Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

1-ci sinfə gedən şagirdlərin sayı 32 min nəfər azalıb – “bəzi məktəblər boş qalacaq”

Sentyabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

31 Oktyabr 25 / 16:04
Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

31 Oktyabr 25 / 11:35
“Bolmart” marketlər şəbəkəsində Adnan Əhmədzadə kabusu, vergi yaynması və rəhbər saxtakarlığı – FOTOFAKT

“Bolmart” marketlər şəbəkəsində Adnan Əhmədzadə kabusu, vergi yaynması və rəhbər saxtakarlığı – FOTOFAKT

30 Oktyabr 25 / 11:01
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

29 Oktyabr 25 / 12:15

“Son illərdə Azərbaycanda təhsil sisteminə daxil olan uşaqların sayında ciddi azalma müşahidə olunur. Xüsusilə də 1-ci sinfə gedən şagirdlərin sayındakı geriləmə artıq təkcə təhsil sektoru üçün yox, ümumilikdə ölkənin demoqrafik, sosial və iqtisadi gələcəyi üçün narahatedici siqnal hesab edilməlidir”.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, təkcə 7 ildə 32 min uşaq azalıb:

“Əgər rəqəmlərə diqqət yetirsək, mənzərə aydın görünür: 2017-2018-ci tədris ilində 164,523 uşaq məktəbə qədəm qoymuşdu. Aradan keçən 6-7 il ərzində bu göstərici ildən-ilə aşağı düşərək 2023-2024-cü ildə 132,261 nəfərə endi. Bu il isə birinci sinfə cəmi 130 minə yaxın uşaq gedəcək. Yəni cəmi 7 ildə təxminən 32 min uşaq azalıb, bu da ümumi sayın 20 faizdən çoxuna bərabərdir. Əgər bu dinamika davam edərsə, 10 ildən sonra 1-ci sinfə gedənlərin sayı 100 minin altına düşəcək.

Bu rəqəmlər sırf statistika deyil, ölkənin gələcəyinə birbaşa təsir edən mühüm göstəricilərdir. Çünki təhsilə daxil olanların azalması yalnız məktəb siniflərinin boşalması ilə məhdudlaşmır, o, bütün sosial-iqtisadi struktura təsir göstərir”.

Ekspert azalmanın səbəblərini bu cür izah edib: “Son illərdə doğum səviyyəsi gözəçarpacaq dərəcədə enib. Xüsusilə böyük şəhərlərdə ailələr az uşağa üstünlük verir. Bundan başqa, gənc ailələrin mənzil, iş və sosial təminat problemləri uşaq sayına birbaşa təsir edir. Müasir dövrdə valideynlərin “az, amma keyfiyyətli” prinsipi üstünlük qazanır.

Nəticədə gələcəkdə gənc işçi qüvvəsinin çatışmazlığı yaranacaq. Bu isə istehsal, xidmət və innovasiya sahələrinə mənfi təsir göstərəcək.

Bu templə davam etsə, bəzi məktəblər boş qalacaq, siniflərdə uşaq sayı azalacaq, nəticədə təhsil şəbəkəsinin səmərəliliyi aşağı düşəcək.

İnnovasiya və texnologiya sahələri üçün ən böyük resurs gənc beyinlərdir. Uşaq və gənclərin azalması gələcəkdə Azərbaycanın iqtisadi dinamizmini zəiflədə bilər”.

Kamran Əsədov bildirib ki, mövcud tendensiyanı dəyişmək üçün dövlət və cəmiyyət birgə hərəkət etməlidir: “Uşaqlı ailələr üçün real güzəştlər, uşaqpulu proqramlarının genişləndirilməsi və dəstəkləyici mexanizmlərin tətbiqi lazımdır.

Gənc ailələrin yaşayış şəraiti onların uşaq sayına birbaşa təsir edir. Dövlət ipotekası, güzəştli kreditlər və məşğulluq proqramları genişləndirilməlidir.

Hər yeni doğulan uşağa görə maddi və sosial təminatların artırılması da öz təsirini göstərə bilər”.

Əvvəlki Yazı

“Avroviziya-2026″ boykot olunur – Azərbaycanın qərarı nə olacaq?

Növbəti Yazı

Qatardan istifadə edənlərin NƏZƏRİNƏ: Sentyabrın 20-də…

EKSKLUZİV

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

31 Oktyabr 2025 / 17:46
3
Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

31 Oktyabr 2025 / 17:32
3
“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

31 Oktyabr 2025 / 17:30
11
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 2025 / 17:28
26

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov danışdı: “Yalandır, hazırda Bakıdayam, danışmaq istəmirəm”

Paşinyana qarşı hərbi çevriliş planı – 102-ci bazaya yaxın…

Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Revanşistlər istəyinə çatdı – sülh sazişi…

İpoteka ilə bağlı qərar – BUNDAN SONRA…

Cinayət işi ən ağır bəndlərlə aparılır

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

Sürücülük vəsiqəsin evdə unudub, maşın sürmək olarmı?

Parlamentdə YENİ QAYDA – 1 MiLYONLUQ CƏRİMƏ

Vəkillər üçün YENİ XƏBƏR

DTX-nin həbs etdiyi icra başçısı Ramiz Mehdiyevlə qonşu imiş – FOTOLAR

Güney hərəkatının fəalları aclıq aksiyasına başlayıb

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını niyə icra etmir?

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Tramp–Putin sammiti ləğv edildi – Moskva Vaşinqtona sərt şərtlər göndərib

Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir – İDDİA

TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

Milli Məclisdə bu qadağa LƏĞV OLUNDU

Vətən müharibəsi şəhidi çavuş Timur Əliyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib

DTX-nın Balakən əməliyyatı dövlətimizin vəzifə cinayətlərinə qarşı mübarizədəki prinsipiallığını göstərir

Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR

“LUKOİL” BİTDİ? – Vahid Ələkbərovun neft imperiyasına sarsıdıcı zərbə

NATO ölkəsindən Kremlə xəbərdarlıq: “PUTİN BUNU ETSƏ, BİZ DƏ MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”

DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – SİYAHI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.