Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə…-

Sentyabr 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

AAYDA təkcə daha çox ekoloji fəlakətlər doğuran kimi yox, həm də dövlətin pulunu daha çox xərcləyən qurum kimi tanınır

Diqqətli oxucularımıza da məlum olduğu kimi, ötən ayın əvvəlində Yenixeber.org-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin balansında fəaliyyət göstərən bir asfalt zavodunun ciddi ekoloji problem yaratmasından yazmışdıq. Bak-Sumqayıt yolunun sol tərəfində, Ceyranbatan qəsəbəsindən sonra “Asfalt zavod” deyilən yaşayış massivində sovetdənqalma Asfalt zavod insan sağlığı üçün doğurduğu fəsadlarla kütləvi etirazlara səbəb olur. Yerli sakinlər illərdir ki, bu problemlə yaşamağa məcbur qaldıqlarını və dəfələrlə də şikayətçi olduqlarını bildirirlər. Hətta vurduğu zərərə görə onu Ermənistanın Metsamor AES ilə müqayisə də edirlər…

Amma nə fayda-sakinlər etiraz edir, biz Yenixeber.org olaraq problemi ictimailəşdiririk, Saleh Məmmədovun isə “heç tükü də tərpənmir”. Necə deyərlər, “Dəyirman öz işində, çax-çax baş ağrıdır”.

(Əldə etdiyimiz məlumata görə, sözügedən zavod rəsmən AAYDA-nin nəzdində olsa da, de-fakto ölkədə sayılıb-seçilən bir nüfuz sahibinə məxsusdur. Red.)

Biz məlum qanun və prinsiplərə uyğun olaraq 30.06.2025-ci il tarixdə aidiyyatı dövlət strukturlarından ikisinə – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Saleh Məmmədova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə video və fotofaktlarla birlikdə online rəsmi sorğu ünvanlamışdıq.

İkinci instansiya redaksiyamıza göndərdiyi cavab məktubunda problemi etiraf etmiş və 2024-cü ildə bu zavodda monitorinqlər aparıldığını, ciddi nasazlıqlar aşkar edildiyini bildirmişdir. Müəssisənin rəhbəri 4000 manat, MMC isə hüquqi şəxs qismində 10500 manat cərimə edilmişdir.

Birinci instansiyadan- Saleh Məmmədovun rəhbərlik etdiyi qurumdan isə heç bir səs-soraq yoxdur(?) Baxmayaraq ki, sözügedən Asfalt zavodun səsi-sorağı davam etməkdədir: minlərlə insanın can sağlığı 5-3 kimsənin cibinin qurbanı olur…

Saleh müəllimə təkrar xatırlatmada fayda var: Böyük bir dövlət təşkilatına rəhbərlik edib də, dövlət siyasətinin əleyhinə getmək və özəl maraqlar xatirinə bir toplumun can sağlığını gözardı etməyin adı başqadır!

(Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/188756-saleh-m%C9%99mm%C9%99dovun-asfalt-zavodu-erm%C9%99nistan%C4%B1n-metsamor-aes-i-kimit%C3%BCst%C3%BCd%C9%99-gizl%C9%99n%C9%99n-milyonlar-v%C9%99-k%C9%99sil%C9%99n-n%C9%99f%C9%99sl%C9%99r-%E2%80%93.html)

AAYDA-nin doğurduğu ekoloji fəlakətlər təkcə Asfal zavodları ilə bitmir. Ölkənin şimal və şimal-qərb zonalarında müxtəlif çaylar üzərindəki karxanalar da Asfalt zavodlarından geri qalmır. Təbii ki, cənab Məmmədovun “xeyir-duası ilə”…

              Dövlətin milyonları yollara belə səpilir

Etiraf edək ki, paytaxt Bakıdan tutmuş ölkənin bütün ucqar məntəqələrinə qədər yol infrastrukturunda yenilənmələr var və davam etməkdədir. Burası gözəl… Amma, bu istiqamətdə bizim diqqət yönəldilməsini vacib bildiyimiz faktorlar da var.

Söhbət dövlətin pulunun necə xərclənməsindən gedir.

Xatırladığımız bu yazıdan sonra Yenixeber.org-a AAYDA-nin və sədr olaraq Saleh Məmmədovun fəaliyyəti ilə bağlı həm ictimai arenada, həm də bəlli rəsmi dairələrdə maraqla qarşılana biləcək məlumatlar daxil olmaqdadır…Məlumatlarla və araşdırmalarımızla belə məlum olur ki, AAYDA-nin dövlət büdcəsinə vurduğu zərər heç də, ekologiyaya püskürdüyü zəhərindən geri qalmır.

AAYDA dövlət büdcəsindən ən çox vəsait ayrılan təşkilatlardan biri və bəlkə də birincisidir. Bəzən isə avtomobil yolları ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən əlavə, Prezidentin ehtiyat fondundan da ayırmalar müşahidə olunur. Bunun statistikasını aparmaq və ictimailəşdirmək çətin də olsa mümükündür. Amma, məsələ statistikada deyil, dövlət başçısının xoş məramla ayırdığı milyonların necə xərclənməsindədir…

Saleh Məmmədovun rəhbəri olduğu bu qurum dövlət satınalmalarını birmənalı olaraq “unudub”. AAYDA-nin hansısa bir layihəsində tender və katirovkalara rast gəlmək demək olar ki, mümkünsüzdür. Bütün işlər AAYDA-nin tabeli müəssisələri tərəfindən həyata keçirilir(?) Ki, bu faktor da müəyyən fəsadlarla bərabər, ciddi suallara da yol açır…

Ölkədə yol inşaatı sahəsində yetərincə potensiala sahib, ixtisaslaşmış özəl şirkətlər var. Nədənsə bu şirkətlər az hallarda Saleh Məmmədovun “yadına düşür”. Hansı ki, həm görüləcək işlərin keyfiyyəti, həm də xərclənəcək dövlət vəsaitinə qənaət baxımından bu şirkətlərə şans tanımaq daha uyğun olardı. Bunun yolu isə satınalmalar müsabiqəsindən keçir…

(Bu haqda qarşıdakı günlərdə ekspertlərin fikirləri və araşdırmalarımızla ayrıca yazımız olacaq. Red.)         

        Saleh Məmmədov prezidenti də, aldadır?!

Az öncə ötəri toxunduğumuz kimi, ölkədə çəkilən yollarla bağlı yumşaq desək birmənalı fikir yoxdur. Az sayda yollar istisna, çəkilən yolların ömürü yaxşı halda bir il olur…Bu problem konkret faktlarla mediada da, sosial şəbəkələrdə də həndəsi silsilə şəkilində ictimailəşir. Təəssüf ki, aktuallığını itirəcək kimi də görünmür…

Heç də uzağa getmədən, bir faktı xatırladaq: 2024-cü ilin noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışı oldu.

Xatırladaq ki, uzunluğu 12,7 kilometr olan yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.
Bu yol da, AAYDA-nın təmtəraqlı məhsullarındandır. Hansı ki, açılışında Saleh Məmmədov yolun keyfiyyəti, üstünlüyü haqda bolluca danışmışdır.

Gözlənilən kimi də oldu: üstündən heç 1 il keçməmiş yeni yolun böyük bir hissəsi təmirə bağlandı. Pirşağı, Kürdəxanı, Nardaran istiqamətində hərəkət edən sürücülərin sevinci çox çəkmədi.Yolda asfalt yenilənməsi gedir. Bu da dövlət vəsaitinin dədə malı kimi xərclənməsinin göstəricisi olmaqla bərabər, kilometrlərlə tıxacların yaranmasına səbəb olur.
Belə məlum olur ki, Saleh Məmmədov ya bilmədən cənab prezidentə yalan məlumat verib, ya da bilərəkdən aldadıb…Ki, hər iki halda onun sorğu-sual edilməsi zərurətə çevrilir.

Ümid edək ki, ən yaxın zamanda “N” sayda olan bu kimi faktlara aidiyyatı dövlət orqanlarının susqunluğu pozulacaq…(Yenixeber.org)

 

Əvvəlki Yazı

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb-Şok

Növbəti Yazı

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

EKSKLUZİV

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
12
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
16
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
9
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.