Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Fevral 9, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

“Dövlət dilinin saflığının qorunması hər bir xalqın milli kimliyinin və mənəvi bütövlüyünün əsas şərtlərindən biri hesab olunur. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də tarix, mədəniyyət, düşüncə tərzi və dəyərlər sisteminin daşıyıcısıdır. Bu baxımdan, dövlət dili ilə bağlı məsələnin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır”.

“Yeni Sabah” xəbər verir ki, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bu qənaətdədir. Onun sözlərinə görə, milli yaddaşın yaşadılması, cəmiyyətin öz köklərinə bağlı qalması və gələcək nəsillərin sağlam mənəvi mühitdə formalaşması üçün dövlət dilinin qorunması və inkişafı istiqamətində ardıcıl siyasətin həyata keçirilməsi zəruridir. Yalnız bu halda Azərbaycan dili milli birliyin möhkəmlənməsinə, mədəni irsin qorunmasına və dövlətçiliyin davamlı inkişafına layiqincə xidmət göstərə bilər.

Partiya sədri hesab edir ki, müasir qloballaşma dövründə müxtəlif dillər arasında qarşılıqlı təsirin güclənməsi təbii qarşılana bilər. Lakin bu proses bəzən ana dilinin saflığına mənfi təsir göstərir: “Xüsusilə internetdə xarici sözlərin həddindən artıq istifadəsi, internet televiziyalarında dil normalarına laqeyd yanaşma və danışıq mədəniyyətində sadələşmə narahatlıq doğuran məqamlardır. Bu səbəbdən dövlət dilinin qorunması yalnız mədəni məsələ deyil, həm də informasiya təhlükəsizliyi məsələsi kimi dəyərləndirilməlidir”.

Partiya sədri bildirir ki, Azərbaycanda dövlət dilinin inkişafı və qorunması istiqamətində son illərdə ardıcıl addımlar atılıb. Son tədbirlərdən biri kimi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasını göstərmək olar. Belə ki, konsepsiyada mədəniyyətin altı əsas sahəsi müəyyənləşdirilib və onlardan bəziləri ilk dəfə rəsmi sənədlərdə ayrıca istiqamət kimi təsbit olunub. Bu sahələr sırasında Azərbaycan dili və Azərbaycan ədəbiyyatını xüsusi vurğulamaq lazımdır.

“Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının təsdiqlənməsi ölkənin mədəni inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu sənəd təkcə yaxın illərin deyil, bütövlükdə uzunmüddətli dövrün mədəni prioritetlərini müəyyənləşdirən yol xəritəsi rolunu oynayır.

Prezident İlham Əliyevin çıxışlarında dilimizin saflığının və zənginliyinin qorunmasının daim önə çəkilməsi də bu istiqamətin strateji əhəmiyyətini təsdiqləyir. Rəsmi çıxışlarda da dəfələrlə vurğulanıb ki, dövlət dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mədəni irsin əsas daşıyıcısıdır. Bu baxımdan Azərbaycan dilinin inkişafı, düzgün istifadəsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi mədəni siyasətin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir”.

Adəm İsmayıl Bakuvi qeyd edir ki, dövlət dilinin saflığının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir:

“Ailə, məktəb, media və mədəniyyət mühiti ana dilinə hörmətin formalaşmasında həlledici rol oynayır. Qeyd edim ki, Vəhdət Partiyası daim Azərbaycan dilinin təbliği və düzgün istifadəsinin təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərir. Ötən il partiyanın təşkilatçılığı ilə dövlət dilinin saflığının qorunmasına həsr edilmiş geniş toplantı keçirilib. Ekspertlərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dövlət dilinin qorunması mövzusunda geniş müzakirələr aparılıb”.

Vəhdət Partiyasının sədri vurğulayır ki, xarici təsirlərin artdığı bir dövrdə dövlət dilinin zənginliyinin saxlanılması və qorunması istiqamətində görüləcək işlər – bütövlükdə cəmiyyətin intellektual inkişafına xidmət edəcək. 2040-cı ilə qədər mədəniyyət sahəsində fəaliyyətin əsas istiqamətlər üzrə planlaşdırılması bu sahənin daha sistemli və dayanıqlı inkişafına şərait yaradacaq.

Əvvəlki Yazı

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Növbəti Yazı

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

EKSKLUZİV

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

16 İyul 2026 / 17:17
2
Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

16 İyul 2026 / 15:33
2
Xameneinin dəfn olunduğu ziyarətgah yandı

Xameneinin dəfn olunduğu ziyarətgah yandı

16 İyul 2026 / 14:59
1
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

16 İyul 2026 / 14:47
1

XƏBƏR LENTİ

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

Xameneinin dəfn olunduğu ziyarətgah yandı

Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

Naxçıvanda əhalinin sayı açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb

Şuşa qalasının leysan nəticəsində uçmuş hissəsi bərpa olunacaq

Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

Zaxarova: “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik”

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

Çinin Ukrayna ilə bağlı mövqeyi budur – Lavrov

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

“Qarabağ” cavab oyununa çıxır

İrana zərbələrdə həlak olanların sayı… – Rəsmi

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.