Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Fevral 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Bakının mərkəzində, paytaxtın ən bahalı ünvanlarından birində yerləşən mənzillər, Nizami rayonunda dəyərli daşınmaz əmlak – “Praqa” şadlıq sarayı, Xaçmazda yerləşən “Çobanbulaq” əmlak kompleksi və “BMW M6” markalı avtomobil… Bütün bu aktivlər indi bir məhkəmə çəkişməsinin predmetinə çevrilib.

Musavat.com-a daxil olan məlumata görə, işə Səbail Rayon Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın tərəf olduğu iddia üzrə baxılır.

 İddia nədən ibarətdir?

Səbail Rayon Məhkəməsində baxılan iş sıradan mülki mübahisə deyil. Bu, MTN işinin kölgədə qalan hissəsidir. İddiaçı Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınan Nizami Kazımovdur. Zərərçəkmiş məhkəməyə müraciət edərək göstərilən əmlakların Mövlam Şıxəliyevə məxsus olduğunu və həmin əmlaklar üzərində onun bütöv mülkiyyət hüququnun tanınmasını tələb edir.

Söhbət aşağıdakı əmlaklardan gedir:

“BMW M6” markalı, 90-MY-900 dövlət qeydiyyat nişanlı avtomobil; Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən əmlak kompleksi; Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binada yerləşən 35, 36 və 40 nömrəli mənzillər; Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39A ünvanında yerləşən daşınmaz əmlakın 1/2 hissəsi.

Məhkəmə ilkin mərhələdə iddianı icraata qəbul edib. Lakin iş bununla yekunlaşmayıb.

Picture background

“Bağışlama” pərdəsi altında gizlədilən mülklər?

İddia ərizəsinə verilmiş son dəqiqləşməyə əsasən, tərəf yalnız mülkiyyət hüququnun tanınmasını deyil, həm də 2018-ci ildə bağlanmış iki bağışlama müqaviləsinin və 2022-ci ildə bağlanmış “müqavilənin ləğvi” sənədinin etibarsız hesab edilməsini istəyir. Belə ki,  22 dekabr 2018-ci il tarixdə Ağabala Mirbəkir oğlu Şıxıyev tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış mənzillərlə bağlı müqavilə;

20 dekabr 2018-ci il tarixdə Məlahət Qinyaz qızı Fərzəliyeva tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış əmlakla bağlı müqavilə; 21 iyul 2022-ci il tarixdə tərəflər arasında bağlanmış “müqavilənin ləğvi” sənədi.

İddiaçı tərəf bütün bu hüquqi əməliyyatların etibarsız hesab edilməsini tələb edir.

Maraqlıdır ki, ilkin iddiadan fərqli olaraq, son dəqiqləşmədə bağışlama müqavilələrinin digər tərəflərinin də cavabdeh qismində işə cəlb olunması xahiş edilir. Bu isə işin həm hüquqi, həm də faktoloji baxımdan daha mürəkkəb xarakter aldığını göstərir.

Əgər məhkəmə bağışlama müqavilələrini etibarsız hesab edərsə, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqları hüquqi qüvvəsini itirə bilər. Bu isə əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılması məsələsini gündəmə gətirəcək. Yəni əmlaklar tam olaraq Mövlam Şıxəliyevin sahibliyinə qaytarıla və nəticə etibarilə müsadirə edilərək hərrac yolu ilə satıla, əldə olunan vəsait isə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə yönəldilə bilər.

20 milyonluq ittiham və ailə imperiyası

Xatırladaq ki, Mövlam Şıxəliyev, eləcə də MTN-in İstintaq İdarəsinin şöbə rəisləri Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərov 2021-ci ildə həbs olunublar. Onlara qarşı irəli sürülən ittihamlardan biri mütəşəkkil cinayətkar dəstə yaratmaqla iş adamlarına və sahibkarlara qarşı cinayət əməlləri törətmək olub.

İstintaqın qənaətinə görə, general Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstədə 3 polkovnik rütbəli şöbə rəisi fəaliyyət göstərib. Onlar dövlətin gücündən istifadə etməklə 36 Azərbaycan vətəndaşından ümumilikdə 20 milyon manata yaxın rüşvət və əmlak əldə ediblər.

Generalın daha bir əmlakı üzə çıxdı: 10 milyon manat dəyəri var – FOTO

Mülk kimindir – adı üstündə olanın, yoxsa pulu verənin?

Mövlam Şıxəliyevin həbsindən sonra onun və ailə üzvlərinin əmlakları üzərinə həbs qoyulmuşdu. Zərərçəkənlər əmlakların alınması üçün sərf olunan vəsaitləri Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyini, həmin vəsaitləri leqallaşdırmaq və iz azdırmaq üçün əmlakları ailə üzvlərinin adına rəsmiləşdirildiyini iddia edirlər.

Mövlam Şıxəliyevin adına olan əmlaklar

Generalın daha bir əmlakı üzə çıxdı: 10 milyon manat dəyəri var – FOTO

Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi – 482 min manat;

Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kv.m sahəsi olan daşınmaz əmlak – 770 min 609 manat;

Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi – 35 min 500 manat;

Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən daşınmaz əmlak – 974 min 600 manat;

Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak – 214 min manat;

Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak – 31 min 500 manat;

Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlak – 39 min 528 manat.

Aybəniz Şıxəliyevanın adına olan əmlaklar

Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7A ünvanında yerləşən daşınmaz əmlak – 26 min 240 manat;

Ağdaş şəhəri, H. Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m sahəsi olan əmlak – 17 min manat;

Binəqədi rayonu, Novxanı kəndi, 686K ünvanında yerləşən daşınmaz əmlak – 37 min 600 manat;

Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak – 400 min manat;

Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən 403,3 kv.m sahəsi olan daşınmaz əmlak – 1 milyon 452 min manat;

Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 535 min 653 manat;

Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 738 min 711 manat.

Digər ailə üzvlərinin adına olan əmlaklar

Qızı Samirə Əliyevanın adına:

Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 – 167,3 kv.m, 650 min 719 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanı – 214,3 kv.m, 257 min 172 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanı – 1087,7 kv.m, 1 milyon 305 min 240 manat.

Oğlu Elgün Şıxəliyevin adına:

Generalın daha bir əmlakı üzə çıxdı: 10 milyon manat dəyəri var – FOTO

Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 – 360 min manat;

Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak – 714 min 985 manat.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev və dəstə üzvləri Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə təqsirli biliniblər.

Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Əliyev 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmlə Mövlam Şıxəliyevin əmlakları müsadirə edilsə də, həyat yoldaşı Aybəniz Şıxəliyevanın və övladlarının əmlakları özlərinə qaytarılıb. Zərərçəkmişlər hökmün müsadirə hissəsinin ədalətsiz olduğunu bildirirlər. Onların iddiasına görə, Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlaklar faktiki olaraq Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyi vəsaitlər hesabına alınıb.

Zərərçəkmişlərin mövqeyi açıqdır – bu əməliyyatlar formal xarakter daşıyıb, məqsəd əmlakları müsadirədən yayındırmaq olub. Zərərçəkmişlər tələb edirlər ki, Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlaklar da müsadirə olunsun və onlara dəymiş ziyanın ödənilməsi təmin edilsin. Əks halda isə milyonluq aktivlər Şıxəliyevin ailə mülkiyyəti kimi qalacaq və 20 milyonluq ittihamın maliyyə izi faktiki olaraq bağlanmış hesab ediləcək. Eyni zamanda məhkəmə yalnız mənzillərin və avtomobilin taleyini həll etmir. Bu proses ədalətin yarımçıq qalıb-qalmadığını müəyyənləşdirəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Növbəti Yazı

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

EKSKLUZİV

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

16 İyul 2026 / 17:17
2
Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

16 İyul 2026 / 15:33
2
Xameneinin dəfn olunduğu ziyarətgah yandı

Xameneinin dəfn olunduğu ziyarətgah yandı

16 İyul 2026 / 14:59
1
Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

16 İyul 2026 / 14:47
1

XƏBƏR LENTİ

Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

Xameneinin dəfn olunduğu ziyarətgah yandı

Rusiya və Ukrayna arasında meyit mübadiləsi olub

Naxçıvanda əhalinin sayı açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

Əhalinin yanacaq xərcləri bu il 5%-dən çox artıb

Şuşa qalasının leysan nəticəsində uçmuş hissəsi bərpa olunacaq

Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

Zaxarova: “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik”

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

Çinin Ukrayna ilə bağlı mövqeyi budur – Lavrov

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

“Qarabağ” cavab oyununa çıxır

İrana zərbələrdə həlak olanların sayı… – Rəsmi

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycana turist axınının azalmasının səbəbi…

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq – FOTO

Hansı duz daha faydalıdır: Himalay, yoxsa dəniz duzu?

Azərbaycan neftinin ən iri idxalçıları – Siyahı

Oyuna yaxşı hazırlaşmışıq – Qurbanov

Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

Yeni 100 manatlıqlar tədavüldə – FOTO

“İlk elektron diplom artıq təqdim edilib” – İdarə rəisi

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib

FHN əhaliyə müraciət edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.