Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

Dekabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Azərbaycanda hüquq-mühafizə sisteminin tarixində qara ləkə kimi qalacaq son dərəcə təhlükəli fakt üzə çıxıb: 2012-ci ildə istintaqı aparılmış 110016056 saylı cinayət işi oğurlanıb. Musavat.com xəbər verir ki, cinayət işinin oğurlanması faktı Bakı Apellyasiya Məhkəməsində vətəndaş Aygün Mahmudovanın mülkiyyət hüquqlarının qəsb olunması ilə bağlı aparılan araşdırma zamanı üzə çıxıb.
Belə ki, Aygün Mahmudovanın vəkili Cavanşir Süleymanovun vəsatəti əsasında hakim Fərrux Qasımov DİN-ə sorğu göndərib. Sorğuda məhkəmə araşdırmasında adı keçən Cabir Həsən oğlu Zaidovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci – xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı məlumat verilməsi istənilib.

Bakı Apellyasiya Məhkəməsinin “vəzir-vəkil” oyunbazlıqları

DİN-dən məhkəmənin sorğusuna verilən cavabı təqdim edirik:

№ 2-2/1-136477/2025

Bakı Apellyasiya Məhkəməsinin hakimi

cənab Fərrux Qasımova

Hörmətli Fərrux müəllim,

07.11.2025-ci il tarixli 3-6-3/2-23748/2025 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, 110016056 nömrəli cinayət işinin nəticəsi barədə məlumat verilməsinə dair sorğunuz icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirlisinə göndərilmişdir.

fbe34b53-fcc3-4e97-98d9-54889ddcf77f.jpg (153 KB)

Daxili İşlər Nazirliyi tərəfindən Baş Prokurorluğa ünvanlanmış 24.11.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Zaidov Cabir Həsən oğlunun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılmış 110016056 nömrəli cinayət işi üzrə ibtidai istintaq 29 avqust 2012-ci il tarixdə tamamlanmaqla ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Hörmətlə,

DİO-nun istintaq, təhqiqat və əməliyyat- axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Günay Məmmədli

Bu cavabdan sonra eyniməzmunlu sorğu Bakı Ağır Cinayətlər Məhkəməsinə(BACM) göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi: Struktur, Prosedurlar - 2025 - Xaricdə  Təhsil

BACM-dan verilən cavabı təqdim edirik:

-Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Fərrux Qasımova

Hörmətli Fərrux müəllim!

3-6-3/2-27018/2025 nömrəli, 10 dekabr 2025-ci il tarixli müraciətinizə əsasən bildirilir ki, Cabir Həsən oğlu Zaidovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 110016056 nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmamışdır.
Sədr müavini

Şəlalə Həsənova

Göründüyü kimi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Zaidov Cabir Həsən oğlu barəsində olan 110016056 nömrəli cinayət işi 13 il öncə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yoxa çıxıb!

fc63844b-c7f3-4198-ad1e-b32f8f9c0b4c.jpg (117 KB)

Bu, sadəcə sənəd itkisi deyil. Bu, ədalət mühakiməsinə qarşı törədilmiş açıq cinayətdir və daha ağır hüquq pozuntularının üzərini örtən qorxulu bir mexanizmin varlığından xəbər verir.

Cinayət işləri təsadüfən “itməz”. Onlar açıq rəflərdə saxlanılmır. Giriş-çıxış rejimi, xüsusi qeydiyyat, məsul vəzifəli şəxslər, nəzarət mexanizmləri mövcuddur. Belə bir dosyenin yoxa çıxması yalnız iki ehtimalı mümkün edir: ya planlı müdaxilə var, ya da vəzifəli şəxslərin birbaşa iştirakı ilə sübutlar məqsədli şəkildə məhv edilib. Hər iki halda bu fakt hüquqi dövlət anlayışına açıq meydan oxumaqdır. Cinayət işinin oğurlanması özü ayrıca ağır cinayətdir. Bu cür addımın arxasında 10 motiv axtarmağa ehtiyac yoxdur. Kimlərsə ifşa olunmaqdan qorxub. Kimlərsə adının istintaq materiallarından silinməsini istəyib. Kimlərsə gələcək məhkəmə risklərini “sıfırlamağa” çalışıb deyə bu cinayət işinin oğuirlanması cinayətini təşkil edib!

Daha ağır məqam isə budur ki, cinayət işinin yoxa çıxması zərərçəkənlərin hüquqlarının ikinci dəfə tapdalanmasıdır. Hüquqi baxımdan bu hadisə eyni anda bir neçə cinayət tərkibi yaradır – vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutların məhv edilməsi, ədalət mühakiməsinə mane olma, xidməti sənədlərin oğurlanması. Bunların hər biri ayrıca ağır məsuliyyət doğurur.

Ən təhlükəli tərəf isə “domino effekti”dir. Əgər bir cinayət işi oğurlanıbsa, bəs daha neçə iş “təmizlənib”? Hansı dosyelər torpağın altına gömülüb? Bu mexanizmlə neçə nəfər cəzasız qalıb?

110016056 saylı cinayət işinin oğurlanması istintaq predmeti olmalıdır. Bu faktın üstündən sükutla keçmək artıq cinayətin davamı deməkdir.

Bu sarsıdıcı fakt Bakı Apellyasiya Məhkəməsində hazırda davam edən başqa bir işin fonunda üzə çıxıb. Hakim Fərrux Qasımovun sədrliyi ilə Aygün Mahmudovanın mülkiyyət hüququnun qəsb olunması ilə bağlı işə yenidən baxılır. Aygün Mahmudova 17 ildir ailəsinin başına gətirilən hüquqsuzluqlardan, məhkəmələrin “Gilan” MMC-yə göstərdiyi sistemli imtiyazlardan bezərək ölkə rəhbərliyinə açıq məktubla müraciət edib. O bildirir ki, 1997-ci ildən Bakı şəhəri, Neftçilər prospekti 60 ünvanında yerləşən, ümumi sahəsi 419 kv.m olan torpaq sahəsi və içərisindəki 172,5 kv.m tikili ailəsinə məxsus olub. Əmlakın şəhərin mərkəzində yerləşməsi isə “Gilan” MMC-nin diqqətini cəlb edib. 2007-ci ildə ilkin razılaşma olsa da, proses sonradan saxtakarlıq, təzyiq və hüquqsuzluq müstəvisinə keçib. Mahmudovanın sözlərinə görə, 2008-ci ildə “Gilan” MMC-nin o dövrdəki baş direktoru Cəmil Muradov ailəyə məxsus əmlakı saxta etibarnamə və saxta alqı-satqı müqaviləsi ilə ələ keçirib. “2008-ci ilin 28 yanvarında guya əmlakın satılması barədə 0153731 saylı müqavilə tərtib edilib. Mənim adımdan Aidə Bayramova adlı şəxs saxta etibarnamə ilə imza atıb. Vergidən yayınmaq üçün əmlakın qiyməti 10 dəfə aşağı göstərilib, bizə çatmalı olan vəsait isə mənimsənilib”, – deyə o yazır.

Daha da şübhəli məqam odur ki, saxta sənədləri rəsmiləşdirən notarius müəmmalı şəkildə özünü güllələyib. Ailə bu hadisənin qətl ola biləcəyi ehtimalını da istisna etmir. Şikayətlərdən sonra ailə üzvləri təhdidlərə, hədə-qorxulara məruz qalıb.

Aygün Mahmudova deyir ki, onun mülkiyyətinin qəsbi Azərbaycan məhkəmələrinin bütün instansiyaları açıq sübutlarla ortaya qoyulub. Buna baxmayaraq ilkin instansiyadan tutmuş Ali Məhkəməyə qədər “Gilan” MMC-nin xeyrinə qərarlar çıxarıb. Ədalət yalnız Avropa İnsan Haqları Məhkəməsində tapılıb. 18 yanvar 2024-cü il tarixli qərarla AİHM Mahmudovanın hüquqlarının pozulduğunu tanıyıb. Bunun əsasında Ali Məhkəmənin Plenumu 9 oktyabr 2024-cü ildə bütün əvvəlki qərarları ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Mahmudovanın sözlərinə görə, “Gilan” MMC 2025-ci ilin avqustunda məhkəməyə 25 yanvar 2008-ci il tarixli, nömrəsiz və uçota alınmamış kassa məxaric orderi təqdim edib. Guya həmin sənədlə Cabir Zaidov adlı şəxsə 1 milyon 300 min ABŞ dolları verilib. “Əgər bu sənəd doğrudursa, niyə 17 ildir təqdim olunmayıb? Niyə kassirin, mühasibin imzası yoxdur? Müqavilə 26 yanvarda bağlanıbsa, necə olur ki, ödəniş bir gün əvvəl edilib? Bu, açıq-aşkar saxtakarlıqdır”, – deyə o bildirir.

Qadının sözlərinə görə, bu “sənəd oyunu” ilə məsuliyyət Cəmil Muradovun üzərindən yayındırılmağa çalışılır.

“Onlar nə qanunu tanıyırlar, nə ədaləti. Yalnız gücdən qorxurlar. Mən “Konstitusiya və Suverenlik İli”ndə ədalət istəyirəm”, – deyə Aygün Mahmudova müraciətini yekunlaşdırır. Bu iş təkcə bir ailənin faciəsi deyil. Bu, cinayət işlərinin oğurlandığı, sübutların torpağın altına gömüldüyü, ədalətin sistemli şəkildə sıradan çıxarıldığı təhlükəli bir mənzərədir.

E.MƏMMƏDƏLİYEV
Musavat.com

Əvvəlki Yazı

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Növbəti Yazı

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

EKSKLUZİV

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

02 Oktyabr 2026 / 19:06
3
Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

02 Oktyabr 2026 / 14:03
0
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 / 13:59
2
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
2

XƏBƏR LENTİ

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.