Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

İlham Əliyevdən məmurlara sərt xəbərdarlıq

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58
“SOCAR Türkiyə” – FETÖ-çuların sığınacaq mərkəzi…

“SOCAR Türkiyə” – FETÖ-çuların sığınacaq mərkəzi…

12 Noyabr 25 / 14:11
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

12 Noyabr 25 / 12:07
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41

Prezident yeni təyin olunan icra başçıları ilə görüşdü: “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini hamıdan üstün tutmağa çalışırlar və dövlətin siyasətinə ləkə vururlar”; dövlət başçısından İH rəhbərlərinin diqqətinə: “Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq” 

Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. “Yeni Müsavat” xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 12-də bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Ceyhun Cəlilov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının baş naziri olub.

Fuad Vahid oğlu Nəcəfli isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Fuad Nəcəfli 2022-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilmişdi.

Eyni gündə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, buna qədər Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub. Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Vüqar Novruzov isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla o, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İlham Əliyev Ceyhun Cəlilovu və bir sıra yeni təyin olunan icra başçılarını qəbul edib

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də adları çəkilən şəxsləri vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz: “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.

Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

Dövlət başçısının sözlərinə görə, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır: “Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.

Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Əvvəlki Yazı

Pentaqondan Azərbaycanla bağlı çağırış – Trampın o qərarı…

Növbəti Yazı

Sənədsiz evlərin qeydiyyatı məsələsi nə yerdədir? – VİDEO

EKSKLUZİV

“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” – Nazir müəllimlər üçün yeniliyi açıqladı

“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” – Nazir müəllimlər üçün yeniliyi açıqladı

13 Noyabr 2025 / 14:02
0
Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi: mühafizə və sürücüylə… – “Londonda yaşayacaq”

Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi: mühafizə və sürücüylə… – “Londonda yaşayacaq”

13 Noyabr 2025 / 14:00
0

Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı

13 Noyabr 2025 / 13:56
1
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?

Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?

13 Noyabr 2025 / 13:31
0

XƏBƏR LENTİ

“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” – Nazir müəllimlər üçün yeniliyi açıqladı

Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi: mühafizə və sürücüylə… – “Londonda yaşayacaq”

Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı

Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?

Qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ – Bu gün səhər…

Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var…

Fuad Nəcəfli getdi. “Sağ əli” sayılan kadrlar necə olacaq?

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim…

Qaralovun şirkətlərinin vergi borcu ilə bağlı rəsmi açıqlama

QIZINI LONDONDA OXUTMAQ İSTƏDİ, DƏLƏDUZLARIN “TORUNA DÜŞDÜ” – Professor oğlu və ortağı haqda növbəti şikayət

Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir – Özünün xəbəri yoxdur

Sənədsiz evlərin qeydiyyatı məsələsi nə yerdədir? – VİDEO

İlham Əliyevdən məmurlara sərt xəbərdarlıq

Pentaqondan Azərbaycanla bağlı çağırış – Trampın o qərarı…

Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək

Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır – 3 ay sonra…

Moskvanın 10 noyabr “dərdi” – Bakı və İrəvanın qərar anı

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Gözlənilməyən qətlin izi ilə: Şirkət rəhbəri cinayətdən necə gizlədilir?

Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu – Oyun planı dəyişməyib?

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazılıb – VİDEO

“Music Gallery” ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub

Həqiqi hərbi xidmətlə bağlı dəyişiklik – Xidmət müddəti 6 ay azaldılır

Media yazdı, Baş Prokurorluq cinayət işi açdı – Təfərrüat

Bu gün təyin olunan icra başçıları – TAM SİYAHI

Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? – VİDEO

Nura Suri Mədəniyyət Nazirliyini ifşa etdi: “Pul verib, tədbirlərə qatılmaq olur”

Ətin qiyməti ucuzlaşır – VİDEO

Gürcüstan qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı ilk hesabatı açıqladı – “Partlayış izi yoxdur”

Keçmiş “C130” təyyarəsinin pilotu qəzanın səbəbini AÇIQLADI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.