Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

“Xalxın uşaqları”nı siz də tanıyın! – Fotolar

Aprel 24, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında 9 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib.

Onlardan bəziləri sevinclərini “Qafqazinfo” ilə bölüşüblər.

“İmtahana sistemli şəkildə hazırlaşırdım. Həm dərslərimə, həm də dərsdənkənar fəaliyyətlərimə ayrı-ayrı vaxt ayırırdım. Bəzi suallara görə şübhələrim olsa da, 290-dan yuxarı bal gözləyirdim, lakin maksimum nəticə mənə də bir az sürpriz oldu.

İmtahan çox çətin deyildi, lakin vaxt çatışmazlığı hiss olunurdu, xüsusən də Azərbaycan dili fənnində. Qeyd edim ki, 7-ci sinifdə fizika fənni üzrə Respublika fənn müsabiqəsində qızıl, 9-cu sinifdə isə Respublika fənn olimpiadalarında bürünc medala layiq görülmüşəm.

Gələcək planlarıma gəlincə, bakalavr təhsilimi Azərbaycanda tamamlayıb, daha sonra nüfuzlu xarici universitetlərdə təhsilimi davam etdirməyi düşünürəm. Ən böyük arzum kompüter mühəndisi olmaqdır”.

Bakı şəhəri, 18 saylı orta məktəbin şagirdi olan Zəhra Zərbəliyeva isə qeyd edib ki, imtahan müddəti 4 saat olsa, yüksək bal toplayanların sayı daha çox olardı:

“Bəli, imtahan çətin idi, amma deyərdim ki, sualların mürəkkəbliyindən daha çox vaxt məhdudiyyəti hiss olunurdu. İmtahan müddəti 3 saat yox, 4 saat olsaydı, düşünürəm ki, yüksək nəticə göstərənlərin sayı daha çox olardı.

Düzünü desəm, 300 balı yox, 290-dan yuxarı gözləyirdim, lakin ətrafımdakı hər kəs 300 bal toplayacağımı deyirdi. Onlar mənə, bəlkə də, özümdən çox inanırdılar. Bu uğurumda valideynlərimin və müəllimlərimin əziyyəti əvəzsizdir. Gələcək planım blok imtahanında da yüksək nəticə göstərərək ADA Universitetinin dövlət sifarişli ixtisaslarından birinə qəbul olmaqdır. Magistratura təhsili üçün xaricə getmək isə ən böyük xəyallarımdan biridir”.

Bakı şəhəri Humanitar Fənlər Təmayüllü Liseyin şagirdi Zəhra Xammədova isə adaşından fərqli olaraq maksimum nəticə gözləyirmiş:

“İmtahanlara çox əzmlə və iradə ilə hazırlaşdım. Bəli, maksimum nəticə gözləyirdim. İmtahan sualları orta səviyyəli olsa da, bəziləri kifayət qədər düşündürücü idi. İmtahanda cüzi həyəcan keçirsəm də, hədəfimə nail olmağı o qədər çox istəyirdim ki, son dəqiqələrdə həyəcanımı tamamilə unutmuşdum.

Yuxusuz gecələrimin bəhrəsini görmək məni çox xoşbəxt etdi. Əsas hədəfim ATU-ya qəbul olmaq və gələcəkdə kardiocərrah kimi fəaliyyət göstərməkdir”.

Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin şagirdi Emiliya Qayıbova 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə göstərdiyini qeyd edib:

“Təbii ki, həm mən, həm də ailəm bu uğuru böyük sevinc hissi ilə qarşıladıq. Böyük zəhmət tələb edən bu nəticəni qazanmaq hər birimizi çox sevindirdi. Düzünü desəm, yüksək nəticə gözləyirdim, çünki imtahan sualları orta səviyyəli idi.

Riyaziyyat olimpiadalarına hazırlaşırdım; rayon (şəhər) mərhələsini 95, yarımfinalı isə 100 balla keçmişəm. Ötən günlərdə final mərhələsində iştirak etdim və hazırda nəticələri gözləyirəm. Bundan əvvəl isə Fermat beynəlxalq riyaziyyat olimpiadasının milli mərhələsində birinci yerə layiq görülmüşəm. Hazırda birinci ixtisas qrupu üzrə hazırlaşıram, hədəfim kompüter elmləri ixtisasına qəbul olmaqdır. Məlumat üçün bildirim ki, 9-cu sinif buraxılış imtahanında da 297 bal toplamışdım”.

Bakı şəhəri, Humanitar Fənlər Təmayüllü Məktəb-Liseyin şagirdi Nəslihan Məmmədli isə təəssüratlarını belə ifadə edib:

“İmtahanlara çox gərgin və intensiv hazırlaşırdım, buna görə də maksimum nəticə gözləyirdim. İmtahan müəyyən qədər çətin olsa da, sualların səviyyəsi 9 martda keçirilmiş imtahanla eyni idi. Sadəcə, biz həmin tarixdəki suallarla tanış olduğumuz üçün hər şeyə daha hazırlıqlı idik.

Gələcək hədəfim Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasına yiyələnməkdir. Təhsilimin növbəti mərhələlərini isə xaricdə davam etdirməyi düşünürəm.

Sumqayıt şəhəri, 17 saylı orta məktəbin şagirdi Əli Əsgərov uğurunun sirrini belə açıb:

“Ciddi hazırlaşaraq buraxılış imtahanında yüksək nəticə əldə etməyi bacardım. Mənim üçün ən çətin fənn Azərbaycan dili idi. Bu səbəbdən digərləri ilə yanaşı, xüsusilə bu istiqamətdə daha əzmlə çalışdım və nəticədə hədəfimə çatdım.

Əsas məqsədim Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır. Gələcəkdə də fəaliyyətimi məhz bu sahə üzrə qurmağı planlaşdırıram.

Təhsilimi xaricdə, yoxsa Azərbaycanda davam etdirəcəyim barədə hələ tam qəti qərar verməmişəm. Bu yolda digər abituriyentlərə tövsiyəm odur ki, aydın məqsədləri olsun və bu məqsəd uğrunda davamlı şəkildə çalışsınlar. Gün ərzində zamanı düzgün bölüşdürmək və dərslərə kifayət qədər vaxt ayırmaq uğurun əsas açarıdır. Hazırlıq dövründə asudə vaxtlarımı kitab oxuyaraq, film izləyərək və ya açıq havada gəzərək keçirirdim. Əvvəllər olimpiadalarda iştirak etsəm də, medal qazanmaq nəsib olmamışdı. İlk böyük uğurum isə məhz bu imtahanda 300 bal toplamağım oldu”.

Bəsti Məmməd

Mənbə

Əvvəlki Yazı

Səudiyyə Ərəbistanı Millisində Yeni Era: Baş Məşqçi Təyinatı

Növbəti Yazı

Keçmiş Kainat Gözəli dəhşətli qətlə qurban getdi: Qatil qaynatasıdır

EKSKLUZİV

Tərk edilmiş neft quyusu milyonlar gətirdi: Fransız mühəndisin inanılmaz uğuru

24 Aprel 2026 / 11:51
0

ABŞ əsgəri dövlət sirləri ilə 400 min dollar qazanıb: Həbs olundu!

24 Aprel 2026 / 11:51
0

Almaniyanın Yeni Təyyarəsi Havada Şəklini Dəyişir: Səma Qaydaları Yenidən Yazılır

24 Aprel 2026 / 11:51
0

Qantas Tarix Yazır: 22 Saatlıq Kəsintisiz Uçuşlarla Dünya Aviasiyasında Yeni Era

24 Aprel 2026 / 11:51
0

XƏBƏR LENTİ

Tərk edilmiş neft quyusu milyonlar gətirdi: Fransız mühəndisin inanılmaz uğuru

ABŞ əsgəri dövlət sirləri ilə 400 min dollar qazanıb: Həbs olundu!

Almaniyanın Yeni Təyyarəsi Havada Şəklini Dəyişir: Səma Qaydaları Yenidən Yazılır

Qantas Tarix Yazır: 22 Saatlıq Kəsintisiz Uçuşlarla Dünya Aviasiyasında Yeni Era

“Atletik Bilbao”da məşqçi qeyri-müəyyənliyi: Valverde gedirmi, kim gəlir?

Zelenski Ərəb Ölkələri ilə Dron Sazişlərini Açıqladı: Ukrayna Müdafiəsi üçün Yeni Strateji Addım

Livan Prezidentindən ermənipərəst bəyanat: Rəsmi Bakıdan sərt reaksiya gözlənilir

MSK-nın yeni tərkibi nə vaxt təsdiqlənəcək? – RƏSMİ AÇIQLAMA

“İradə diktəsi qəbuledilməzdir!” – Yazıçıdan cəmiyyətə sərt xəbərdarlıq

Bakıda əsas küçələr 2 sutkadan artıq bağlanır: Sürücülərə vacib xəbərdarlıq!

Şamda Rəqs Şousu Gərginlik Yaratdı: Prezident Şara Mübahisələrə Aydınlıq Gətirdi

Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı – Ölən var – Video

Moringa möcüzəsi: Qədim Misir sirri mikroplastikləri sudan necə təmizləyir?

ABŞ-ın 59 illik pərakəndə nəhəngi Big Lots iflas etdi: Bütün mağazalar bağlanır

Əriyən Bina: Modern Memarlığa Meydan Oxuyan Şah Əsər

Dünyanın Ən Yoxsul Ölkəsi Bəlli Oldu: İllik Gəlir Cəmi 488 Dollar

Ranyeri “Roma”dan ayrılır: Qasperini faktoru həlledici oldu

Bernardo Silva ilə danışıqlar: Portuqaliyalı ulduz haraya gedir?

Rusiyanın Odessaya Dron Hücumu: Ölüm və Dağıntı

İran rəhbərliyindən Trampa sərt cavab: Pezeşkian və Qalibaf birgə bəyanat yaydı

Trampın açıqlaması: İsrail-Livan atəşkəsi daha üç həftə uzadılacaq

Toskanada Səssiz Zəlzələ: 15 KM Dərinlikdə Ölkəni Zəngin Edəcək Maqma Dənizi Kəşf Edildi

Azərbaycanda hava kəskin dəyişdi: Hansı rayonlara sulu qar yağdı?

İran Hörmüz boğazından keçid rüsumlarını ləğv etdi: Strateji güzəştin səbəbləri

Qanunsuz Faizlə Borc Verənlərə Sərt Xəbərdarlıq: Ciddi Hüquqi Məsuliyyət Gözlənilir!

Siyavuş Novruzov Boykot Edildi: İctimaiyyət Deputatdan Narazıdır!

Bitcoin Dəyər İtirir: Kriptovalyuta Bazarı Çöküşdə?

Azərbaycan Nefti Dünya Bazarlarında Ucuzlaşdı: İqtisadiyyata Təsirlər

Aİ-dən Azərbaycan gəmiçiliyinə yaşıl işıq: 5 gəmi sanksiya siyahısından çıxarıldı

Azərbaycan Mərkəzi Bankı 24 Aprel Valyuta Məzənnələrini Açıqladı: Manat Sabitliyini Qoruyur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.