yazı

“Kremlin əsl sahibi kimdir – sual Putin, yoxsa Lavrov?” – Avropa komissarından sərt açıqlama

Növbəti Yazı

Kondisionerlə qorxulu xəstəlik yayılır – ŞOK XƏBƏRDARLIQ

EKSKLUZİV

ABŞ-da faciə: 3 evə silahlı hücumda 8 uşaq öldürüldü

20 Aprel 2026 / 2:43
0

ŞOK NƏTİCƏ: “Napoli”nin məğlubiyyətsizlik seriyası sona çatdı!

20 Aprel 2026 / 2:43
0

A Seriyası: Yuventus və Milan Vacib Qələbələr Qazandı

20 Aprel 2026 / 2:43
0

Ukraynadan Türkiyəyə mühüm müraciət: Zelenski Putinlə görüşə hazır!

20 Aprel 2026 / 2:43
0

XƏBƏR LENTİ

ABŞ-da faciə: 3 evə silahlı hücumda 8 uşaq öldürüldü

ŞOK NƏTİCƏ: “Napoli”nin məğlubiyyətsizlik seriyası sona çatdı!

A Seriyası: Yuventus və Milan Vacib Qələbələr Qazandı

Ukraynadan Türkiyəyə mühüm müraciət: Zelenski Putinlə görüşə hazır!

Beşiktaş məğlub oldu: Çempionluq mübarizəsi çətinləşir

ABŞ Oman körfəzində İran gəmisini ələ keçirdi: Gərginlik yenidən artır

Dünyanın ən nadir sürünəni illər sonra tapıldı: Avstraliyada sirli kəşf

Nüvə Partlayışından Sağ Çıxan Ağacların Sirri: Alimlər Yeni Kəşf Etdi

Azərbaycan Avropa Çempionatında Tarixi Uğur: İki Medal Qazanıldı!

Hörmüz və Bəsrə körfəzində ‘Kritik’ həyəcan: Britaniya donanması xəbərdarlıq etdi

ABŞ-İran Gərginliyi: Pakistanın Baş naziri Tehran səfərində mühüm danışıqlar apardı

Hürmüz boğazında gərginlik pikə çatdı: ABŞ İran gəmisini vurduğunu açıqladı

Avstraliyada dənizin görünməz təhlükəsi: Güclü cərəyanlar üzə çıxdı

Samoa sahillərində baş verən güclü zəlzələ: Regionda vəziyyət gərginləşir

Donald Tramp İranla saziş ehtimalını yüksək qiymətləndirdi

Azərbaycan Şahmatının Parlaq Ulduzları: Abasov və Süleymanlı Avropa Çempionatında Tarixi Uğura İmza Atıb

Pakistan sülh missiyasına qoşulur: Şərif Pezeşkiyanla görüşdü

ABŞ Hörmüz boğazında minalara qarşı mübarizəni gücləndirir: Yeni dron texnologiyası tətbiq olunur

Dəniz Səviyyəsi Yüksəlir: Pasifik Adaları Nəhəng Divarla Qorunacaq

“Bavariya” Almaniya çempionluğunu təmin etdi: Bundesliqada növbəti zəfər!

Premyer Liqada böyük matç: “Mançester Siti” “Arsenal”ı məğlub etdi

“Sumqayıt”ın möhtəşəm qələbəsi: Çempionatda irəliləyiş!

Serie A-da Sensasiya: “Napoli”nin Məğlubiyyətsizlik Seriyası Qırıldı

“Bavariya” Almaniya Çempionluğunu Təmin Etdi: Növbəti Tarixi Zəfər!

İran ABŞ ilə danışıqların ikinci mərhələsindən imtina etdi: Tehranın qəti mövqeyi

Epşteyn qalmaqalı Norveç diplomatı Mona Cuulun karyerasını bitirdi

“Bavariya” Bundesliqanın ən yaxşısı: Növbəti çempionluq rəsmiləşdi!

Sülh danışıqları üçün yeni cəhd: Kiyev Türkiyədən Zelenski-Putin görüşünü istəyir

ABŞ-da dəhşətli faciə: Luizianada atışma nəticəsində səkkiz uşaq həlak olub

Kia və Genesis 236 min avtomobili təcili geri çağırır: Mühərrikdə yanğın təhlükəsi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.