Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT

Noyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

20 Noyabr 25 / 13:08
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 25 / 12:12
Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

18 Noyabr 25 / 11:03
İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

17 Noyabr 25 / 15:31
Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48

Ucarın mərkəzində, Oğuz küçəsində yerləşən və sovet dönəmindən qalan Pambıq Emalı Zavodu illərdir ərazidə yaşayan insanların həyatını cəhənnəmə çevirib.

Musavat.com-a müraciət edən sakinlər deyirlər ki, zavod dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və illərdir həmin evlərdə rahat yaşamaq mümkün deyil.

Onların sözlərinə görə, müəssisə səhər saat 9-dan axşam 11-ə qədər fasiləsiz işləyir, köhnə avadanlıqların yaratdığı dəhşətli uğultu isə ətrafı yaşanmaz hala salıb:

“Bu səs-küyü 4-5 kilometr aralıdan da hiss edirik. Axşam evə gəlirik, sakitlik yoxdur, başımızda küy dayanmır. Elə bil evin içində traktor işə düşüb. Tüstünü, tozunu demirik – nəfəs almağa yer qalmayıb. Küçəmizdə 7-8 nəfər onkoloji xəstə var. Nəfəs almaqları belə əzaba çevrilib”.

Şikayətçilərin sözlərinə əsasən, emala gətirilən pambıq kol üzərində olarkən kimyəvi maddələrlə işlənir və həmin iy bütün məhəlləni bürüyür:

“Zəhər iyi gəlir. Bir anlıq havaya çıxa bilmirik. Nəfəs borularımız yanır. Hara müraciət edirik, cavab yoxdur. Sanki biz burada yaşayış yox, məhbus həyatı yaşayırıq”.

pambiq2.jpg (50 KB)

Sakinlər daha ciddi bir məqamı da qeyd edirlər: Ucarın çıxacağında, Bakı–Qazax yolunun kənarında, meşəlik ərazidə yeni pambıq zavodu tikilib, lakin müəssisə nədənsə işləmir:

“Orada ideal yer var, amma boş saxlanılır. İki maşın pambıq ora, dörd maşın pambıq yenə buradakı köhnə zavoda gətirilir. Bizi boğmaq üçün sanki qəsdən belə edirlər. Niyə? Çünki köhnə avadanlığı dəyişmək, filtr qoymaq istəmirlər”.

Sakinlərin sözlərinə görə, dəfələrlə baxış keçirilib, filtr quraşdırılacağı vəd olunub, amma vədlər elə kağız üzərində qalıb:

“Hər dəfə deyirlər ki, sifariş verilib. Aylar keçir, illər keçir, filtri görən yoxdur. Filtrsiz bunkerlərin ağzından toz yağış kimi yağır. Bizi eşidən yoxdur”.

pambiq3.jpg (64 KB)

Pambıq zavodu yaşayış məhəlləsi ilə üz-üzə ola bilərmi? – Dünya təcrübəsi nə deyir?

Musavat.com-un araşdırmasına görə, pambıq emalı müəssisələri səs-küy, toz və kimyəvi buxarlar səbəbindən bir çox ölkələrdə yüksək riskli sənaye kateqoriyasına daxildir. Buna görə də bu tip müəssisələrin yaşayış evlərindən müəyyən məsafədə yerləşməsi beynəlxalq normadır.

ABŞ (EPA): Zavodlarla yaşayış zonası arasında 500–800 metr məsafə tələb olunur.

Türkiyə: “Orta riskli sənaye” kimi təsnif olunan bu müəssisələr evlərdən 300–1000 metr aralı tikilir.

Avropa Birliyi: Akustik və hava çirklənməsi zonası nəzərə alınaraq 400–700 metr məsafə qoyulur.

Azərbaycan normativləri: Səs-küy və toz emissiyası yüksək obyektlər yaşayış yerindən ən azı 300 metr uzaqda olmalıdır.

Ucarda isə zavod evlərin demək olar ki, içindədir və bu, heç bir normaya uyğun gəlmir. Ekspertlər qeyd edirlər ki, belə müəssisələrdə mütləq toz tutan filtrlər, səs izolyasiyası, yaşıl bufer zonası, müasir ventilyasiya sistemi olmalıdır. Ucardakı zavod isə bunların heç biri ilə təchiz edilməyib.

Ucar sakinlərinin şikayətləri təkcə narazılıq deyil – bu, artıq sağlamlıq və təhlükəsizlik məsələsidir. Dünya üzrə belə zavodlar yaşayış məhəlləsinin mərkəzində fəaliyyət göstərə bilməz. Üstəlik, eyni rayonda daha uyğun ərazidə yeni zavod tikilibsə, köhnənin hələ də işlədilməsi suallar doğurur.

Şahanə Rəhimli
Musavat.com

Əvvəlki Yazı

Trаmpın Putinə sensasion SÖZLƏRİ: “Azərbaycanı boş ver, gəl sənin…”

Növbəti Yazı

Qarakənd faciəsindən 34 il ötür

EKSKLUZİV

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

20 Noyabr 2025 / 13:08
0
Zal Yusifovun oğlu yenidən həbs edildi

Zal Yusifovun oğlu yenidən həbs edildi

20 Noyabr 2025 / 13:00
0
Gələn ildən pensiyalar artacaq: Rəqəmlər necə olacaq? + VİDEO

Gələn ildən pensiyalar artacaq: Rəqəmlər necə olacaq? + VİDEO

20 Noyabr 2025 / 12:18
0
Trampın Ukraynanın kaputilyasiyası planı

Trampın Ukraynanın kaputilyasiyası planı

20 Noyabr 2025 / 12:16
0

XƏBƏR LENTİ

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Zal Yusifovun oğlu yenidən həbs edildi

Gələn ildən pensiyalar artacaq: Rəqəmlər necə olacaq? + VİDEO

Trampın Ukraynanın kaputilyasiyası planı

“Kommunal pulu” adı ilə yığılan milyardlar… hara gedir?

Rəqsanə İsmayılova azadlığını neçəyə “alıb”? – Zərərin bir hissəsini ödənildi

Avropa ordu qurur – 2027-ci ilə qədər “Hərbi Şengen” zonası yaradılacaq

Prezident tapşırığına ciddi və formal yanaşan hökumət üzvləri – ARAŞDIRMA

Azərbaycanda iki şəhidin məzarı qarət edildi – GÖRÜNTÜ

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

Gələcəyimiz üçün seçim – Türkiyədə təhsil imkanları…

Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş – FOTOLAR

Hansı dövlət qurumları ləğv olunacaq? – Plan hazırlandı

Mədəniyyət Nazirliyinə ittihamlar: Araşdırma başladı – Nə baş verir? (VİDEO)

Qarakənd faciəsindən 34 il ötür

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT

Trаmpın Putinə sensasion SÖZLƏRİ: “Azərbaycanı boş ver, gəl sənin…”

Məhkəmə Tağı İbrahimovla bağlı qərar verdi – 6 il həbs

Azərbaycan Bayrağı REKORD QIRDI

Korrupsiya qalmaqalı Ukraynanı uçuruma aparır – Zelenski təhlükədədir

Mədəniyyət Nazirliyinə etirazlara aktrisa da qoşuldu – Foto

70 kq qızılla tutulan diplomatımız hakim qarşısında

Bakı Şəhər İcra Hakimiyyəti hər bir rayona cavabdeh şəxs təyin edib – İcra başçılarına nəzarət olunacaq

Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər – “Cloudflare” üzr istədi, lakin…

Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: “Günay Ağamalının da təyinatının legitimliyinə…”

2026-nın büdcə zərfinin rəqəmləri

Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ – ŞOK İDDİA

Mehdiyevin kürəkəninin 200 ton zəhərli “bombası” Azərbaycan bazarına çıxarıla bilər – ŞOK TƏFƏRRÜAT

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

Hökumət parlamentdə

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.