Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Özü boyda ürəyi olan Adam

Aprel 10, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

14 İyul 26 / 9:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

10 İyul 26 / 11:26
Deyilər ki, hər bir adamın ürəyi onun yumruğu boydadır. Lakin Onu tanıyandan bu fikrin yanlış olduğunu anlaım. Çünki, O, cılız bədəninin kiçik yumruğu boyda olan ürəyi ilə Tanrının qismətinə yazdığı taleyi yaşayammazdı, çətinlikərə sinə gərəmməzdi, ağrıları, acıları çəkəmməzdi, məşəqqətlərə dözəmməzdi.O boyda Millət sevgisi, Vətən yanğısı bir yumruq boyda ürəyə sığışammazdı. Yumruq boyda ürəyi olan adam yurd itkisiylə, on illik zindan əzabıyla, qardaş və ömür-gün yoldaşının ölümüylə, haqsız ittihamlarla 71 il yaşaya bilməzdi.
Söhbət milli azadlıq hərakatının liderlərindən biri, keçmiş Daxili İşlər naziri, polis general-leytenantı İskəndər Məcid oğlu Həmidovdan gedir.
Ona qarşı münasibət heç vaxt birmənalı olmayıb. Onun müsbət cəhətləri çox idi, hər bir insan övladı kimi qüsurlardan da xali deyildi. Həmişə diqqət mərkəzində olması səbəbindən daima müzakirə obyekti idi. Milyonlarla tərifləyəni olduğu kimi minlərlə tənqidçisi də varıydı, yüz minlərlə sevəni ilə yanaşı onlarla nifrət edəni də tapılırdı. Çılğınlığından, dəliqanlılığından doğan səhvləri də olurdu, lakin saflığı, millətçiliyi, vətənpərvərliyi bu səhvləri öz içində “əridirdi.”
O, bir çox ilklərə imza atdı:
Dünyanı lərzəyə salan nəhəng imperiyanın Daxili İşlər nazirinin müavininin görüşmək üçün ona uzatdığı qanlı əli sıxmaqdan imtina edən ilk milis zabiti.
Tabeliyində olan milislərlə (polislərlə) bir səngərdə daşnaqlara qarşı döyüşən ilk Daxili İşlər naziri. Onun nazir olduğu dövrdə milisin yalnız adı dəyişmədi, həm də ictimai rəydə milis (polis) haqqında streotiplər dəyişdi, polis öz xalqının namusunu qoruyan övladı oldu, xalqın polisdən qorunmasına ehtiyac qalmadı.
İşğalçılarla bilavasitə döyüşdə kürəyində mərmi qəlpəsi ilə zədə alan ilk nazir.
Cinayətkarlara qarşı əməliyyatlarda bilavasitə iştirak dən nazir.
Milli hissiyyatı ilə oynayan jurnalisti “samosud” edən nazir.
Baş nazirin iştirakı ilə keçirilən dövlət televiziyasının canlı efirinə çıxıb, verilişi dayandıran nazir.
Könüllü olaraq vəzifəsindən “Əcdadının qəbiri erməni dığasının atının tapdağında olan adam bir ölkənin Daxili İşlər naziri ola bilməz. Bu ona da, Dövlətinə də söyüş olar” deyə istefa edən nazir.
O millətini sevirdi, Oğrusunu da, kriminalını da, təki xalqına bağlı olsun.
O Vətənini sevirdi, ölkəsini qarış-qarış tanıyırdı. Ən ucqar kəndləri belə sanki xəritəyə baxırmış kimi sadalayırdı. İnanclı adam, namaz əhli olsa da, Şuşanı Məkkə sanırdı.
O dilini sevirdi, Allahı Tanrı çağırırdı.
Özünü dərk edəndən siyasi mübarizənin içində , daha sonralar önündə olsa da, heç vaxt siyasətçi olammadı. Xarakteri Ona şəraitə uyğun davranmağa, dəyişməyə imkan vermirdi. O, kiməsə yarınmağı bacarmırdı, düşündüyünü deyirdi, fikirləşdiyini edirdi. O başqalaşa bilmirdi…
O, O idi.. O, Özüydü… Özü boyda ürəyi olan İskəndər idi…
Mən onunla bir neçə dəfə telefonla, iki dəfə şəxsən görüşmüşəm.
Sonuncu dəfə görüşəndə müalicədən təzə qayıtmışdı. Qayğılıydı, fikri dağınıqdı, gözləri yol çəkirdi. Özümdən asılı olmayaraq əklə “Cənab General! Sən Kəlbəcərə xəyanət edə bilməzzsən! Qarabağı azad etmədən ölə bilməzzsən! Buna haqqın yoxdur!” Sözümün ağırlığından və səsimin tonundan utandım, əllərindən tutdum. Siqaret istədi, iki qullab aldı, öskürdü, yerə atdı. Qalxıb, “Sənə İstisuda qonaqlıq vermədən öldü yoxdu! Slovo Generala!” Hiss etdim ki, bu son görüş idi.
Çox keçmədən xəstələndi. Övladlarını tanımadığımdan Əvəz Zeynallının, Adil Qeybullanın f/b səhifəsi vasitəsi ilə səhhətindən məlumat alırdım. Dəfnindən gec xəbər tutdum. Xəstə olduğumdan iştirak edə bilmədim.
Dünyasını dəyişənə “Rahat uyu” deyərlər. Sağlığında qəlbi rahat olmayan bu adamın ruhu Qarabağ səmasında narahat-narahat gəzir, dolaşır. O Ruh Qarabağ azad olmadan, şəhidlərin qisası alınmadan rahatlıq tapa bilməz!
Əlvida demirəm, Hələlik deyirəm, cənab General! Görüş yerini dəyişmək olmaz. Yerini sən müəyyən etdin, vaxtını mən təyin edirəm: Bozqurdların ulartısı (nərəsi) Qarabağda çaqqallların ulaşmasını batıran günü İstisuda görüşənədək!
Yalnız ondan sonra Sənə “Ruhun şad olsun, rahat uyu, ey Millət sevdalı, Vətən həsrətli Dağlar oğlu” deyəcəyəm.
Təyyar Abbaslı
Əvvəlki Yazı

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Növbəti Yazı

İcra başçısının növbəti səyyar görüşü rayonun Qazaxbəyli kəndində yaşayan sakinlərlə olub

EKSKLUZİV

DİM-dən bu iddialarla bağlı açıqlama

DİM-dən bu iddialarla bağlı açıqlama

14 İyul 2026 / 10:30
2
Mahir Emreli İsrail klubunun təklifini rədd etdi

Mahir Emreli İsrail klubunun təklifini rədd etdi

14 İyul 2026 / 10:13
1
AQTA-dan bu məhsullarla bağlı çağırış

AQTA-dan bu məhsullarla bağlı çağırış

14 İyul 2026 / 10:00
4
“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

14 İyul 2026 / 9:59
29

XƏBƏR LENTİ

DİM-dən bu iddialarla bağlı açıqlama

Mahir Emreli İsrail klubunun təklifini rədd etdi

AQTA-dan bu məhsullarla bağlı çağırış

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

Bu hücumlar dərhal dayandırılmalıdır – Quterreş

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs – Prezident

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

Xanım jurnalistin sözləri Prezidenti güldürdü – Video

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Prezidentin Mətbuat Xidməti IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx hazırlayıb

Yeni qanun layihəsi: parlamentdə mübahisə düşdü

Sabahkı HAVA PROQNOZU

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Onlar vizadan qarşılıqlı azad edəcək

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Sabah məhərrəm ayı başa çatır

Belə avtomobillə heç yerə getmərəm – Prezident

Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur

“Rare Academy” – Təhsildən karyeraya aparan uğur yolunda etibarlı tərəfdaş

Azərbaycan Gürcüstanın Anaklia limanına maraq göstərir

Tələbə vaxtı diplom işimin mövzusu bu idi – Prezident

Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi vacib layihədir

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır – Prezident

DİN vətəndaşlara çağırış edib: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

“Rusiya ilə Ukrayna arasında müharibə dərhal dayandırılmalıdır” – İlham Əliyev

Bakıda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

Bu il Azərbaycanın qeyri-neft ixracı 17% artıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.