Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Bakını “qarışqa yuvası”na döndərənlər: – Yasamaldakı binanı yandıran “silah” nədir?

Noyabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Nə Azərbaycan Ukraynadır, nə də Bakı Kiyevdi. Nə PUA, nə də raket hücumuna məruz qalırıq. Lakin buna baxmayaraq, “iki gündən bir” gah hansısa “taxta bazarı”, “vosmoy bazarı”, “Sədərək”, restoranlar, ticarət mərkəzləri, başqa iaşə obyektləri, gah da qarışqa yuvasına çevrilən bu şəhərdə yaşamağa məcbur olan insanların məskunlaşdığı yaşayış binaları yanır. Və bizi yandıran PUA, raket deyil, başqa “silah”dır və o, heç də PUA-dan, raketdən az təhlükəli deyil…

Bəli, dünyanın hər yerində insan səhlənkarlığı, texniki xəta, təbii fəlakət, təsadüf və s. səbəbindən yanğınlar baş verir. Lakin Azərbaycan nadir ölkələrdəndir ki, əksər hallarda, xüsusilə də Bakı kimi iri şəhərlərdəki yanğınların səbəbi korrupsiya, rüşvət, “kəndxudanı gör, kəndi çap!” prinsipi ilə işləyən məmurların özbaşınalığı, bina tikən sahibkarların və onlara icazə verənlərin acgözlüyü, mədəniyyətsizliyi, şəhərsalmadakı dərəbəylik və özbaşınalıqdır. Binaları, obyektləri yandıran, insanların həyatına son qoyan da məhz bu “silah”dır. Yasamaldakı son yanğın da bu “silah”la törədilib və sıradakı növbəti hadisədir – nə birincidir, nə də təəssüf ki, sonuncu…

Bakıda yanğınlar, bir fenomen olaraq, artıq fövqəladə hal kateqoriyasından şəhər həyatının gündəlik ayrılmaz elementi kateqoriyasına keçib və biz demək olar ki, bu vəziyyətə öyrəşmişik.

Bu gün mütəxəssislər bu cür yanğınlarla bağlı eyni şeyi deyir: binalar yanğından mühafizə qaydalarının kobud şəkildə pozulması ilə tikilir, elektrik sistemləri və ventilyasiya çox vaxt keyfiyyətsiz şəkildə qurulur, müvafiq dövlət qurumlarının müfəttişləri illərdir aşkar riskləri “görmürlər”, həyətlər maşınlarla doludur, yanğınsöndürən maşınlar və təcili yardım maşınları fiziki olaraq ora çata bilmir, binaların zirzəmiləri restoranlara, anbarlara, ticarət məkanlarına çevrilib və sair. Bütün bunlar mükəmməl bir yanğın tələsi yaradır, burada tək bir qığılcım kifayətdir ki, bu cür yanğınlar, faciələr baş versin.

Yanğın baş verən binanın sakinlərinin sözlərinə görə, bina və ətrafındakı qanun pozuntuları o qədər aşkar olub ki, onları görməmək mümkün deyildi. Kommunal sahə kimi nəzərdə tutulan birinci mərtəbə və zirzəmi restorana, stomatoloji klinikaya, daha sonra isə elektrik doldurma stansiyası üçün generator otağına çevrilib. Bütün bunlar ailələrin, uşaqların, təqaüdçülərin yaşadığı yaşayış binasında cəmləşib (Axtarsanız, Bakıda minlərlə bu cür bina taparsınız).

Sakinlər iddia edirlər ki, dəfələrlə binanın müvafiq dövlət quqrumları tərəfindən yoxlamadan keçirilməsinə çalışıblar, lakin vəziyyət dəyişməyib. Dövlət qurumları bu mənzərəni hər bir azərbaycanlının çox gözəl bildiyi səbəblərdən heç cür görmək istəməyiblər. Çünki bu qurumların da qanı əsasən onlarla “canı, qanı bir” məmur-oliqarxlara mənsub olan tikinti şirkətklərilə eyni “materialdan” yoğrulub. Ona görə həmin dövlət qurumları, məmurlar, hüquq-mühafizə orqanları, məhkəmələr, hakimlər də “qara camaat”ın deyil, məlum “hörmət” qarşılığında illərdir yaşayış binalarının zirzəmilərini və birinci mərtəbələrini yüksək riskli ərazilərə çevirən tikinti maqnatlarının maraqlarını qorumaqla məşğul olublar…

Yasamaldakı son hadisə bir daha azyaşlı uşaqlar da daxil olmaqla, 6 nəfərin öldüyü 2015-ci il faciəsini xatırladır. Üzərindən 10 il ötüb, ancaq vəziyyət “10 qram” da dəyişməyib. O vaxt “günah keçisi” kimi yalnız orta səviyyəli məmurlar, icraçılar cəzalandırıldı. İndi də belə olacaq, sabah da, birisi gün də. Çünki tikinti sahəsindəki məmurlara milyonlar gətirən korrupsiya sistemi qalır, qaqldıqca da Bakını az qala yanğınla minalanmış zonaya çevirir, insan həyatlarını məhv edir, yandırır və təəssüf ki, bundan sonra da hələ çox yandıracaq…

Azpolitika.info

Əvvəlki Yazı

Miras və vərəsəlik: Kim hansı əmlaka iddia edə bilər? (VİDEO)

Növbəti Yazı

Ermənistan konstitusiyasını dəyişdirəcək vaxtı açıqladı

EKSKLUZİV

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

02 Mart 2026 / 10:10
0
SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

02 Mart 2026 / 10:09
0
Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5

XƏBƏR LENTİ

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.