Abşeron rayonunda yenidən qanunsuz tikinti aparılır. XALQ-a daxıl olan məlumata görə Abşeron rayonu Məhəmmədi kəndində qanunsuz tikinti işləri aparılır.
Məlumata görə tikinti aparılan ərazidə yüksək gərginlik xətləri keçir. Həmçinin qeyd olunur ki, həmişə yaşıl ağaclar kəsilib.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.
Qeyd edək ki, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Qurumların fikirlərini dərc etməyə hazırırq.
Həmin görüntüləri təqdim edirik:









