Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

Yanvar 19, 2026
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

“20 Yanvar — millətin vicdanına çevrilən tarix, xalqın sınmayan iradəsinin parlaq nümayişidir”.

Gununsesi.info xəbər verir ki, bu fikirlər Vəhdət Partiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə keçirilən görüşdə səsləndirilib.

Faciənin 36-cı ildönümünə həsr olunan tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi naminə canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında 20 Yanvar faciəsini “Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi, qürur tariximiz” adlandırıb.

Həmin gecə ilə bağlı şəxsi xatirələrini bölüşən partiya sədri bildirib ki, 20 Yanvar hadisələrinə yalnız faciə prizmasından yanaşmaq düzgün deyil: “O gecə bir milyona yaxın insan küçələrdə idi. Bu, xalqımızın sarsılmaz iradəsinin, azadlıq sevgisinin təntənəsi idi. Bakının küçələrinə çıxan insanlar silahsız idilər, amma qəlbləri Vətən sevgisi ilə silahlanmışdı. Bu gün azad və suveren dövlətimiz varsa, bunu məhz həmin şəhidlərin fədakarlığına borcluyuq”.

Adəm İsmayıl Bakuvi 20 Yanvar həqiqətlərinin dünyada tanıdılmasının, gənc nəsil arasında təbliğinin əhəmiyyətini də vurğulayıb.

Partiya sədri xatırladıb ki, 20 Yanvar faciəsi zamanı Ümummilli Lider Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və orada çıxış edərək bu hadisəni yalnız xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş amansız cinayət kimi qiymətləndirib.

O, əlavə edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi və siyasi qiymət verilib.

Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələri və əlilləri dövlət qayğısı ilə əhatə olunub. Ulu Öndərin siyasi kursunu davam etdirən Prezidentin şəhidlərin xatirəsinə göstərdiyi ehtiram Azərbaycan dövlətinin mənəvi gücünün bariz nümunəsidir. Sədr Vəhdət Partiyasının şəhidlərin adını, amalını və müqəddəs yolunu hər zaman uca tutacağını vurğulayıb.

Daha sonra tədbirdə 20 Yanvar faciəsinin dəhşətini və həmin gecə yaşanan ağır anları əks etdirən film nümayiş etdirilib.

Türkoloq alim, professor, azadlıq hərəkatının iştirakçısı Firudin Ağasıoğlu çıxışında 20 Yanvar faciəsindən sonra baş verən siyasi proseslərə toxunub: “Həmin vaxt hadisələrin araşdırılması üzrə komissiyanın hesabatında səbəbkarlar qismində Mixail Qorbaçov, Dmitri Yazov və Yevgeni Primakovun adını yaznışdıq. Amma sonra hesabatdan Primakovun adı çıxarıldı, necə olduğunu da bilmədik”.

F.Ağasıoğlu bildirib ki, məhz yanvar faciəsindən sonra ölkəmizdə milli azadlıq hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Azadlıq hərəkatının üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev 20 Yanvar tarixinin yalnız xatırlanmalı deyil, eyni zamanda yaşadılmalı olduğunu vurğulayıb. Onun fikrincə, bu faciə milli yaddaşın ayrılmaz hissəsi kimi daim cəmiyyətin diqqət mərkəzində saxlanılmalıdır.

Şəhid Əliyusif Qocamanovun qızı Maral Zamanova çıxışında 20 Yanvar gecəsinin dəhşətlərinin bu gün də gözləri önündə canlandığını deyib. O, əlində heç bir silah olmadığı halda tankların qarşısına çıxan insanların “Milli qəhrəman” adına layiq olduğunu, amma bu adı almadıqlarını qeyd edib.

Politoloq, professor Cümşüd Nuriyev 20 Yanvar hadisələrinin təhsil sistemində daha dərindən və sistemli şəkildə tədris olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu tarix gənc nəslin dövlətçilik ruhunda formalaşmasında mühüm rol oynayır.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov 20 Yanvarı milli inqilab tariximizin mühüm mərhələsi kimi xarakterizə edib, o gecə insanların silahsız olaraq ağır texnikaya qarşı çıxmasını milli qəhrəmanlıqdan daha yüksək – misilsiz fədakarlıq nümunəsi kimi qiymətləndirib.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev şəhid ailələrinin Azərbaycan cəmiyyəti üçün mənəvi dayaq rolunu vurğulayıb və onların fədakarlığının dünya azərbaycanlıları üçün də qürur mənbəyi olduğunu qeyd edib.

Tədbir boyunca təsirli anlar yaşanıb.

Şəhid ailələrinin üzvləri xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyiblər. Şəhid Xurşud Əsəgərovun qardaşı Oruc Əsgərli və Şəhid Yusif Qasımovun həyat yoldaşı Reyhanə Meşqi qanlı yanvar gecəsi itirdikləri əzizləri ilə bağlı xatirələrini paylaşıblar. Üzərindən illər keçsə də, acının unudulmadığını, şəhidlərin öz qanları ilə azadlıq dastanı yazdıqlarını qeyd ediblər.

Reyhan İsmayılova çıxışında kövrələrək bildirib ki, qardaşı Cavad cəmi 27 yaşında güllələnərək şəhid olub: “Artıq 36 ildir bu dərdlə yaşayırıq. Evdən oğul getdi, evdən ümid getdi. Həmin dəhşətli gecədə yüzlərlə oğlumuz, qızımız torpağa tapşırıldı. Onlar Vətən üçün seçilmişlər oldular”.

Esmira Mehdiyeva isə göz yaşları içində vurğulayıb ki, həyat yoldaşı Vidadi Məmmədov SSRİ hökumətinin tapşırıqlarını icra etmədiyinə görə hədəfə çevrilib.

Şəhid Məmməd Hüseynovun həyat yoldaşı Zərifə Əliyeva qürurla qeyd edib ki, bu gün müstəqilliyimizin və dövlətimizin möhkəmliyinin əsasında 20 Yanvar şəhidlərinin qanı dayanır. O əlavə edib ki, Azərbaycanın suveren dövlət kimi yaşaması, bayrağımızın uca dalğalanması və xalqımızın birliyi məhz həmin qəhrəmanların fədakarlığı sayəsində mümkün olub.

Kəlbəcərli şəhid Firuz Cabbarovun anası Rəfiqə Cabbarova isə dövlət başçısına olan etibar və minnətdarlığını ifadə edib:

“Bizə Ulu Öndər Heydər Əliyev atalıq edib, onun siyasəti və prinsipləri xalqımızı qoruyub. Bu gün isə Prezidentimiz İlham Əliyev ölkəmizi güclü və müstəqil bir dövlət olaraq irəli aparır. Allah Prezidentimizə uzun ömür versin, onu daim qorusun”.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə, eləcə də 20 Yanvar qəhrəmanlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər üçün minnətdarlıqlarını bildiriblər. Xüsusilə vurğulanıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 20 Yanvar şəhidlərinin ailələri üçün böyük sevinc və qürur mənbəyidir. Cənab Prezident İlham Əliyevin iradəsi, qətiyyəti və xalqımızın birliyi sayəsində şəhidlərin qanı əsla yerdə qalmayıb, onların fədakarlığı nəticə verərək Vətənimizin azadlığını təmin edib.

Sonda şəhid ailə üzvlərindən məktəbli Sona Ələkbərovanın ifasında vətənpərvər mahnılar səsləndirilib, tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Əvvəlki Yazı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Növbəti Yazı

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

EKSKLUZİV

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

19 Yanvar 2026 / 13:24
14
Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

19 Yanvar 2026 / 11:01
16
İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

17 Yanvar 2026 / 13:01
4
Nazir Qazaxlıları təbrik etdi

Nazir qazaxlıları təbrik etdi

17 Yanvar 2026 / 9:55
1

XƏBƏR LENTİ

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.