Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Sülhməramlılarımızın Qəzzaya yolu açıldı – Bakının qərarı

Noyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 25 / 12:12
Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

18 Noyabr 25 / 11:03
İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

17 Noyabr 25 / 15:31
Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19

BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra sülhyaratma missiyasının tərkibi yenidən gündəmə gəlib – Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi türk və müsəlman ölkələrinin iştirakı da mümkündür

BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına dair qətnamə layihəsini səsverməyə çıxarıb. Artıq qətnamə qəbul olunub. Bu münasibətlə Ağ Ev sahibi dünyanı təbrik edib. ABŞ prezidenti bu hadisənin BMT tarixində ən vacib hadisələrdən biri kimi tarixə düşəcəyinə inanır. O, qərarın “daha böyük sülhə gətirib çıxaracağını” və “həqiqətən tarixi əhəmiyyətə malik bir an olacağını” bildirib. Tramp əlavə edib ki, Sülh Şurası yaxın həftələrdə ən nüfuzlu ölkələrin nümayəndələrindən formalaşdırılacaq.

Trampın planına əsasən, keçid dövründə Sülh Şurası Qəzzanın xarici idarəçiliyini öz üzərinə götürəcək. BMT-dəki səsvermənin nəticəsi Azərbaycan üçün də ciddi əhəmiyyət kəsb edirdi. Çünki ABŞ Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinə Azərbaycan sülhməramlılarının daxil olmasını da istəyir.

BMT-nin qərarına baxmayaraq, Qəzza zolağında hələ bir çox məsələlər aydın deyil. HƏMAS silahlı strukturlarını saxladığı müddətdə sülhməramlıların Qəzzaya daxil olması böyük riskdir.

Xatırladaq ki, “İsrail-Hayom” qəzetinin məlumatında bildirilirdi ki, Qəzzaya göndəriləcək sülhməramlıların özəyini Azərbaycan və İndoneziya təşkil edə bilər. “Politico” nəşri isə bir neçə ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə qoşulmaq üçün əsas namizəd ölkələrin Azərbaycan, İndoneziya və Pakistan olduğunu yazmışdı.

Azərbaycan sülhməramlı bölüyü 2003-2008-ci illərdə 152 nəfərlik şəxsi heyətlə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edib. 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Türk taboru tərkibində fəaliyyət göstərib. Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb. Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.

Azərbaycanın Qəzzada sülhməramlı iştirakı mümkündürmü?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a dedi ki, qətnamənin ən mühüm elementi Sülh Şurası adlanan müvəqqəti idarəetmə strukturunun yaradılmasıdır. Azərbaycan sülhməramlılarının mümkün iştirakı isə məsələnin regional ölçüsünü genişləndirir: “ABŞ və İsrail mənbələrinin Azərbaycanı əsas namizəd ölkələr sırasında göstərməsi təsadüfi deyil. Azərbaycan həm müsəlman ölkə olaraq Qərb və Şərq arasında körpü rolunu oynaya bilər, həm də İraq və Əfqanıstan missiyalarındakı təcrübəsi ilə sabitləşdirmə əməliyyatlarına töhfə verə bilər. Azərbaycanın mövqeyi ondan ibarət olub ki, bu missiyada iştirak yalnız BMT-nin dəqiq mandatı və tam atəşkəs şəraitində mümkündür. Bu da real siyasi hesablama ilə bağlıdır – Azərbaycanın regionda balanslı diplomatiyası, İsrail və Fələstinlə əlaqələri, eləcə də hərbi personalın təhlükəsizliyi kimi faktorlar Bakının qərarını ehtiyatlı edir. Azərbaycan üçün şəxsi heyətin təhlükəsizliyi vacib məsələdir. Nəticədə Sülh Şurasının Qəzzada nə dərəcədə effektli olacağına dair sual hazırda həm siyasi, həm də təhlükəsizlik baxımından açıq olaraq alır. Planın üstünlüyü ondan ibarətdir ki, illərlə davam edən münaqişəni beynəlxalq legitimlik çərçivəsində tənzimləməyə cəhd edilir. Amma risklər də bir o qədər böyükdür – silahlı qrupların müqaviməti, regional güclər arasındakı ziddiyyətlər, yerli əhalinin reaksiyası və s. Buna görə də yaxın aylarda Qəzzada müvəqqəti idarəetmənin necə qurulacağı təkcə Yaxın Şərqin yox, beynəlxalq təhlükəsizlik sisteminin gələcək istiqamətləri üçün də həlledici olacaq”.

Mövzu ilə bağlı “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü də bildirib ki, bu, çox ciddi məsələdir: “Fələstin məsələsi, Qəzzada sülh və sabitliyin əldə olunması kifayət qədər mürəkkəb bir mexanizmdən və mürəkkəb həll yolundan ibarət olan bir prosesdir. Bu mürəkkəbliyi yaradan amillərdən biri sülhməramlı qüvvələrin tərkibinin müəyyənləşdirilməsidir – yəni hansı ölkələrdən ibarət olacaq, kimlər iştirak edəcək. Bundan daha vacibi isə Fələstində, Qəzzada tam sabitliyin bərqərar olunmasıdır. Çünki orada hələ də gərginlik davam edir: İsrailin hücumları davam edir, HƏMAS-ın müqaviməti qalır. Belə bir situasiyada digər ölkələr haqqında qəti fikir bildirmək çətindir, amma Azərbaycan hərbçilərinin, sülhməramlı qüvvələrinin ora göndərilməsi və missiyada iştirakı müəyyən çətinliklər yarada bilər. Təbii ki, bu, çoxlu suallar doğurur: tərəflər münaqişə vəziyyətindədir, müharibə gedir, gərginlik var. Belə halda bizim sülhməramlı missiyada iştirakımız necə tənzimlənəcək? Biz çox qızğın və gərgin münaqişənin mərkəzinə düşə bilərik və hesab edirəm ki, bu, Azərbaycan üçün arzuolunan deyil. Əgər BMT Təhlükəsizlik Şurasının yekdil qərarı ilə, BMT-nin aparıcı ölkələrinin razılığı ilə sülh planı, sülhməramlı qüvvələrin tərkibi, mandatı və fəaliyyət çərçivəsi tam şəkildə təsdiqlənərsə, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı yekdil mövqeyə gələrsə və bölgədə müəyyən sabitlik təmin olunarsa, o zaman Azərbaycanın bu prosesdə iştirakını mümkün hesab edirəm”.

M.Göyüşlü qeyd edib ki, Azərbaycan əvvəllər İraqda və Əfqanıstanda bu kimi proseslərdə iştirak edib: “Azərbaycanın kifayət qədər geniş təcrübəsi var. Biz özümüz də müharibə yaşamış, münaqişədən əziyyət çəkmiş bir müsəlman, türk ölkəsiyik. Azərbaycan Silahlı Qüvvələri müharibə dövründə özünü yüksək peşəkarlıqla göstərib. Bu səbəbdən biz başqa bir müsəlman ölkəsində sabitliyin təmin olunmasına töhfə verə bilərik. Düşünürəm ki, bu prosesdə İndoneziya və digər müsəlman ölkələri də iştirak edə bilər. Lakin başda Türkiyə, Pakistan və Azərbaycan olmalıdır. Təbii ki, Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi türk və müsəlman ölkələrinin iştirakı da mümkündür. Hətta məqsədəuyğun olarsa, Macarıstanın da bu prosesə qoşulmasını məsləhət görərdim. Bu yolla peşəkar, təcrübəli və regiondakı münaqişəli vəziyyətin aradan qalxmasında həqiqi marağı olan ölkələrdən ibarət sülhməramlı qüvvənin yaradılması çox faydalı ola bilər”.

Əvvəlki Yazı

ABŞ səfirinin Bakıya 10 ay yubanan təyinatı

Növbəti Yazı

Səbinə Yusif yazır: “Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunda yaşayır Mühüd”

EKSKLUZİV

Hökumət parlamentdə

Hökumət parlamentdə

19 Noyabr 2025 / 12:16
0
Azərbaycanda 1 həftə iş olmayacaq

Azərbaycanda 1 həftə iş olmayacaq

19 Noyabr 2025 / 12:15
0
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 2025 / 12:12
5
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –ŞOK FAKTLAR/FOTOLAR

Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –ŞOK FAKTLAR/FOTOLAR

19 Noyabr 2025 / 11:42
3

XƏBƏR LENTİ

Hökumət parlamentdə

Azərbaycanda 1 həftə iş olmayacaq

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –ŞOK FAKTLAR/FOTOLAR

Masallıda “Ara qarışdıran” kimdir? — Həbs olunmağın bir addımlığında

Regionlardakı işsizliyin səbəbi nədir – Bu rayonlarda 3 ayda yeni iş yeri açılmayıb + SİYAHI

DÇ-2026-nın 42 iştirakçısı müəyyənləşdi – SİYAHI

ƏBÜLFƏS QARAYEVİN “LONDON MÜHAZİRƏLƏRİ”… – Sabiq nazir ingilislərə nədən “dərs” keçir?

Yeni və gizli plan: ABŞ Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə danışıqlar aparır

Dəhşətli qətlin istintaqı davam edir …

Fərhad Əhmədovun “AZNAR”ı möhürləndi

Polşada erməni mafiyası çökdürüldü – Həbs olunanların siyahısı yayıldı

Səbinə Yusif yazır: “Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunda yaşayır Mühüd”

Sülhməramlılarımızın Qəzzaya yolu açıldı – Bakının qərarı

ABŞ səfirinin Bakıya 10 ay yubanan təyinatı

TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş

2026 nə ilidir? Kimlərə düşərli olacaq?

Azərbaycan xarici ticarəti neçə ölkə ilə aparır?

“Baku Electronics”, “Kontakt Home” CƏZALANDIRILDI

Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə TOPLAŞDI – DTX VİDEO YAYDI

Trampa “sağ ol” deyək, amma İlham Əliyevin əzmini, DTX-nın fədakarlığını da unutmayaq…

Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi – ADY-də maraqlı təyinat oldu

Kapitan həbsxanadan 28 səhifəlik sensasiyalı məktub göndərib – Generala ağır ittihamlar var

BMT Qəzzaya sülhməramlı göndərilməsi barədə qətnamə qəbul etdi

Müəllimlik – insanlıq missiyası

Paşinyan məscidləri kimin üçün tikir?

Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir?

“Lukoil” Azərbaycanı tərk edir – Tarix açıqlandı

Əməkdar artist Yadigar Muradov vəfat etdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.