Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Dekabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

“Müraciət edənlər arasında pnevmoniyadan ağırlaşmalar çoxdur”

Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər. 

Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39-40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə xəstəliyin yeni virus olub-olmaması ilə bağlı suallar yaradır.

Qeyd edək ki, son günlər bir sıra ölkələrdə A tipli qrip virusunun H3N2 ştammının yayılması ilə bağlı məlumatlar yayılıb. Ölkənin səhiyyə qurumları bu ştammın dövriyyədə olduğunu bildirib və əhaliyə qoruyucu tədbirlərə əməl etməyi, xüsusilə də risk qrupunda olan şəxslərə peyvənd olunmağı tövsiyə edib. Virusun Türkiyədə və Ermənistanda da aşkarlandığı bildirilir. Səhiyyə mütəxəssisləri qeyd edirlər ki, virusun əlamətləri hər kəsdə eyni olmaya bilər və bəzi hallarda yüksək hərarət, halsızlıq və ümumi zəiflik klassik öskürək və boğaz ağrısı olmadan da müşahidə edilə bilər. Bu səbəbdən xəstəlik əlamətləri uzun müddət davam etdikdə həkimə müraciət etmək və özünü müalicədən çəkinmək tövsiyə olunur.

Pnevmoniya əlamətləri - Doktor Media

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən pediatr Gülşən Əliyeva bildirib ki, hazırda uşaqlar müxtəlif şikayətlərlə həkimə müraciət edirlər. Onun sözlərinə görə, əsasən yüksək hərarət – 39-40 dərəcəyədək temperatur müşahidə olunur. Valideynlər çox zaman dərhal həkimə müraciət etmir, bir neçə gün, bəzən isə 10 günədək ev şəraitində müxtəlif simptomatik dərmanlardan istifadə edirlər. Nəticədə uşaqlar artıq müayinəyə gətiriləndə pnevmoniya aşkar olunur. Həkimin sözlərinə görə, bu il müraciət edən uşaqlar arasında pnevmoniya ilə ağırlaşan hallar üstünlük təşkil edir.

 

Gülşən Əliyeva qeyd edib ki, son günlər bir neçə gün davam edən hərarətdən sonra qusma, ürəkbulanma və ishal şikayətləri ilə müraciətlər də artıb. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də uşaqlar arasında kəskin respirator infeksiyalar və mədə-bağırsaq infeksiyaları daha çox yayılıb. Xəstəliklər uşaqlarda müxtəlif dərəcədə və fərqli ağırlıqda keçir.

Pediatr vurğulayıb ki, müalicə hər bir uşağa fərdi şəkildə, orqanizmin xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur. Ümumilikdə isə müalicənin nəticəsi və proqnozu yaxşıdır: həkimə müraciət edən uşaqlar sağalır və aparılan müalicə qənaətbəxş nəticə verir.

Həkim valideynlər arasında geniş yayılmış “uşaq xəstələnən kimi sistem vurulması” məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, venadaxili infuziya yalnız ciddi tibbi göstəriş olduqda və mütləq xəstəxana şəraitində aparılmalıdır: “Əgər uşaqda ciddi maye itkisi müşahidə olunursa, yalnız bu halda müvafiq göstərişlər əsasında stasionar şəraitdə venadaxili köçürülmə həyata keçirilə bilər. Ambulator şəraitdə, yəni evdə və ya poliklinika səviyyəsində venadaxili infuziyaların aparılması isə düzgün hesab olunmur”.

Əvvəlki Yazı

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

Növbəti Yazı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

EKSKLUZİV

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

02 Oktyabr 2026 / 19:06
3
Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 / 13:59
2
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
2

XƏBƏR LENTİ

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.