Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Urmiya gölü tamamilə yoxa çıxıb

Sentyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

RAMİZ MEHDİYEVİN DÖVRÜNDƏKİ AMEA CİNAYƏTLƏRİ

RAMİZ MEHDİYEVİN DÖVRÜNDƏKİ AMEA CİNAYƏTLƏRİ

02 Oktyabr 25 / 11:38
“Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb? – “Sea Breeze”ə aparan gizli yol – VİDEO

“Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb? – “Sea Breeze”ə aparan gizli yol – VİDEO

02 Oktyabr 25 / 11:21
Ekologiya Nazirliyində sistemli korrupsiya və RÜŞVƏT İDDİASI

Ekologiya Nazirliyində sistemli korrupsiya və RÜŞVƏT İDDİASI

01 Oktyabr 25 / 12:44
Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və… FOTO+VİDEO

Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və… FOTO+VİDEO

01 Oktyabr 25 / 11:17
AYNA-nın heyrət doğuran qanunsuzluğu: TENDERSİZ 53 MİLYONLUQ SİFARİŞ!

AYNA-nın heyrət doğuran qanunsuzluğu: TENDERSİZ 53 MİLYONLUQ SİFARİŞ!

01 Oktyabr 25 / 10:50
İranda Asiyanın ən böyük duz gölü olan Urmiya gölü tamamilə quruyub. Onun yaşı 4000 ildən çoxdur və ölkənin şimal-qərbində yerləşir, Almaniya, İsveçrə və Avstriya aasındakı Konstans gölündən on dəfə böyük olub.  Qaynarinfo xəbər verir ki, bunu “Bild” qəzeti yazıb.
1980-ci illərdə onun uzunluğu 140 kilometr, eni isə 55 kilometr olub, lakin 2025-ci ilin yayına qədər peykdən çəkilmiş görüntülərə görə ortada quru göl yatağı və bir neçə gölməçə qalıb. Ekoloqlar və İranın müxalifət mediası Urmiya gölünün yoxa çıxmasını rejimin fəlakəti adlandırır. “Iran News Update”in məlumatına görə, ölkədə bir milyondan çox qeyri-qanuni quyu var və bu quyular illər ərzində qrunt sularını tükəndirib.
Kənd təsərrüfatı vəziyyəti daha da gərginləşdirir: Bu sahə İranın su ehtiyatlarının 88%-ni istehlak edir, bununla belə, ÜDM-in yalnız 10%-ni verir. Bunun nəticəsidir ki, ölkədə hər il təbii mənbələrin doldura biləcəyindən 43 milyon kubmetr çox su istehlak edilir. Prezident Məsud Pezeşkian iyul ayında etiraf edib ki, ölkədə həqiqətən də su yoxdur. Onun sözlərinə görə, hakimiyyət hətta 15 milyondan çox insanın yaşadığı paytaxtı köçürməyi də düşünür.
Urmiyanın yoxa çıxması artıq yüz minlərlə insanın həyatına təsir edib: bölgə indi torpağı məhv edən və kənd təsərrüfatını demək olar ki, qeyri-mümkün edən duz fırtınalarından əziyyət çəkir. Qeyd edək ki, Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göldü. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın, həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur.
Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatıb. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Nəticədə yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər. Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaq.
Göl öz adını onun yaxınlığında yerləşən Urmiya şəhərinin adından götürüb. Cənubi Azərbaycan əhalisi arasında daha çox Urmu gölü olaraq tanınır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilib: “Çiçe” (fransız səyyah Şarden), “Təla”, “Şahi gölü” və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiya şəhərinin adı ilə Urmiya gölü kimi adlandırılır. Pəhləvi sülaləsinin dönəmində gölün adı Rza şahın şərəfinə (1925) Rzaiyyə gölü olub. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yenidən Urmu adını bərpa etsə də, Məhəmmərza Pəhləvinin hakimiyyət illərində gölün adı yenidən dəyişdirilib. 1979-cu il İran İslam İnqilabından sonra şah rejimi ilə bağlı adlar dəyişdirilib və Urmiya adı bərpa olunub.
Əvvəlki Yazı

Ukrayna Rusiyanı çökdürəcək əks-hücuma başlayır

Növbəti Yazı

Nyu-Yorkda qapalı ABŞ-Rusiya danışıqları

EKSKLUZİV

Elşad Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı

Elşad Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı

02 Oktyabr 2025 / 16:05
19
İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığı: Vəzifəli şəxslər həbs olundu

İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığı: Vəzifəli şəxslər həbs olundu

02 Oktyabr 2025 / 11:44
1
Fond rəhbəri işdən çıxdı – Nazirdən müvəqqəti təyinat

Fond rəhbəri işdən çıxdı – Nazirdən müvəqqəti təyinat

02 Oktyabr 2025 / 11:42
1
RAMİZ MEHDİYEVİN DÖVRÜNDƏKİ AMEA CİNAYƏTLƏRİ

RAMİZ MEHDİYEVİN DÖVRÜNDƏKİ AMEA CİNAYƏTLƏRİ

02 Oktyabr 2025 / 11:38
5

XƏBƏR LENTİ

Elşad Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı

İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığı: Vəzifəli şəxslər həbs olundu

Fond rəhbəri işdən çıxdı – Nazirdən müvəqqəti təyinat

RAMİZ MEHDİYEVİN DÖVRÜNDƏKİ AMEA CİNAYƏTLƏRİ

“Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb? – “Sea Breeze”ə aparan gizli yol – VİDEO

Paşinyan “Zəngəzur dəhlizi”nə razılaşdı: “Qoy Azərbaycanda nə istəsələr desinlər”

Fransızlar milyarder Əhmədova necə kələk gəliblər…

Zaur Mikayılovdan Mehriban Əliyevaya şikayət olundu

Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -Emin Əmrullayevə MÜRACİƏT

Adnan Əhmədzadə çirkli pulları belə yuyub-Sensasion faktlar

“Qarabağ”dan TARİXİ QƏLƏBƏ…

ABŞ federal hökuməti fəaliyyətini dayandırdı – Büdcə mübahisəsinə görə

Biləsuvarın icra başçısına “DUR” deyən olcaqmı?! –Dövlətin pulun “öz qanunları” ilə xərcləyir

Ekologiya Nazirliyində sistemli korrupsiya və RÜŞVƏT İDDİASI

Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və… FOTO+VİDEO

Emin Əmirullayev direktorlarla bacarmır? – Nazirin sərtliyi olsaydı…

“Kristal Bakı” “Qanlı göl”ün ətrafındakı sakinlərin “qan”ını almaq istəyir

Həbs edilən dostu ilə fotolarını sildi

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olundu

Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək

AYNA-nın heyrət doğuran qanunsuzluğu: TENDERSİZ 53 MİLYONLUQ SİFARİŞ!

Tramp Azərbaycan-Ermənistan razılaşmas;ndan danışdı: Mənə dedilər ki, çətindir, boynuna götürmə

Filippində DƏHŞƏTLİ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var

Emin Əliyev Zeyd Döyüş Mərkəzinin prezidenti seçildi!

Oktyabrda hava necə olacaq?

Bu qəsəbədəki bütün evlər qanunsuzdur — SÖKÜLƏCƏK? —RƏY

Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa… – Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır

Nazir qalmaqallı prorektoru işdən çıxardı – Yerinə sabiq rəis gətirildi

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? – 11 şübhəli var

Azərbaycan Rusiya qazını İrana buraxmayacaq?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.