Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Milli dərman sektorunda “inqilab” – xaricdən asılılıq azalır

Sentyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Azərbaycan peyvənd və insulin istehsalına başlayacaq. Bu barədə “Əczaçılar Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü Elnur Babayev “Minval”a bildirib. Onun sözlərinə görə, ölkədə yerli dərman istehsalı genişlənir və bu, idxaldan asılılığı 90%-dən 60%-ə qədər azaldacaq, eyni zamanda apteklərdə dərman vasitələrinin qiymətinin aşağı düşməsinə şərait yaradacaq.

“Hazırda Azərbaycan dərman preparatlarını əsasən Hindistan, Pakistan, Türkiyə və Avropadan idxal edir. Biz beş yeni əczaçılıq zavodu tikirik. Bir neçə fəaliyyət göstərən zavodumuz da var”, – mütəxəssis deyib.

Qeyd edək ki, 1970-1980-ci illərdə Azərbaycanda iki əczaçılıq zavodu olub, lakin sonradan onların texnologiyası köhnəldiyi üçün istehsal dayandırılıb.

Bəs hazırda ölkədə istehsal edilən dərmanların keyfiyyəti qaneedicidirmi? Gözlənti nədir? 

Ümumiyyətlə, Azərbaycanın dərman idxalından asılılığının bir sıra səbəbləri var. Ekspertlərə görə, bu məsələ təkcə tibbi deyil, həm də iqtisadi, texnoloji və sosial amillərlə bağlıdır. Ölkədə dərman istehsal edən müəssisələrin sayı məhduddur və mövcud zavodların istehsal gücü hər növ dərmana olan tələbatı tam qarşılamır. Eyni zamanda dərman istehsalı üçün lazım olan texnologiyalar bahalıdır və bu sahədə xüsusi laboratoriyalara, dəqiq standartlara uyğun şəraitə ehtiyac var. Dərman istehsalında istifadə olunan bir çox xammal və kimyəvi maddələr ölkədə istehsal olunmur, xaricdən gətirilir. Bu da ümumi asılılığı artıran amillərdən biridir. Bəzi hallarda dərmanları xaricdən gətirmək, onları yerli şəraitdə istehsal etməkdən daha ucuz və sərfəli olur. Bu, xüsusilə istehsalı bahalı olan və bazarda tələbatı az olan dərmanlara aiddir. Azərbaycan əhalisinin sayı və daxili bazarın ölçüsü də bəzi dərmanların ölkə daxilində istehsalını iqtisadi cəhətdən səmərəsiz edir.

Digər vacib məsələ isə bu sahədə ixtisaslı kadrların və elmi tədqiqat potensialının məhdud olmasıdır. Dərman istehsalı xüsusi bilik və təcrübə tələb edir. Ölkədə bu sahədə çalışan yüksək ixtisaslı əczaçı və texnoloqların sayı azdır. Dərmanların hazırlanması, sınaqdan keçirilməsi və keyfiyyətə nəzarət kimi mərhələlərdə tədqiqat institutlarının rolu böyükdür, lakin bu sahədə də müəyyən boşluqlar mövcuddur. Dərman istehsalına başlamaq və məhsulu bazara çıxarmaq üçün ciddi normativ-hüquqi tələblər var. Yeni dərmanların qeydiyyatı, sertifikatlaşdırılması və təsdiqlənməsi uzun vaxt aparan prosesdir. Bu da istehsalın inkişafına maneə törədən amillərdəndir.

Bütün bunlara əlavə olaraq, ölkədə artıq illərdir formalaşmış dərman idxalı təcrübəsi və xarici şirkətlərlə qurulmuş münasibətlər də bu sahədə mövcud vəziyyətin qorunmasına səbəb olur. İnsanlar və həkimlər xarici istehsal olan bəzi tanınmış dərmanlara daha çox etibar edirlər, bu da yerli məhsullara marağın az olmasına gətirib çıxarır. Nəticə etibarilə Azərbaycanın dərman idxalından asılılığını azaltmaq üçün həm infrastruktur, həm iqtisadi, həm də elmi və texnoloji sahədə ciddi addımlar atılmalıdır. Son illərdə bu istiqamətdə müəyyən işlər görülsə də, prosesin tam səmərəli olması üçün zaman və davamlı dəstək tələb olunur.

Yeri gəlmişkən, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 9,5 milyon manat dəyərində dərman istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon manat və ya 29% çoxdur. Belə ki, 2024-cü ilin ilk 7 ayında ölkədə 7,3 milyon manat dəyərində dərman istehsal edilmişdi. Bu il avqustun 1-i tarixinə ölkədə 480,3 min manatlıq hazır dərman ehtiyatı var. Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 1,9 milyon ədəd tibbi maska istehsal edilib ki, bu da illik müqayisədə dəyişməsə də son iki ildə 0,4 milyon ədəd və ya 26,7% artım deməkdir.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Dərman sənayesi sahəsində bir sıra yeniliklər var. Eyni zamanda xaricdən gətirilən dərmanlardan asılılığın azaldılması nəzərdə tutulur. Bu məsələni tamamilə həll etmək çətindir. Çünki Azərbaycan kimi ölkələr üçün bütün növ dərmanları istehsal etmək həm mümkün deyil, həm də lazım deyil. Amma çox vacib, tələbata uyğun olan dərmanların istehsalı istiqamətində işlər gedir.

Bu işlərin həyata keçirilməsi yalnız yerli şirkətlər tərəfindən aparılmır. Yerli şirkətlərin dünyada təcrübəsi olan digər şirkətlərlə birgə qurduqları zavodlar var. Bundan əlavə, həmin xarici şirkətlərin ölkəmizdə qurduqları zavodlar da fəaliyyət göstərir. Eyni zamanda bu işlər görülərkən hazırkı dünya standartlarına uyğun bütün tələblər öyrənilir. Bu baxımdan ölkədə istehsal olunan dərmanların keyfiyyəti ilə bağlı rahat şəkildə deyə bilərik ki, onlardan arxayın olmaq olar. Çünki bu dərmanlar bəlli texnologiya əsasında istehsal olunur. Bunlar ən müasir texnologiyalardır və Azərbaycana gətirilərək tətbiq edilir. Dünya təcrübəsinin öyrənilməsi, eyni zamanda digər ölkələrdən olan mütəxəssislərin cəlb olunması ilə, həmin ölkələrin şirkətləri ilə birgə istehsal prosesi həyata keçirilir”.

Baş həkimin qənaətincə, bu sahəyə tətbiq olunan nəzarət mexanizmləri də deməyə əsas verir ki, dərmanların keyfiyyətindən narahat olmağa dəyməz: “Getdikcə bu prosesin daha da sürətlənəcəyi gözlənilir. Çünki bu, bir tərəfdən tibbi proses olsa da, digər tərəfdən biznes maraqlarını ehtiva edən bir prosesdir”.

Əvvəlki Yazı

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr – aradakı fərq

Növbəti Yazı

Putinin yaxın adamı Azərbaycana görə istefa verib?

EKSKLUZİV

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
14
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
37

XƏBƏR LENTİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.