Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hərbi

Azərbaycan Asiya nəhəngindən yeni silah ala bilər – düşmənlərə mesaj

Sentyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

31 Oktyabr 25 / 16:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 18-də müdafiə naziri “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Forum çərçivəsində general-polkovnik Zakir Həsənov çinli həmkarı admiral Dong Jun və Mərkəzi Hərbi Şuranın Avadanlıqların İnkişafı Departamentinin direktoru general Xu Xueqiang ilə görüşüb. Keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

2 kişi ve yazı görseli olabilir

Qeyd edilib ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.

Bir müddət əvvəl Çin Xalq Respublikasının Azərbaycandakı hərbi attaşesi Sun Çjun iki ölkə arasında hərbi əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bəyan edib. 

Sun Çjun vurğulayıb ki, Çin-Azərbaycan hərbi əməkdaşlığı sadəcə texniki və format xarakteri daşımır, eyni zamanda regional sabitlik və qlobal təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Diplomat hərbi təlimlər, müdafiə sənayesi, kadr hazırlığı və hərbi texniki bilik mübadiləsi sahələrində qarşılıqlı əməkdaşlığın dərinləşdiriləcəyini diqqətə çatdırıb.

Azərbaycan və Çin son illər iqtisadi, siyasi və texnoloji sahələrdə olduğu kimi, hərbi əməkdaşlıqda da əlaqələri möhkəmləndirir. Xüsusilə 2023-cü ildən etibarən tərəflər arasında müdafiə sənayesi və təhlükəsizlik sahəsində rəsmi sənəd və memorandumlar imzalanıb.

Ekspertlər hesab edir ki, Azərbaycanla Çinin hərbi əməkdaşlığı Qərb və Rusiya arasındakı balanslı mövqeyin qorunmasına, eyni zamanda, Türk Dövlətləri Təşkilatı ilə Çin arasında koordinasiyaya yeni imkanlar açmasına xidmət edir. Çin Cənubi Qafqazda getdikcə daha fəal iqtisadi oyunçuya çevrildiyi kimi, hərbi-siyasi baxımdan da Bakı ilə yaxınlaşmanı vacib hesab edir.

O da nəzərə alınmalıdır ki, Çinin regional və qlobal rəqibi Hindistan Ermənistala əlaqələri sayəsində Güney Qafqaza girmək, möhkəmlənmək, aktora çevrilmək istəyir. Belə bir tarixi məqamda Azərbaycan Pekinə materikin ən önəmli hissəsində geniş qapılar açır. Xatırladaq ki, Prezident İlham Əliyev Çində keçirilən hərbi paradda iştirak edib.

Bunun ardınca nazirin səfəri olduqca əhəmiyyətlidir. Müdafiə nazirinin Çində keçirdiyi görüşlər hərbi əməkdaşlıq sahəsində hansı yeniliklərə gətirib çıxara bilər? Azərbaycan Asiya nəhəngindən dronlar, müasir hərbi texnikalar ala bilərmi?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Çin dünyada silah ixracına görə də ABŞ-dan sonra ikinci yeri tutan ölkədir və Amerika ilə aralarında olan fərq sürətlə azalır, belə bir ölkə ilə hərbi əməkdaşlıq Azərbaycanın marağındadır: “Çin son illər ən müasir 5-ci nəsil silahlar istehsalı edir. Son 25 il ərzində sürətlə inkişaf edən Çin dünyada ABŞ-dan sonra ən müasir 5-ci nəsil qırıcılara sahib ikinci ölkədir. Bu yaxınlarda təqdim etdiyi yeni nəsil Hipersəs silahlar, qırıcılar, tanklar və digər silah növləri bütün dünyanı heyrətə gətirdi. Azərbaycan silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamaq siyasətini çox düzgün olaraq seçib. Bu sırada Çinin silah bazarı bizim üçün çox cəlbedicidir və sərfəlidir. Ona görə də Azərbaycanın Çin istehsalı olan silahlara maraq göstərməsi təbiidir. Azərbaycan hərbi istiqamət üzrə də çoxtərəfli əməkdaşlığa üstünlük verir.  İddialar var ki, Azərbaycan Çindən Chengdu ”J-10C” (NATO kod adı: Firebird) çoxməqsədli döyüş təyyarələri də ala bilər. Azərbaycan artıq Pakistan-Çin əməkdaşlığı çərçivəsində hazırlanmış “JF-17″ Blok III təyyarələrini sifariş edib və ilk partiya artıq Azərbaycana çatdırılıb. Çin Yaxın Şərqdə öz təyyarə bazarını aqressiv şəkildə təşviq edir, ”J-10C”ni ABŞ-ın “F-16″ ”Döyüş Şahinləri”, Avropanın “Eurofighter Typhoons” və Fransanın “Rafael”lərini daha yaxşı əvəz edən kimi təqdim edir. Üstəlik, Çin təyyarələri qiymət baxımından da rəqabətə davamlıdır: bir vahidin qiyməti təxminən 40-50 milyon ABŞ dolları təşkil edir. Qeyd etdiyimiz kimi, Çinin hərbi sənayesinin istehsal etdiyi silahlar heç də hərbi sənayesi güclü olan digər ölkələrin silahlarından geri qalmır. Bu gün hərbi sənayesini ən sürətlə və bütün istiqamətlər üzrə inkişaf etdirən ölkələr sırasında Çin ilk beşliyə düşür. Bu ölkə yeni nəsil silahlar, PUA-lar, hərbi təyyarələr və digər bu kimi silahlar, texnikalar istehsal edir və çox böyük uğurlara imza atır. Azərbaycanın Çin istehsalı olan “J-10C” kimi tanınan qırıcılara daha çox marağı var. Ancaq Çinin bu silahı satışa çıxardığı barədə məlumat yoxdur. Bu silahların əhatə dairəsi göstərcilərinə görə Azərbaycanın ərazisinə də uyğundur. “JF-17″ təyyarələrinin isə ilk partiyasını Azərbaycan artıq əldə edib”.

Ekspert qeyd etdi ki, yeni nəsil silahlar heç də hər dövlətə satılmır. Azərbaycan yeni nəsil silahları alan ölkələrdəndir və yəqin ki, gələcəkdə “J-10C”ni də ala bilər: “Bu təyyarələr 5-ci nəsil təyyarələrdir və sınaqdan uğurla keçib. ”J-10C” dünyadakı ən müasir gözəgörünməz qırıcı təyyarələrindən biri kimi qəbul edilir. Azərbaycan bu silahı əldə edərsə, bu Azərbaycan ordusunun silah arsenalının güclənməsində, daha da müasirləşməsində çox ciddi təsirini göstərmiş olar. Onu da qeyd edim ki, Çin hərbi sənayesinin istehsalı yeni nəsil silahlar, o cümlədən təyyarələr qiymətlərinə görə də ABŞ, Fransa və digər silah ixracatçısı olan ölkələrin silahlarının qiyməti ilə müqayisədə münasibdir. Bu faktor da Azərbaycanın Çin silahlarına marağını artırır”.

Əvvəlki Yazı

İrəvandan Bakıya birbaşa təyyarə uçdu: Andranik Simonyan Azərbaycana gəldi

Növbəti Yazı

Külək və yağış ayın neçəsinə qədər davam edəcək?- PROQNOZ

EKSKLUZİV

Milyardlarln batdığı rayonlar: Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməzsə…

Milyardlarln batdığı rayonlar: Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməzsə…

05 Noyabr 2025 / 16:16
0
Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlamasından danışdı: “mən buna əhəmiyyət vermirəm”

Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlamasından danışdı: “mən buna əhəmiyyət vermirəm”

05 Noyabr 2025 / 16:03
0
AzTV sədrinin oliqarxlaşma hekayəsi: Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış

AzTV sədrinin oliqarxlaşma hekayəsi: Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış

05 Noyabr 2025 / 15:59
1
34 yaşlı müsəlman sosialist Nyu-Yorkun meri oldu – Mamdani Trampa meydan oxuyur

34 yaşlı müsəlman sosialist Nyu-Yorkun meri oldu – Mamdani Trampa meydan oxuyur

05 Noyabr 2025 / 15:43
0

XƏBƏR LENTİ

Milyardlarln batdığı rayonlar: Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməzsə…

Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlamasından danışdı: “mən buna əhəmiyyət vermirəm”

AzTV sədrinin oliqarxlaşma hekayəsi: Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış

34 yaşlı müsəlman sosialist Nyu-Yorkun meri oldu – Mamdani Trampa meydan oxuyur

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

İcra Hakimiyyətinin sektor müdirinin böyük obyekti üzə çıxdı – Bakının mərkəzində + SƏNƏDLƏR

ŞABALID GENERALA BAHA BAŞA GƏLDİ… – Lüks maşınları da əlindən çıxdı + FOTO

GƏLƏN İL PENSİYALAR ARTIRILACAQ – Rəqəmlər AÇIQLANDI

Moskvanın taleyini ABŞ və Çin həll edəcək

Gələn il manatın məzənnəsi necə olacaq?

Nyu-Yorkun yeni mer namizədindən Trampa SƏRT MÜRACİƏT

İcra başçıları ciddi nəzarətdə

ABŞ hava məkanında görünməmiş böhran: Hökumət şatdauna girdi, hər şey alt-üst oldu

Bu gün Bakı metrosunda iş saatı uzadılacaq

Elton Məmmədovu həbsxanadan qurtaran əmlakları

Həyət evi olanlara su pulu ilə bağlı bəd xəbər

Noyabrda 9 gün dərs olmayacaq

Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış – Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş

“Köhlən atlar” “məmurlar”a qarşı-milyonların gözü Bakıda

Ramiz Mehdiyevin himayə etdiyi məmurlar: Aralarında icra başçısı da, bələdiyyə sədri də var…

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR

Dünya qopur: NATO Rusiya ilə müharibəni qaçılmaz sayır – hərbi rəhbərlik savaşa hazırlaşır

Ziya Məmmədov həbsdən necə qurtulub? — SENSASİON SİRLƏR ÜZƏ ÇIXDI

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Trampın oğlu Ermənistana niyə gəlir? (ŞƏRH)

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.