Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Azərbaycanın ilk ordu generalı yad edildi – FOTOLAR

Fevral 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40
Vəhdət Partiyası və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşəbbüsü ilə görkəmli hərbi xadim, Azərbaycanın ilk ordu generalı Səməd bəy Mehmandarovun vəfatının 95-ci ildönümünə həsr edilmiş tədbir təşkil olunub.

“Yeni Sabah” xəbər verir ki, mərasimdə ictimai birliklərin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, tarixçi alimlər və gənclər iştirak ediblər.

“Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxışında Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, general Mehmandarov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində misilsiz xidmətlər göstərmiş, xalqımızın taleyində mühüm rol oynamış şəxsiyyətdir.

Bildirilib ki, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub, Sankt-Peterburqda hərbi təhsil alıb. Birinci Dünya müharibəsində qəhrəmanlıqla döyüşərək Rusiyanın yüksək dərəcəli ordenlərinə, həmçinin İngiltərə, Fransa, Rumıniya və İran dövlətlərinin ali mükafatlarına layiq görülüb. 1917-ci ildə istefaya çıxdıqdan sonra Bakıya dönüb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi nazir təyin edilərək milli ordu quruculuğu istiqamətində mühüm addımlar atıb və ilk hərbi məktəbin yaradılmasına nail olub. O, ilk müstəqil respublikanın 40 min nəfərlik nizami ordusunu formalaşdıraraq yüzilliklərdən sonra xalqımıza özünümüdafiə imkanını yenidən qazandıran böyük sərkərdələrdəndir.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix elmləri doktoru, dosent Bəhmən Kərimov Qarabağın şərəfli Mehmandarovlar nəslinin tarixi barədə məruzə ilə çıxış edib. O bildirib ki, bu nəsil Azərbaycan hərb tarixində və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb və Mehmandarovun şəxsiyyəti həmin köklü ənənələrin parlaq davamıdır.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayaraq, tarixi şəxsiyyətlərə həsr olunan belə tədbirlərin milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, muzey tərəfindən bu istiqamətdə həyata keçirilən elmi-maarifləndirici layihələrdən də bəhs edib.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında Səməd bəy Mehmandarovun Azərbaycan siyasi və hərbi tarixindəki müstəsna roluna toxunub. Qeyd edib ki, Mehmandarov Şərq və Qərb hərbi düşüncəsini dərindən mənimsəmiş, Rusiya imperiyasının generalından Azərbaycanın milli generalına çevrilərək milli ideallar əsasında ordu quruculuğunu həyata keçirmiş qüdrətli sərkərdələrdəndir. Onun yalnız hərbi lider kimi deyil, həm də milli müstəqilliyin qorunmasında strateji əhəmiyyətə malik dövlət xadimi kimi tariximizdə silinməz iz qoyduğu vurğulanıb. Generalın yüksək liderlik keyfiyyətləri, vətənə sədaqəti və mənəvi dəyərləri bu gün də gənc nəsil üçün örnək kimi qiymətləndirilib.

Partiya sədri qeyd edib ki, sovet hakimiyyəti dövründə onun məzarı dağıdılsa da, hazırda general Səməd bəy Mehmandarovun adı dünya sularında üzən tankerin ismində əbədiləşdirilərək tarixdə yaşayır. Vəhdət Partiyasının əsas fəaliyyət istiqamətlərindən birinin maarifləndirmə olduğunu vurğulayan Adəm İsmayıl Bakuvi, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin tanıdılması işinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Tədbir iştirakçıları çıxışlarında general Mehmandarovun Azərbaycan Silahlı Qüvvələrinin inkişafındakı əvəzsiz rolunu xüsusi qeyd edib, Azərbaycanda müasir ordu quruculuğunun əsasının məhz onun adı ilə bağlı olduğunu vurğulayıblar. Onun xatirəsinin daim ehtiramla yad ediləcəyi bildirilib.

Tədbirdə general Səməd bəy Mehmandarova həsr edilmiş sənədli film nümayiş olunub. Toplantı gənclərin ifasında səsləndirilən vətənpərvərlik mahnıları ilə başa çatıb.

Bizi Telegr

Əvvəlki Yazı

“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

Növbəti Yazı

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı – veteranların etibarlı dayağı

EKSKLUZİV

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

16 İyul 2026 / 17:17
3
Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

16 İyul 2026 / 15:33
2
Xameneinin dəfn olunduğu ziyarətgah yandı

Xameneinin dəfn olunduğu ziyarətgah yandı

16 İyul 2026 / 14:59
1
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

16 İyul 2026 / 14:47
1

XƏBƏR LENTİ

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

Xameneinin dəfn olunduğu ziyarətgah yandı

Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

Naxçıvanda əhalinin sayı açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb

Şuşa qalasının leysan nəticəsində uçmuş hissəsi bərpa olunacaq

Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

Zaxarova: “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik”

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

Çinin Ukrayna ilə bağlı mövqeyi budur – Lavrov

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

“Qarabağ” cavab oyununa çıxır

İrana zərbələrdə həlak olanların sayı… – Rəsmi

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.