Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Minlikdəki 6 universitetimiz – Davamı olacaqmı?

Sentyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Reytinq siyahılarında yer almaq uzunmüddətli inkişaf üçün yetərli deyil – ekspertdən təklif 

Azərbaycanın altı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetləri siyahısında yer alması rəsmi dairələr tərəfindən uğur kimi təqdim olunur. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bu universitetlər dünyanın tanınmış 1000 ali məktəbi sırasında yer alıb. Siyahıya Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti daxildir.

Baxmayaraq ki, bu xəbər pozitiv qarşılanır, məsələyə tənqidi yanaşmalar da mövcuddur. İlk olaraq diqqət çəkən suallardan biri budur: niyə məhz altı universitet? Bu, ölkənin potensialı üçün azdırmı, çoxdurmu? Bəziləri hesab edir ki, regionda və dünya üzrə digər ölkələrlə müqayisədə bu say kifayət qədər deyil.  Məsələn, əhalisi və təhsil imkanları oxşar olan bəzi ölkələrdə reytinqlərdə yer alan universitetlərin sayı onlarla ölçülür. Belə olan halda Azərbaycanın yalnız altı universitetlə təmsil olunması bu sahədə hələ ciddi işlərin görülməsinə ehtiyac olduğunu göstərir.

Hazırda dünyada bir neçə nüfuzlu reytinq sistemi var: QS, Times Higher Education, Shanghai reytinqi və s. Hər birinin öz metodologiyası var və onlar universitetlərin elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, müəllim-tələbə nisbəti, məqalələrin sitat göstəriciləri kimi müxtəlif meyarlarla qiymətləndirilir. Əgər bu universitetlər yalnız texniki meyarlara cavab verdiklərinə görə siyahıya daxil ediliblərsə, bu, hələ onların dünya səviyyəli universitet olduqlarını göstərmir.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycan ali təhsil sisteminin beynəlxalq reytinqlərdə görünməsi ölkənin elm və təhsil siyasətində son illərdə atılan addımların nəticəsi kimi təhlil olunmalıdır. QS World University Rankings 2026 nəticələrinə əsasən, Azərbaycanın 6 universiteti ilk dəfə olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olub. Bu fakt təsadüfi deyil, çünki ”Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində göstərildiyi kimi, ali təhsilin əsas məqsədi beynəlxalq rəqabətə davamlı kadr hazırlamaqdır. Həmçinin Nazirlər Kabinetinin 348 nömrəli qərarında ali təhsil müəssisələrinin beynəlxalq akkreditasiyadan keçməsi və qlobal reytinqlərdə iştirakının stimullaşdırılması xüsusi qeyd olunur. Belə bir vəziyyətdə 6 universitetin birgə uğuru təhsil siyasətinin istiqamətini təsdiqləyir və Azərbaycanın elm potensialının tanınmasına xidmət edir.

Statistik göstəricilərə nəzər saldıqda, bu nəticə regional liderlik baxımından da əhəmiyyətlidir. Gürcüstandan yalnız Tbilisi Dövlət Universiteti və bir neçə özəl ali məktəb reytinqin müxtəlif pillələrində yer alıb, Ermənistandan əsasən Yerevan Dövlət Universiteti ön plana çıxır. Azərbaycan isə 6 ali məktəbi ilə Cənubi Qafqazda daha geniş təmsil olunma şansı əldə edib. Türkiyə ilə müqayisədə say baxımından geri qalırıq, çünki orada 30-dan çox universitet TOP-1000 siyahısına düşüb, onlardan bəziləri ilk 200-lükdədir. İran isə 20-dən çox universitetlə bu siyahıda yer alır. Bununla belə, ölkəmizin ali təhsil müəssisələrinin ümumi sayını nəzərə alsaq, 6 universitetin TOP-1000-də görünməsi böyük nisbidir və inkişaf üçün başlanğıc nöqtəsi sayılır”.

Kamran Əsədova görə, müsbət tərəf ondan ibarətdir ki, bu reytinqdə yer almaq universitetlərin beynəlxalq əməkdaşlıq imkanlarını artırır: “Xarici tələbələrin cəlb olunmasına və akademik reputasiyanın yüksəlməsinə şərait yaradır. ”Elm haqqında” qanunda göstərildiyi kimi, elmi fəaliyyətin nəticələri beynəlxalq səviyyədə tanındıqda ölkənin innovasiya potensialı da güclənir. Bu mənada Elm və Təhsil Nazirliyinin ali təhsil müəssisələrini beynəlxalq arenaya çıxarmaq istiqamətindəki siyasəti təqdir olunmalıdır. Bu addımlar həm də Azərbaycanın beynəlxalq imicinə xidmət edir və dövlətin sosial-iqtisadi inkişaf strategiyasında “bilgi əsaslı iqtisadiyyat” hədəfinə yaxınlaşmağa imkan yaradır. Mənfi tərəflər də mövcuddur. Reytinqə daxil olan universitetlərin əksəriyyəti 801-1000 aralığında yerləşir, yəni hələ ki, ön sıralarda təmsil olunmur. Elmi məqalələrin sayının və onların nüfuzlu jurnallarda sitat göstəricilərinin azlığı, xarici professorların və tələbələrin payının aşağı olması bu nəticələri məhdudlaşdırır.

Dünya təcrübəsi göstərir ki, reytinqdə yüksəlmək üçün davamlı islahatlar tələb olunur. Finlandiya, Sinqapur, Cənubi Koreya kimi ölkələrdə universitetlərin keyfiyyət artımı dövlət proqramları ilə dəstəklənir, amma onların idarəetməsində ciddi muxtariyyət qorunur. Türkiyədə YÖK-ün müəyyən etdiyi strategiya çərçivəsində ali məktəblər beynəlxalq reytinqlərdə məqsədli şəkildə irəli çəkilir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyinin bu istiqamətdə başlatdığı siyasət müsbət olsa da, universitetlərə daha çox müstəqillik verilməsi, beynəlxalq qrantlara çıxış imkanlarının artırılması və müəllimlərin elmi fəaliyyətinə stimul mexanizmlərinin gücləndirilməsi lazımdır”. Ekspert hesab edir ki, 6 universitetin TOP-1000-ə daxil olması Azərbaycanın ali təhsil tarixində dönüş nöqtəsidir.

Əvvəlki Yazı

BMT-də tarixi qərar: Fələstin dövlətinə dəstək — 141 ölkə və Azərbaycan “hə” dedi

Növbəti Yazı

“12 DEV ADAM” TARİX YAZDI… – Türklər yunanlara basketbol dərsi keçdi

EKSKLUZİV

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

16 Dekabr 2025 / 19:37
8
Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

16 Dekabr 2025 / 18:24
0
Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

16 Dekabr 2025 / 17:53
2
Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0

XƏBƏR LENTİ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.