Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Ölkəni silkələyən həbs – neft treyderliyinin “qara qutusu” açılır

Sentyabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

SOCAR-la birgə ölkəmizə və onun imicinə zərbə vuran, müstəqilliyimizin təməlini qazıyan şəbəkədə kimlər var? Yeni həbslər qaçılmaz görünür… 

Azərbaycanın strateji neft ticarəti sistemində on illərdir adı ön sırada çəkilən, Lionel Messini Bakıya gətirməklə gündəmə gələn, həyat yoldaşının sosial şəbəkələrdə nümayiş etdirdiyi dəbdəbəli həyatla gündəmin əsas simasına çevrilən Adnan Əhmədzadə artıq DTX təcridxanasında günlərini sayır.  

Onu Bakıda, “Maybach” avtomobili ilə Formula-1 yarışına gəldiyi zaman qandallayıb Dövlət Təhlükəsizliyi Xidmətinə aparıblar. Ortada olan ittihamlar çox ciddidir və Adnan Əhmədzadənin taleyini alt-üst edəcək qədər ağırdır. 

Səbayel Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Adnan Əhmədzadənin işi təkcə şəxsi taleyi ilə məhdudlaşmır, bu, Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi suverenliyi və hətta milli təhlükəsizlik məsələləri ilə sıx bağlıdır. Məlumatlara görə, Adnan Əhmədzadəyə qarşı xüsusilə böyük miqyasda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, hətta ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vurmaq ittihamları irəli sürülüb. 

Adnan Əhmədzadə vətənə xəyanət edib?! Rusiya izi və qalmaqallı həbsə dair  ŞOK DETALLAR

Ən qalmaqallı iddia isə onun Rusiya neftinin “qara bazar”da satışında iştirak etməsi və “Putinçi treyderlər” adlandırılan şəxslərlə əməkdaşlığıdır. Bu iddialar Azərbaycan-Rusiya münasibətlərinin ən həssas dövründə səsləndiyi üçün xüsusi rezonans doğurur.  

Rusiya Telegram kanallarında Adnan Əhmədzadə ilə bağlı müxtəlif məlumatlar paylaşılmağa başlanıb. Kanallarda Adnan Əhmədzadənin hansı səbəbdən məsuliyyətə cəlb edildiyi barədə şərhlər və təhlillər aparılır. Ən son yayılan məlumatlara əsasən, Adnan Əhmədzadə Rusiya neftinin Avropaya ixracı üçün saxta sertifikatlar hazırlayıb və şirkətlər şəbəkəsi qurub. Həmçinin “kölgə donanması” ilə əlaqələr qurduğu bildirilir. Hadisədə adı hallanan Rusiya şirkətləri arasında “Lukoil”, “Tatneft”, “Sibur” və “Surgutneftqaz” kimi iri enerji nəhəngləri də yer alır. Məlumatı xüsusi xidmətlərə yaxınlığı ilə tanınan VÇK-OQPU Telegram kanalı yayıb.  

Əlavə olaraq, mənbələr Adnan Əhmədzadənin Bakı neftinə kənar maddələr qatılması təxribatında da ittiham olunduğunu bildirirlər.  

AG Partiya sədri Tural Abbaslı Adnan Əhmədzadəninin həbsinin əsassız olmadığını düşünür. Deyir ki, “od olmayan yerdə tüstü çıxmaz”: “Adnan Əhmədzadənin həbsinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən gerçəkləşdirilməsi ortada çox ciddi ittihamların, əsasların olduğunu göstərir. Hər halda, onu DTX-nın həbs etməsi burada təkcə maliyyə məsələlərinin olmadığını, dövlətin imici məsələsi ilə əlaqəlidir. Mümkündür ki, digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq məsələsi də var”. 

Partiya sədri Adnan Əhmədzadəyə verilmiş səlahiyyətlər məsələsinə də toxunub: “Ona bu səlahiyyətləri kim vermişdi? Bu adam 2023-cü ilə kimi SOCAR-da işləyib. Bundan sonrakı dövrdə o, SOCAR-ın adından necə müqavilə bağlaya bilərdi? Şəxsin birdən-birə böyük varidat əldə etməsi onun həmin varidata dürüst yollarla sahiblənmədiyinə şübhələr yaranır. Belə “iş adamları”nın fəaliyyətinə həmişə şübhə ilə yanaşmışıq, zamanında Adnan haqda fikir deyəndə üstümüzə gəlir, nə dediyimizin mahiyyətinə varmadan onu bizdən müdafiə edirdilər. İndi isə dediklərimiz həqiqət olub, Adnanın müdafiəçilərinin isə səsi gəlmir”. 

Partiya sədri Adnan Əhmədzadənin işi üzrə aparılan istintaqın bütün gerçəkləri üzə çıxaracağına əmin olduğunu bildirib: “Azərbaycan dünyada etibarlı enerji tərəfdaşı kimi tanınır. Bu imic dövlətin xarici siyasətində ən güclü arqumentlərdən biridir. Təəssüf ki, son qalmaqal – Azərbaycan neftinə xlorid qatılması təsadüfi texniki səhv və ya səhlənkarlıq deyil. SOCAR Azərbaycan iqtisadiyyatının ən strateji müəssisəsidir. Ötən aylarda baş verənlərə görə Rumıniya və İtaliyanın bir neçə neftayırma zavodu Azərbaycanla neft alqı-satqısına yenidən baxılacağını bildirdi. Qazaxıstan isə tranzit yolu ilə bağlı sualları aktuallaşdırdı. Bu, təkcə SOCAR-a yox, bütövlükdə Azərbaycana və onun imicinə vurulan zərbədir. Bu məsələlər diqqətli araşdırma tələb edir”. 

Adnan Əhmədzadənin hüquqlarını Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev müdafiə edir. Vəkil Gününsəsi.info-ya deyib ki, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.  

“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib. 

İctimaiyyətin diqqəti isə təkcə Adnan Əhmədzadənin taleyinə yox, həm də bu işin arxasında gizlənən böyük şəbəkəyə yönəlib. Musavat.com-un əldə etdiyi məlumata görə, “Adnan işi” çərçivəsində başqa şəxslər də saxlanılıb. Lakin məhkəmə qərarı olmadığı üçün onların adları açıqlanmır. Aydındır ki, bu həbs həm də siyasi və geosiyasi mesajdır. Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdiyi dövrdə məhz Rusiya neft treyderləri ilə əməkdaşlıqda ittiham olunan yüksək səviyyəli bir şəxsin həbs olunması təsadüfi görünmür. 

Adnan Əhmədzadənin özünə gəlincə, onun həyat hekayəsi Azərbaycan ictimaiyyəti üçün bir dərsdir. Dünən “Maybach”da Formula-1 yarışına gəlirsən, ertəsi gün həbsxana kamerasında göyərçinlərin pəncərəyə qonmasını izləyir.  

Adnan Əhmədzadə DTX-də ilk gecəsini belə keçirib – BÜTÜN DETALLAR AÇIQLANDI

Onun DTX təcridxanasında yaşadıqlarını vaxtilə orada saxlanılmış araşdırmaçı-jurnalist Pərviz Həşimli Musavat.com-a belə anladıb:  “O qapılar bağlananda sənin bütün dünyan dəyişir. İtalyan dəbdəbəsi yox, dəmir qapıların cırıltısı qulağında qalır. Adnan da həmin anı yaşayıb. Nəzarətçilər sənin günahına baxmır, sadəcə, deyirlər: “Günahın var-yoxdur, bizim üçün bunun heç bir əhəmiyyəti yoxdur, burada qaydalara əməl etməlisən. Kamerada isə səni beton masa, dəmir oturacaq, açıq unitaz, əlçatmaz pəncərə gözləyir. İlk günlər başından intihar fikirləri belə keçir, amma sonradan öyrənirsən ki, pəncərənin şüşəsi qırılmaz plastikdir. Alüminium boşqab, bir çömçə manna, qaynar çay… Əvvəl boğazdan keçmir. İlk gecə isə yuxusuz keçir, ailən, uşaqların gözünün önünə gəlir. Sonradan bütün bunlara öyrəşirsən”. 

Əvvəlki Yazı

Erməni katolikos Putinə Azərbaycanla bağlı müraciət etdi – hiylə

Növbəti Yazı

Pezeşkianla Mustafayev nəyi müzakirə ediblər?

EKSKLUZİV

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

02 Mart 2026 / 16:21
0
“Azəriqaz”ın milyonlarla borcu yarandı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

02 Mart 2026 / 16:20
0
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
5
İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

02 Mart 2026 / 13:51
1

XƏBƏR LENTİ

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.