Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Bakı və Moskva üçün kritik bir ay – Putinin Əliyevə o vədi…

Noyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Rusiya prezidentinin vurulan təyyarə ilə bağlı Düşənbədə verdiyi söz yerinə yetiriləcəkmi? – Azərbaycanın gözləntisi

Bir ay sonra – dekabrın 25-də AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasının 1 ili tamam olacaq. Qəza nəticəsində 67 nəfərlik heyətin (62 sərnişin və 5 ekipaj üzvü) 38 nəfəri həlak olub. Təəssüf ki, Rusiya tərəfi uzun müddət faciə ilə bağlı qeyri-adekvat, təkəbbürlü mövqe sərgilədiyi üçün iki ölkə arasında münasibətlər az qala ən aşağı səviyyəyə düşmüşdü. Söhbət sərnişinlərə və təyyarəyə görə kompensasiyaların ödənilməsindən, rəsmi üzr istənilməsi və günahkarların cəzalandırılması kimi Bakının haqlı tələblərindən gedir.

Nəhayət, ötən ay Düşənbədə uzun fasilədən sonra Prezident İlham Əliyevlə görüşdə Putin faciəyə görə üzr istədi və digər tələblərin də yerinə yetirilməsi üçün tədbirlər görəcəyini anons etdi.

Ötən həftə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Aktauda baş verən təyyarə qəzasının araşdırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəli mütəxəssislərinin cəlb olunduğunu bildirib. O, daha sonra məlumat verib ki, faciənin bütün səbəb və şəraitinin müəyyən edilməsi üçün kompleks istintaq tədbirləri artıq başa çatıb: “Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Qazaxıstanın vitse-prezidenti, Aktau yaxınlığında AZAL-a məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasının istintaqını aparan dövlət komissiyasının rəhbəri Kanat Bozumbayev isə bildirib ki, istintaqın nəticələri Yeni ildən sonra açıqlana bilər.

Bəs ilin sonunadək bunun şahidi ola biləcəyikmi? Adları da məlum olan günahkarlar həbs olunacaqmı? Hazırda istintaq nə yerdədir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Rusiya lideri Düşənbədə verdiyi sözü  tutmalıdır. Onun sözlərinə görə, təyyarəni vuranların cəzalandırılması və kompensasiya ödənişi yerinə yetirməli olan iki əsas tələbdir: “Vladimir Putin də Düşənbə görüşündə hər iki vədi verdi. Rusiya ilin sonuna qədər istintaqı yekunlaşdırmağa söz verib. Halbuki istintaq artıq yekunlaşmalıdır. Çünki hər şey aydındır, son bir ay ərzində yeni hansı detal ola bilər ki?! Üstəlik, Rusiya prezidenti Düşənbə görüşündə raketin qəlpələrinin təyyarəyə dəydiyini təsdiq edib. Deməli, nəyisə yenidən sübut etməyə ehtiyac yoxdur”.

Hüquq müdafiəçisi bildirdi ki, Rusiya lideri vədini yerinə yetirməsə, ilk növbədə öz sözünün üstündə durmayan biri kimi yadda qalacaq: “Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək. Hazırda əlaqələr normallaşmış kimi görünür. Lakin hər şey Rusiyanın davranışından asılıdır. Əgər vurulan təyyarə ilə bağlı iki tələb yerinə yetirilməsə, münasibətlər gərginləşə bilər. Bunun isə Rusiyaya lazım olduğunu düşünmürəm. Hər halda, Putin istəməz ki, verdiyi sözü tutmayan biri kimi qəbul olunsun. Çünki bu məsələ prezidentlər səviyyəsində müzakirə olunub və ictimaiyyətin gözü qarşısında bəyan edib. O baxımdan, ilin sonuna yaxın Rusiya İstintaq Komitəsinin son qərarının açıqlanacağı gözləntisi var”.

Hərbi ekspert Ramil Məmmədli vurğuladı ki, Rusiya “Pantsir – S 1″ hava hücumundan müdafiə sistemi ilə atəş açıb və nəticədə mülki təyyarəmiz vurulub: “İstintaq bunu tezliklə müəyyən edə bilərdi. Bir il araşdırma aparılmasına ehtiyac yox idi. Burada Rusiya Müdafiə Nazirliyinə tabe olan hərbi qulluqçuların törətdiyi cinayətdən söhbət gedir. Əgər deyildiyi kimi, həmin gün Ukrayna dronunu zərərsizləşdirmək məqsədilə səhvən təyyarəmiz vurulubsa, bunu edənlərin kimliyini müəyyənləşdirmək də çətin olmamalıdır. Çünki PUA hücumlarının qarşısının alınması hansı hərbçiyə həvalə olunursa, əvvəlcədən məlumdur. Ona görə həmin hərbçiləri məsuliyyətə cəlb etmək mümkündür. Amma hələ də Rusiya İstintaq Komitəsi bu yöndə addım atmayıb. Hətta prezident Putin də təsdiqlədi ki, raketin qəlpələri təyyarəyə dəyib. O zaman bu səhvi kim edib niyə araşdırılmır?”

Hərbi təhlilçi Rusiyanın bütün hallarda ilin sonuna qədər müəyyən addımlar atacağını gözləyir: “Çünki bunun əksi münasibətlərin yenidən korlanması deməkdir. Sadəcə, Rusiya gələn ilin əvvəli ilə bağlı vəd verir. Bu da məsələni uzatmağa hesablana bilər. Azərbaycan Rusiya prezidentinin Düşənbədə dediklərini yada salmalıdır və tələblərini təkrarlamalıdır”.

Yada salaq ki, “Minval Politika” 2024-cü il dekabrın 25-də baş vermiş faciənin dəqiq xronologiyasını ilk dəfə yayımlayıb. Materialda hadisəyə birbaşa cavabdeh olan Rusiya Hərbi Hava Qüvvələrinin general-mayoru Aleksandr Tolopilonun əmrindən tutmuş, texniki nasazlıqlar və sonradan aparılan ört-basdır əməliyyatların detalları təqdim olunur.

General-mayor Tolopilo sonradan obyektiv nəzarət materiallarını saxtalaşdırmağa cəhd edib. O, raketlərin guya öz-özünə partladığını və təyyarəyə toxunmadığını bildirib. Eyni zamanda radar sistemindəki nasazlıqlar və “Pantsir-S” kompleksinin texniki problemləri barədə məlumatları gizlədib. Hadisənin səbəblərinin ciddi şəkildə araşdırılması əvəzinə, Tolopilo məsuliyyətdən yayınaraq Rusiya Hərbi Hava Qüvvələrinin Şərq Hərbi Dairəsində yeni vəzifəyə – 11-ci orduya komandir müavini təyin edilib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Ukrayna Rusiyanın bu şəhərlərini VURDU – ÖLƏNLƏR VAR

Növbəti Yazı

Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI

EKSKLUZİV

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

10 Yanvar 2026 / 23:27
4

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

10 Yanvar 2026 / 15:21
4
Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

09 Yanvar 2026 / 19:46
7
DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

09 Yanvar 2026 / 19:39
3

XƏBƏR LENTİ

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Sensasion həbslər olacaq – Astroloq

Bu materialdan istifadə qadağan edilir – Ev tikənlər OXUSUN

Trampla Zelenskinin kritik görüşü BU TARİXDƏ baş tutacaq

Növbəti pandemiya ilə bağlı ŞOK PROQNOZ – Gündəm SİLKƏLƏNİR

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Bakıda analoqsuz dələduzluq: Ümid yenə DTX və Baş Prokurorluğadır…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.