Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

Fevral 18, 2026
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Son günlər metroda qiymətlərin məsafədən asılı olaraq dəyişdiriləcəyinə dair təkliflər gündəmdədir. Yeniliyin tətbiqi ilə bağlı müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Bu təkliflərin ortaya çıxması əhalidə gediş haqqının yenə artacağı ilə bağlı narahatlıq yaradıb. Xüsusilə də sosial baxımdan həssas və gündəlik ictimai nəqliyyatdan istifadə edən insanlar bu dəyişikliklərin gediş haqqının artımına səbəb ola biləcəyindən narahat olduqlarını bildirirlər.
Artıq meqapolisə çevrilən Bakıda bəzi əhali təbəqələri – tələbələr, alimlər və tibb işçiləri ictimai nəqliyyatdan endirimli qiymətlərlə istifadə etməlidirlər. Vəhdət Partiyası bu təkliflə hökumət qarşısında çıxış edir.
Partiya sədri Adəm İsmayıl Bakuvi bildirib ki, bütün dünya təcrübəsində, eləcə də qardaş Türkiyədə olduğu kimi, ölkəmizdə də müəyyən kateqoriyadan olan insanlar üçün nəqliyyatda endirimli qiymətlər tətbiq oluna bilər:
“Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri əhalinin həssas təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi və sosial ədalətin təmin olunmasıdır. Prezident bütün çıxışlarında ən böyük kapitalımızın “insan kapitalı” olduğunu vurğulayır. Yaxın günlərdə yerli televiziyalara müsahibəsində dövlət başçısı bir daha qeyd etdi ki, “bizim bütün siyasətimiz sosialyönümlüdür, insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, sosial sahəyə daha da böyük vəsait ayrılacaq”.
Bu baxımdan, Vəhdət Partiyasının sədri kiçik bir subsidiya ilə gənclərin, alimlərin və tibb işçilərinin fəaliyyətinin stimullaşdırıla biləcəyini deyir:
“Bu, sadəcə iqtisadi məsələ deyil – kiçik bir subsidiya ilə gənclərin, alimlərin və tibb işçilərinin həyatına rahatlıq gələcək, onlarda elmə stimul, dövlətə inam daha da güclənəcək. Bu, sosial rifahdan daha çox — milli inkişafın ideoloji hissəsidir. Tələbələrimiz dövlətin diqqətini, qayğısını daha yaxından hiss etmiş olacaqlar. Tələbə yol pulu, təhsil haqqı, yemək pulu və kirayə haqqı ödəyir. Bunlar heç də az vəsait deyil. Nəqliyyatda gediş haqqı güzəşti onların aylıq büdcəsinə müsbət təsir göstərmiş olar”.
Partiya sədri bildirir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial islahatların məqsədi hər zaman vətəndaş rifahını və intellektual potensialı gücləndirməkdədir. Bu mənada təklif olunan nəqliyyat subsidiyası dövlətin sosial siyasətində mikro səviyyəli, amma makro dəyərlərə xidmət edən addımdır. Bu təşəbbüs yalnız maddi yüngüllük deyil, həm də dövlətlə vətəndaş arasında emosional və institusional körpüdür. “Belə bir proqram təhsildən yayınma riskini əhəmiyyətli dərəcədə azaldar, tələbə motivasiyasını artırar. Elm sahəsində – aşağı maaşlı tədqiqatçıların sosial sabitliyini təmin edər, “beyin axını”nı zəiflədər. Səhiyyə sistemində – növbəli işləyən tibb personalının yüklənməsini azaldar, xidmət keyfiyyətini yüksəldər. Bir sözlə, dövlətin imicinə müsbət təsir göstərər, sosial ədaləti və qayğını prioritet edən dövlət obrazını daha da gücləndirmiş olar”.
Vəhdət Partiyasının “Tələbələrə, alimlərə və tibb işçilərinə nəqliyyat subsidiyası tətbiq edilməsi haqqında” təkliflər paketində güzəşt praktikasının ilk olaraq Bakı və Abşeronda sınaq olaraq tətbiq edilməsi təklif olunur. Layihədə qeyd olunur ki, bu ərazidə təxminən 200 min tələbə və şagird, 30 min nəfər — elmi işçi, 120 min nəfər — tibb işçisi ictimai nəqliyyatdan gündəlik istifadə edir. Tələbə və şagirdlər üçün gediş haqqının 50% güzəşt, digər kateqoriyalar üçün isə 30% güzəşt təklif olunur. Güzəşt ediləcək şəxslərin ortalama olaraq gündə iki dəfə metro və ya avtobusdan istifadə etdiyi nəzərdə tutularaq, onların nəqliyyata sərf etdikləri aylıq orta xərcin təxminən 30 manat təşkil etdiyi ehtimal olunur. Əgər tələbələrə 50% güzəşt tətbiq edilsə, aylıq fərq 15 manat, illik isə 180 manat təşkil edəcək. Ümumilikdə isə dövlət xərci təxminən 66–67 milyon manat olacaq. Bu, 49 milyard manatlıq 2026-cı il dövlət büdcəsinin xərclərinin cəmi 0,13%-inə bərabərdir.
Partiya sədri Adəm İsmayıl Bakuvi deyir ki, cəmi 67 milyon manatlıq bu proqram öz mahiyyətinə görə milyardlarla manatlıq təsir gücünə malikdir — çünki elmə, təhsilə və sağlamlığa yönəlmiş hər manat gələcək nəsillərin sabitliyinə yatırılmış investisiyadır: “Azərbaycan dövləti illərdir müxtəlif iqtisadi sektorlara (kənd təsərrüfatı, energetika) yüz milyonlarla subsidiya ayırır. Bu dəstəyin əsas hissəsi iqtisadi infrastruktura yönəlib, insan kapitalına isə nisbətən az pay düşür. Təklif etdiyimiz layihə hesabına isə büdcəyə real yük gətirmədən, sosial rifah və elmi sabitlik sahəsində böyük nəticə əldə etmək mümkündür”.
Vəhdət Partiyası ilkin mərhələdə Bakı və Abşeronda tələbə və şagirdlər üçün 50%, alim və tibb işçiləri üçün 30% güzəşt tətbiq olunmasını təklif edir.
Güzəştli kart sisteminin “BakıKart” və “elektron İmza” bazasına inteqrasiya olunması təklif edilir.
Qeyd edək ki, xarici ölkələrdə elmi və sosial təbəqələrə dəstək dövlətin intellektual siyasəti hesab edilir. Dünya praktikasında ictimai nəqliyyatda güzəştli tariflər təkcə sosial müdafiə vasitəsi deyil, həm də elmi və təhsil potensialına investisiya alətidir. Niderlandda tələbələr üçün pulsuz nəqliyyat kartının tətbiqi müqabilində dövlət illik 120 milyon avro subsidiya ödəyir. Almaniyada “Deutschlandticket” – 49 avro aylıq vahid bilet sistemi tətbiq olunub. Böyük Britaniyada “16–25 Railcard” sistemi gediş haqlarına 33% endirim nəzərdə tutur ki, bunun sayəsində gənclərin ictimai nəqliyyata çıxışı 35% artıb. Türkiyədə “Öğrenci/akademisyen kartı” tələbə və müəllimlərə 40–50% endirim nəzərdə tutur və aylıq qənaət 200 TL təşkil edir. Fransada tələbə və müəllimlər üçün tətbiq olunan güzəştli nəqliyyat tarifləri (o cümlədən regional tələbə kartları) nəticəsində illik nəqliyyat xərclərində yüzlərlə avro qənaət əldə edilir. Bu siyasətlərin ortaq məqsədi — elmi və sosial təbəqələrin maddi yükünü azaltmaq, insan kapitalını qorumaq və intellektual inkişafın davamlılığını təmin etməkdir ki, Vəhdət Partiyası Azərbaycanda da bu təcrübələrdən yararlanmağı və onların milli şəraitə uyğun şəkildə tətbiqini təklif edir.
Əvvəlki Yazı

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

EKSKLUZİV

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

18 Fevral 2026 / 12:14
6
“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

17 Fevral 2026 / 15:16
3
VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

17 Fevral 2026 / 11:53
5
“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

17 Fevral 2026 / 11:35
1

XƏBƏR LENTİ

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Ən çox maaş alan futbolçular – Siyahı

Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya…

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Azərbaycanın avtomobil bazarında kəskin dönüş

Böyük qarşıdurmanın anonsu verildi

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.