Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Dekabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

10 Dekabr 25 / 11:48
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Azərbaycanlı iş adamı, Türkiyə mətbuatında “Petrol kralı” olaraq tanınan Anar Əlizadənin sanksiya altında olan rus oliqarxlarına yardım etməsi, onu bir çox ölkələrin xüsusi xidmət orqanalrının diqqət mərkəzinə gətirib…

Poliqon xəbər verir ki, bir zamanlar Mübariz Mənsizmova aid olan və daha sonra Anar Əlzadə tərəfindən ələ keçirilən Bodrumdakı məşhur “Yalıkavak marina” limanı indi rus oliqarxlarının sanksiya altında olan super yaxtalarının sığınacağına çevrilib. Bu barədə Rusiya və Türkiyə internet resurları hələ 2024-cü ildən başlayaraq xəbərlər yayıb. Məlumatlara görə 2022-ci ildə Rusiyanın tanımış oliqarxlarının xarici əmlaklarına və super yaxtalarına sanksiyalar tətbiq edildikdən sonra, bu yaxtalar Anar Əlizadənin Bodrumdakı “Yalıkavak Marina” limanında lövbər atıblar.

Son məlumatlara görə isə Anar Əlzadə limanda lövbər atan və sanksiya altında olan rus oliqarxların super yaxtalarının dayanma və xidmət pullarını iki qat artırıb. Bu isə rus oliqarxlara ildə on milyonlarla dollar əlavə xərcə başa gəlir. Bu üzdən də Anar Əlizadə ilə rus oliqarxlar arasında son zamanlar narazılıqlar böyüyür. Həttta bir neçə yaxtanın Bodrumu tərk edərək Dubayda gizləndikləri qeyd edilir.

“Yalıkavak marina”da lövbər atan yaxtalar arasında təmtəraqları və dəbdəbələri ilə bütün dünyada məşhur olan, Andrey Melniçenkoya aid “Motor Yacht A”, Aleksey Mordaşovun “Lady M”, Vladimir Potaninə aid “Nirvana” superyaxtaları da var. Bundan başqa Anar Əlizadəyə aid olan limanın Qərbin sanksiyaları altında olan onlarla rus milyarderlərinin yaxtalarının əsas dayanacaq nöqtəsinə çevrildiyi bildirilir.

Qeyd edək ki, Egey və Aralıq dənizlərinin qovuşmasında yerləşən “Yalıkavak marina”sı 620 iri həcmli, uzunluğu 140 metrəyə qədər olan yaxtaları özündə yerləşdirə bilən dünyanın ən bahalı və lüks marinalarından hesab olunur. Marinanı 2010-cu ildə Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov 42 milyona alıb və buraya 200 milyon dollara qədər sərmayə yatırıb. Mənsimov Türkiyədə həbs edildikdən sonra isə buxtanı Əlizadənin sahibi olduğu “RSR Holding” ələ keçirib. Anar Əlizadə bu işdə Türliyənin sabiq Daxili İşlər naziri Məhmət Akarla əlbir iş görüb. Akar daha əvvəl bu limanda Mübariz Mənsiçovun şəriki olub.

Bir müddət sonra bu qalmaqallı satışla bağlı Türkiyədə Anar Əlizadəyə qarşı dələduzluq ittihamları ilə cinayət işi açılıb və araşdırma hələ də davam edir. Buna baxmayaraq Anar Əlizadə hələ də “Yalıkavak marina”nın sahibidir. Ən son məlumatlara görə Anar Əlizadənin sanksiya altında olan rus oliqarxların super yaxtalarını gizlətməsi Avropa ölkələrinin diqqətindən yayınmayıb və bir sıra Avropa ölkələrində Anar Əlizadə ilə bağlı gizli araşdırmalar aparılır.

Eyni zamanda Əlizadənin adı təkcə lüks yaxta sənayesi ilə deyil, həm də enerji sektorunda çoxsaylı mübahisələrlə hallanır. Bir sıra Avropa mənbələri onun nəzarət etdiyi şirkətləri Avropaya ixrac olunan neft partiyalarında sertifikatlaşdırma sənədlərinin saxtalaşdırılmasında ittiham edir. Söhbət neft qaçaqmalçılığından gedir.

Bu ittihamlar Qərb bazarlarında əlavə araşdırmalar aparılmasına və Əlizadənin enerji ticarəti fəaliyyətində bir çox saualların yaranmasına səbəb olub. Bu araşdırmaların isə nəylə nəticələnəcəyi hələ məlum deyil. Bəzi müstəqil ekspertlər bu araşdırmalar sonucunda Anar Əlizadənin şirkətlərinə sanksiyaların tətbiq olunacağını və özü haqqında da həbs orderinin veriləcəyini istisna etmirlər.

Həmçinin Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) onun London əmlaklarının mənşəyini araşdırırlar və bu araşırmada Əlizadənin Avropadakı mülklərinə sanksiya tətbiq edilməsi ilə nəticələnə bilər.

Əlizadənin adının eyni anda həm mənbəyi bilinməyən böyük sərvət, həm də çoxşaxəli hüquqi proseslərlə hallanması, onun kölgə biznes imperiyasının inkişafını qarşıdakı illərdə qeyri-müəyyən edir.

Poliqon.info

Əvvəlki Yazı

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Növbəti Yazı

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

EKSKLUZİV

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

10 Dekabr 2025 / 22:51
2

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

10 Dekabr 2025 / 22:48
10
“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

10 Dekabr 2025 / 19:18
3
Son inflyasiya rəqəmləri açıqlandı

Son inflyasiya rəqəmləri açıqlandı

10 Dekabr 2025 / 19:15
1

XƏBƏR LENTİ

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

“Qudalar Agentliyi”nın sədri Bakı və Abşerona “qayıq” alacaq? – VİDEOLAR

Son inflyasiya rəqəmləri açıqlandı

Trampın Ukraynaya təklifləri: Koreya ssenarisi, 100 milyard dollar, silahsız zona və…

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 50 min borcu var

DTX-dən ƏMƏLİYYAT: “Kriminal aləm”in nümayəndələri TUTULDU – VİDEO

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu- Siyahı

Azərbaycanda orta aylıq əməkhaqqı artıb – Məbləğ

Şıxlinski və Səfərovlar üzərindən Azərbaycana təzyiq dalğası səngimir

Azərbaycan səfiri Berlində Paşinyanı erməni dilində salamlayıb – VİDEO

Trampın şəkli olan pul vahidi – Senatorlar ayağa qalxdı (FOTO)

DOST-un icarəyə götürdüyü ofisin sahibinin atası da tender “kralı” imiş

İşsizlər üçün sığorta haqqını kim ödəyəcək? – Ekspert gerçəkləri açıqladı…

İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat

“Şərurlu İsfəndiyar”ın binasında faciə: Fəhlə həlak oldu

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq

ATV-də milli dəyərlərə HÜCUM: Nə baş verir?

Vəzifədən yola salınan bu məmur haqqında sensasion iddia – HƏBS OLUNA BİLƏR

Namizəd Səfərova cinayət işi açıldı: Nədə ittiham olunur?

Bakının mərkəzində eyvan uçdu – Xəsarət alan var + VİDEO

ABŞ NATO-dan çıxır? – Konqresə qanun layihəsi təqdim olundu

Nazirdən müəllimlərə sitəm – bəs günahkar kimdir?

“Səhər TV” Ramiz Mehdiyevin müdafiəsində

Paşinyan Türkiyə və Azərbaycanla bağlı ELƏ BİR ADDIM ATDI Kİ…

“Qarabağ”ın taleyi öz əlindədir – ya bu gün, ya heç vaxt…

SEPAH Bakını yenə Xəzərdən “vurur”

Daha bir dəhşətli təyyarə QƏZASI – Ölənlər var

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.