Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Elvini gecə həyatına görə karyerasını məhv etməyə qoymayaq…

Aprel 24, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Bir neçə gündür mediada “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin əsas komandadan qovulması ilə bağlı müxtəlif versiyalar irəli atılır. Futbolçunun gecə həyatına görə Qurban Qurbanov tərəfindən cəzaya məruz qaldığı bildirilir. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Cəfərquliyev həqiqətən gecə həyatına aludə olub və karyerasına zərbə vurub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dəfələrlə 25 yaşlı oyunçuya xəbərdarlıq etsə də, futbolçu buna məhəl qoymayıb. Maraqlısı budur ki, Elvin demək olar ki, məşqlərdən sonra vaxtının çoxunu gecə əyləncəsinə həsr edir. 

Bir neçə ay öncə Cəfərquliyev “Qafqazinfo”ya müsahibəsində Qurban Qurbanovun ona ciddi xəbərdarlıq etdiyini və vəziyyətin dəyişməyəcəyi halda komandadan göndəriləcəyini dediyini bildirmişdi. Futbolçu artıq sakitləşəcəyini və fikrini karyerasına yönəldəcəyini desə də, buna əməl etməyib. 

“Qarabağ”ın vacib “Şamaxı” ilə matçda 0:0-lıq heç-heçə edib çempionluq yolunda ağır zərbə alması və Elvinin bu matçda zəif oynaması Qurbanovun səbrini daşırıb. Həmin qarşılaşmada isə təkcə Elvin yox, digər oyunçular da potensialından aşağı çıxış edib. Uzun müddət sonra start heyətdə oyuna çıxan Abbas Hüseynovun da performansının aşağı olması onu baş məşqçinin qəzəbinə tuş gətirib. 

“Şamaxı” ilə matçdan sonra “Qarabağ” çempionluğun taleyini həll edəcək qarşılaşmada “Sabah”la üz-üzə gələcəkdi. Bu mövsümün oyunundan əvvəl isə Elvin və Abbas yenidən gecə həyatına atılıb. Onların şəhərin bahalı restoranlarından birində gecə əyləncəsinə qatıldıqları və orada spirtli içki qəbul etdikləri məlum olub.  Bu isə Q.Qurbanovu özündən çıxarıb və hər iki futbolçunu əvəzedici heyətə göndərib. Böyük ehtimalla onların heç biri əsas komandaya qaytarılmayacaq və satılacaq. 

“Qarabağ”ın sabiq futbolçularından birinin bizə verdiyi məlumata görə, futbolçuların gecə əyləncəsinə aludə olması Qurban Qurbanovun heç sevmədiyi şeydir. O, vaxtikən özünün də, digər komanda yoldaşlarının da buna görə cəzalandığını bildirib. O qeyd edib ki, Q.Qurbanov yalnız bir neçə ay ərzində 1-2 dəfə bu cür əyləncələrə qatılmağa icazə verir. 

Digər məqam isə ondan ibarətdir ki, E.Cəfərquliyev təkcə indi deyil, Çempionlar Liqasında vacib oyunlardan birindən öncə də gecə əyləncəsinə qatıldığı üçün problemlə üzləşib. Hətta, həmin vaxt da Q.Qurbanov onu komandadan qovmaq istəyib. Lakin ciddi xəbərdarlıqdan sonra futbolçuya güzəşt edilib. Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Kopenhagen”lə matçdan sonra maraqlı açıqlama vermişdi. O, Elvinə bel bağlamaq olmaz deyərək futbolçunun intizamsızlığına işarə vurmuşdu.

Elvin Cəfərquliyev elə saytımıza müsahibəsində demişdi ki, futbolu buraxıb ofisiant işləyib, Rəşad Sadıqov onu yenidən futbola qaytarıb. O, keçmişdə yaşadığı çətin günləri, çəkdiyi əziyyətləri unutmur. Bunu dilə gətirirsə, yenidən həmin günlərini yada salıb, intizamını düzəldib futbola tam məsuliyyətlə yanaşacağına inanırıq. 

Hazırda E.Cəfərquliyevlə Qurban Qurbanov arasında münasibətlər getdikcə daha da pisləşir. Belə ki, “Qarabağ” Azərbaycan kubokunun yarımfinalında “Sabah”a uduzduqdan sonra 25 yaşlı oyunçunun instaqramda etdiyi paylaşım diqqətçəkməyə bilməzdi. Məşq salonundan foto paylaşan oyunçu sanki “Qarabağ”ın məğlubiyyətində onun meydanda olmamasının rolunu vurğulamaq istəyirdi. 

Onun ardınca “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin “Kimin kim olduğunu bildik” paylaşımı da müzakirələrə səbəb oldu. Bəziləri təcrübəli qapıçının “Sabah”la matçın hakimlərinə söz atdığını, bəziləri isə bunun Elvin Cəfərquliyevə ünvanlandığını bildirdi. 

Elvin Cəfərquliyev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biridir. Həm “Qarabağ”dakı, həm millidəki oyunu ilə diqqətləri üzərinə çəkə bildi. Dəqiq faktlar olmasa da, futbolçuya Avropadan müxtəlif təkliflər gəldiyini güman etmək olar. Çünki E.Cəfərquliyevin “Qarabağ”da adlı-sanlı rəqiblərə qarşı oyunu üst səviyyədə idi. Amma intizamsızlığı onu uçuruma apara bilər. Biz Azərbaycan futbolunda bu cür hadisələrə çox şahidlik etmişik. Vaxtilə Təmkin Xəlilzadə kimi istedad futbolumuzun gündəmində idi. Amma onun da intizam problemi futbolçunu uçuruma apardı. Bu cür misallar çox çəkmək olar. 

E.Cəfərquliyevin adı “Neftçi” ilə hallansa da, onun menecerinin dediyinə görə xarici klublara getmək ehtimalı böyükdür. “Qarabağ”la müqaviləsi davam edən futbolçu Ağdam klubuna da pul qazandıra bilər. Mövsüm başa çatdıqdan sonra isə nə baş verəcəyini görəcəyik. 

Elsevər Məmmədov

Mənbə

Əvvəlki Yazı

Trampın sərt siyasəti İranla sülh danışıqlarını iflic etdi: Diplomatlar narahatdır

Növbəti Yazı

Ərdoğan gənc hafizləri sevindirdi: Qurandan ayələr oxuyaraq dəstək verdi

EKSKLUZİV

Kenan Yıldız “Milan”la matçı buraxa bilər: “Yuventus”da narahatlıq

24 Aprel 2026 / 19:45
0

Azər Qəribin oğlunun şirkəti böyük vergi borcunda: 230 min manatlıq öhdəlik

24 Aprel 2026 / 19:45
0

İranla gərginlik Aİ-yə baha başa gəlir: 25 milyard avro itki

24 Aprel 2026 / 19:45
0

Ərdoğan: “Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir”

24 Aprel 2026 / 19:45
0

XƏBƏR LENTİ

Kenan Yıldız “Milan”la matçı buraxa bilər: “Yuventus”da narahatlıq

Azər Qəribin oğlunun şirkəti böyük vergi borcunda: 230 min manatlıq öhdəlik

İranla gərginlik Aİ-yə baha başa gəlir: 25 milyard avro itki

Ərdoğan: “Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir”

Etibar Əliyevdən cəmiyyətimizin acı reallığı: Kitab hədiyyəsi niyə istehza ilə qarşılanır?

İsrail ordusu Livan sərhədində “Hizbullah” mövqelərinə zərbələr endirib

Tanınmış aktyordan ŞOK İTTİHAM: Dövlət Vəsaitlərini Mənimsəyən ‘Briqada’ Var!

ABŞ Mərkəzi Bankının Sədri Jerome Powell-a Qarşı Cinayət İstintaqı Bitdi: Fed Liderliyi Təminat Altında

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı

Prezident Administrasiyasında may ayı üçün vətəndaş qəbulu cədvəli açıqlandı: Kimlər qəbul edəcək?

Yenilənmiş “Azərsun Arena”dan möhtəşəm görüntülər: Stadion yeni mövsümə hazır!

“Tottenhem” psixoloji dəstək axtarışında: Komandanın uğursuzluqlarına son qoymaq niyyəti

Paşinyana Şok İttiham: Karapetyan Onu “Alçaq” Adlandırdı

Tehran səmasında gərgin anlar: Hava Hücumundan Müdafiə qüvvələri işə düşdü

İranın yüksək səviyyəli diplomatı Əraqçi Pakistana səfər edir: Gərgin regionda danışıqlar

Erməni mətbuatı şok iddia ilə çıxış etdi: Zəngəzur dəhlizi boyunca qızıl və dəmir mədənləri Azərbaycana veriləcək?

İranın Xarici İşlər Naziri Arakçi İslamabad, Maskat və Moskvaya gedir: Yeni danışıqlar masası qurulur?

Mersin: Türkiyənin Döyünən Ürəyi – Turizm və İqtisadiyyatın Qovşağı

“Azercell” Avtonom Şəbəkələr Təşəbbüsünə Qoşuldu: Rəqəmsal İnqilabda Region Lideri

Rusiya Mərkəzi Bankı İqtisadi Tənəzzülü Hava Şəraitilə Əlaqələndirdi: Bu Nə Dərəcədə Əsaslıdır?

Binədə 9 mənzili talayan şəxs tutuldu: Sakinlər rahat nəfəs aldı

Türkiyə Milli Müdafiə Universitetinin Naxçıvan Ziyarəti: Strateji Əməkdaşlıq Güclənir

Aİ Yaxın Şərqdə Gərginliyin Azaldılmasına Çağırır: Regional Sabitlik Tələbi

ABŞ İrana Nüvə Silahı Əldə Etməyə İcazə Verməyəcək – Rəsmi Vaşinqtondan Açıqlama

Baş nazirdən Əlilliyi Olan Şəxslərin Reyestrinin Aparılması Qaydasına Mühüm Dəyişiklik

İspaniya nəhəngi Santander 40 filialını bağlayır: Səbəb müştəri vərdişlərinin dəyişməsidir

Korsika sahillərində dəniz kirpisi axtararkən minlərlə illik Roma qızıl xəzinəsi aşkarlandı

AFFA Futbol Təhsilini Gücləndirir: Yohan Kroyff İnstitutu ilə Əməkdaşlıq

Klaudio Ranieri “Roma”dan Ayrıldı: Rəsmi Təsdiq

Erməni hərəkat rəhbərindən Azərbaycana qarşı təxribat: Xankəndi kilsəsi iddiaları və qisas çağırışları

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.