Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Bakı limanında “mafiya filmi” ssenarisi – 3 milyonu aradan çıxardılar

Dekabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki,  cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib.

Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.

Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları aşkar edilib.

Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki 3 milyon manatdan çox dəyərində siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı isə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə reallaşıb. “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir sıra əməkdaşının qanunsuzluğu nəticəsində 5 milyonluq qaçaqmalçılıq gömrük sistemində geniş rezonans doğurub. Elə bir neçə gün əvvəl limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

DGK-nin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstə halında birləşən şəxslər tütün məmulatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib.

Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına çatana qədər artıq buradakı plan hazır olub. Razılaşmaya əsasən, həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb, sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb.

Sözügedən cinayət hadisəsi ilə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovdan əlavə, cinayətin törədilməsinə şərait yaratmaqda şübhəli bilinən gömrük əməkdaşları və başqaları həbs edilib. İki nəfər isə axtarışa verilib.

Hazırda cinayət işində iştirakları şübhə doğuran digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün prokurorluqda araşdırma gedir. İlkin istintaq müddəti fevral ayının sonuna qədər təyin edilib.

Əvvəlki Yazı

Şəhərin mərkəzi palçıq içində: BŞİH və RİNN 4 aydır iş görmür – Video

Növbəti Yazı

Milyonlar qazanan Azərbaycan klublarının gəlirləri + SİYAHI

EKSKLUZİV

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

17 Dekabr 2025 / 18:43
0
Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

17 Dekabr 2025 / 18:31
0
Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

17 Dekabr 2025 / 18:30
0
Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

17 Dekabr 2025 / 18:29
1

XƏBƏR LENTİ

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır

Milyonlar qazanan Azərbaycan klublarının gəlirləri + SİYAHI

Bakı limanında “mafiya filmi” ssenarisi – 3 milyonu aradan çıxardılar

Şəhərin mərkəzi palçıq içində: BŞİH və RİNN 4 aydır iş görmür – Video

11 abituriyent köməkçi vasitələrlə imtahana girib – DİM fotolar yaydı

Vanqanın 2026-cı il üçün qorxulu PROQNOZLARI

Azərbaycanda ciyərləri zədələyən virus yayılır? – Rəsmi AÇIQLAMA

Ermənistana milyonluq hərbi yardım yolu açıldı – Macarıstan qərarını dəyişdi

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.