Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Bakıda daha bir bina “saatlı bomba”ya çevrilib – Hər an yana bilər – FOTO

Noyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

25 Noyabr 25 / 21:15
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

25 Noyabr 25 / 20:45
MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” –  (FOTO)

MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – (FOTO)

25 Noyabr 25 / 19:39
Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

20 Noyabr 25 / 13:08
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 25 / 12:12

Yasamal rayonu, A.M. Şərifzadə 196 ünvanında yerləşən 5 bloklu yaşayış binası növbəti dəfə ciddi yanğın təhlükəsi ilə gündəmə gəlib. Binanın sakini, ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsirova sosial mediada paylaşım edərək vəziyyəti “kritik” adlandırıb və həyəcan təbili çalıb. Onun sözlərinə görə, binanın birinci mərtəbəsində fəaliyyət göstərən kafenin tüstü bacaları, açıq kondisioner sistemi və elektrik kabelləri birbaşa ikinci mərtəbənin divarına dirənib. Bu isə həm yanğın riskini artırır, həm də binanın konstruksiyasına təhlükə yaradır.

Aynur Nəsirova qeyd edib ki, binanın həyətindən çıxış yalnız bir nöqtədədir:

“Beş bloklu həyətə bir çıxış var. Bloklarda təxliyə qapıları olsa da, təcili tibbi yardım və ya yanğınsöndürən maşının yaxınlaşması mümkün deyil. Həyət tamamilə maşın dayanacağına çevrilib. Burada yaşayan insanlar sözün əsl mənasında Allaha pənah yaşayır”.

Binada yaxın qohumunun yaşadığını deyən Rahidə Bağırova isə problemlərin saymaqla bitmədiyini bildirib:

“Həyətə giriş-çıxış bərbad haldadır. Lift 5-ci blokda təhlükəli vəziyyətdədir. Minən hər kəs dua edir ki, nəsə olmasın. Bir dəfə kondisionerlərə görə yanğın da olmuşdu. Bina təmir edilməli olduğu halda hər tərəfi təhlükə saçır”.

589555035_10236965503991019_632668648282182336_n.jpg (177 KB)

Sakinlərin narahatlığı təsadüfi deyil. Xatırladaq ki, Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ötən həftə baş verən dəhşətli yanğın ölkədə şok effekti yaratmışdı. Faciə nəticəsində binanın komendantı, 1983-cü il təvəllüdlü Samir Məmmədov, 7 yaşlı Arzu Qənbərli və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həyatını itirdi. Könül xanımın qızı Ləman isə ağır vəziyyətdədir. Ümumilikdə 27 nəfər tüstüdən zəhərləndi. Xəstəxanaya yerləşdirilənlərdən bəziləri öz istəkləri ilə özəl tibb müəssisələrinə köçürüldü.

Hadisədən sonra Musavat.com-un əməkdaşının görüşdüyü sakinlər bildiriblər ki, yanğına səbəb olan “LOFT” restoranı uzun müddətdir binanın zirzəmisində manqal yandırır, kabab çəkir, elektrik xəttini həddindən artıq yükləyirmiş. “Hibrid maşınları zaryadkaya qoşurdular, naqillər tab gətirmədi”, – deyə bir sakin bildirib.

Onların sözlərinə görə, restoranın qanunsuz müdaxiləsi nəticəsində binada tez-tez işıq, su, qaz kəsintiləri baş verir, şikayət edən sakinlər isə hədələnirmiş.

Hazırda həmin binaya nə qaz, nə elektrik, nə də su verilir. Sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.

Musavat.com-un əldə etdiyi məlumata görə, yanğına görə ittiham olunan “Loft” restoranının cavabdeh şəxsi hələ ötən il qayda pozuntularına görə məsuliyyətə cəlb olunubmuş. Bununla bağlı bina sakini Arif Arifli hələ ötən il Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik reaksiya idarəsinə müraciət edibmiş. Müraciət Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılıb.

Araşdırma zamanı müraciətdə qeyd edilən Yasamal rayonu, M.Seyidov küçəsi bina 19A ünvanında yerləşən “Loft” adlı kafenin havalandırma sisteminin norma və qaydaların tələblərinə uyğun quraşdırılmadığı aşkar olunub. Kafenin cavabdeh şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, mövcud normativlərə görə, yaşayış binalarının altında iaşə obyektlərinin fəaliyyəti qadağan deyil. Lakin qanun bir çox məcburi şərt tələb edir: ayrıca giriş–çıxış qapısı olmalı, tüstü bacası və havalandırma sistemi xüsusi filtrasiya ilə təchiz edilməli, sakinlərin yaşadığı hissələrlə birbaşa təmas yaratmamalıdır. Arxitektura normaları isə zirzəmidə və qeyri-yaşayış sahələrində sonradan özbaşına dəyişiklik edilməsini qadağan edir. FHN dəfələrlə belə obyektlərə xəbərdarlıq edib: əlavə çıxışlar, yanğınsöndürmə avadanlıqları, siqnalizasiya və müntəzəm təmizlənən bacalar mütləqdir. Bu tələblərə əməl olunmadıqda obyekt bağlanmalıdır.

Mütəxəssislər bildirirlər ki, normativlər olsa da, onların tətbiqi zəifdir və çoxmərtəbəli binalarda yerləşən iaşə obyektləri ilə bağlı ayrıca, daha sərt tənzimləmələrə ehtiyac var. Sakinlərin təhlükəsizliyi təmin olunmadıqca, hər bina potensial faciə mənbəyinə çevriləcək.

589642467_10236965504671036_7443240992048875653_n.jpg (157 KB)

Şahanə RƏHİMLİ
Musavat.com

Əvvəlki Yazı

Hava nə vaxtadək belə mülayim keçəcək? – AÇIQLAMA

Növbəti Yazı

“AFEN Plaza”da partlayış nəyə görə olub? – RƏSMİ AÇIQLAMA

EKSKLUZİV

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

25 Noyabr 2025 / 21:15
8
Ramiz Mehdiyev və arvadı ermənidir? – NƏSİL ŞƏCƏRƏSİ AÇIQLANDI

Ramiz Mehdiyev və arvadı ermənidir? – NƏSİL ŞƏCƏRƏSİ AÇIQLANDI

25 Noyabr 2025 / 20:52
9
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

25 Noyabr 2025 / 20:45
3
MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” –  (FOTO)

MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – (FOTO)

25 Noyabr 2025 / 19:39
0

XƏBƏR LENTİ

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Ramiz Mehdiyev və arvadı ermənidir? – NƏSİL ŞƏCƏRƏSİ AÇIQLANDI

Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – (FOTO)

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılır

Müharibə bitir: ABŞ və Rusiya Abu-Dabidə anlaşma içində – Ukrayna da danışıqlar masasındadır

Tramp Venesuela prezidentini terrorçu adlandırdı: başına 50 milyon dollar pul qoydu

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

Yasamal İH-dən yanan bina sakinlərinə laqeyd münasibət

Zabitlərin hərbi xidmət müddəti azaldıldı – Yeni qanun qəbul edildi

“Manato” və “Azpulmat”ın qanunsuzluğu: telefonda olan məlumatlar təhlükədə!

Zelinski ABŞ-a gedir: Trampla “sülh planı” müzakirə olunacaq

Ramiz Mehdiyev vəkilindən niyə imtina etdi? – “Boz kardinal”ın planı…

Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi

Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır

“AFEN Plaza”da partlayış nəyə görə olub? – RƏSMİ AÇIQLAMA

Bakıda daha bir bina “saatlı bomba”ya çevrilib – Hər an yana bilər – FOTO

Hava nə vaxtadək belə mülayim keçəcək? – AÇIQLAMA

Azərbaycanlı ağsaqqallar “tarqovı”da gəzən ermənilərə nə dedilər?: “barev dzez”

Sahib olduğu 22 mərtəbəli kompleksin yerini Ramiz Mehdiyevə hansı məmur hədiyyə edib?

DTX-dan bütün dünyaya kibertəhlükəsizlik dərsi

Trampın “Sülh planı”nın pərdəarxası: Ukrayna kapitulyasiya etsin ki, Rusiya məğlub olmasın…

“Berlin” klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş – TƏFƏRRÜAT

İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO

Yasamal prokurorluğunda müstəntiqlə şahidin “DUETİ” – Birinci vitse-prezidentə MÜRACİƏT EDİLDİ

Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI

Bakı və Moskva üçün kritik bir ay – Putinin Əliyevə o vədi…

Ukrayna Rusiyanın bu şəhərlərini VURDU – ÖLƏNLƏR VAR

Rusiyada bu liman azərbaycanlının əlindən ALINDI – FOTO

Paşinyan kilsəyə yeni hücuma hazırlaşır: “Ruhanilər qrupu” HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.