Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı

Aprel 24, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Sabunçu rayonunun Zabrat və Məmmədli (Məhəmmədi) qəsəbələri arasında “Kürdəxanı təcridxanasına gedən yol” kimi tanınan ərazidə yerləşən gölün bir hissəsi qurudulub. Vaxtilə avtomobil yoluna qədər uzanan gölün ərazisi son vaxtlar hektarlarla kiçildilib.

“Qafqazinfo”nun əməkdaşları vəziyyətlə yerində tanış olmaq üçün bu günlərdə əraziyə baxış keçirib.

Müşahidələr zamanı gölün xeyli hissəsinin qurudulduğu və həmin ərazidə tikinti işlərinin aparıldığı müəyyən edilib. Lakin bunun hansı qurum tərəfindən, hansı əsasla və hansı icazə ilə həyata keçirildiyi barədə ictimaiyyətə açıqlama verilməyib. Son günlər güclü yağışlardan sonra baş verən subasma halları isə məsələyə diqqəti daha da artırıb.

Elə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun son çıxışını xatırlatmaq yerinə düşər. Sədr dedi ki, Bakı və Abşeron ərazisində bəzi göllər qanunsuz şəkildə qurudulub, zəbt olunmuş yerdə tikintilər aparılıb. Nəticədə, yerin altında qalan su “mina” kimi gözlənilmədən üzə çıxır və subasmalara səbəb olur.

Xəbəri rus dilində oxuyun: Кто и почему осушает озеро в Баку? – ФОТО/ВИДЕО

Agentlik göllərin qurudulmasına cavabdeh qurum olmasa da, mövcud vəziyyətdən narahatdır.

Ərazidə gördüyümüz mənzərə ilə əlaqədar Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Zabrat 2-də yerləşən sözügedən gölün qurudulması insan fəaliyyətinin nəticəsidir: “Həmin gölün bir hissəsinin məişət və tikinti tullantıları ilə doldurulduğu, ərazidə hasarlanma və tikinti işlərinin aparıldığı müəyyən edilib. Bununla da Su Məcəlləsinin və müvafiq qaydaların tələbləri kobud şəkildə pozulub. Aparılan müşahidələr göstərir ki, 2020–2025-ci illərdə gölün su səthində azalma müşahidə olunub. Bu isə problemin yalnız təbii səbəblərlə deyil, insan fəaliyyəti ilə bağlı olduğunu göstərir. Hazırda gölün doldurulmasının qarşısının alınması, nəzarətin gücləndirilməsi və təqsirkarların cəzalandırılması üçün Sabunçu Rayon Polis İdarəsinə, İcra Hakimiyyətinə, Zabrat Bələdiyyəsinə və digər qurumlara müraciət olunub”.

Onu da öyrəndik ki, hazırda daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsində hərtərəfli araşdırma aparılır.

Göl Sabunçu rayonu ərazisində yerləşdiyindən qurudulan yerdə aparılan işlərin Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirildiyi iddia edilir. Lakin icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Cavabını gözlədiyimiz digər mühüm suallar isə hələ də açıq qalır:

Gölün qurudulmasına hansı zərurət olub? Həmin ərazidən gələcəkdə hansı məqsədlə istifadə olunması planlaşdırılır? Aparılan tikinti işləri üçün verilmiş icazənin hüquqi əsasları nədən ibarətdir? Bu müdaxilənin ekoloji riskləri əvvəlcədən nəzərə alınıbmı? Ən əsası, işin məsuliyyətini kim və ya kimlər üzərinə götürüb?

İnanaq ki, ünvanladığımız suallara cavab olaraq ictimaiyyətə aydın açıqlama veriləcək. Təbii ki, o vaxta qədər göl tamamilə yoxa çıxmasa…

***

Sabunçu Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, gölün qurudulmasının qarşısını almaq məqsədilə qurum tərəfindən mübarizə tədbirləri həyata keçirilir, bir sıra işlər görülür.

Sail Ağasəlim

Fotolar: Pərvin Zeynal







Mənbə

Əvvəlki Yazı

Prezident Administrasiyasında may ayı üçün vətəndaş qəbulu cədvəli açıqlandı: Kimlər qəbul edəcək?

Növbəti Yazı

ABŞ Mərkəzi Bankının Sədri Jerome Powell-a Qarşı Cinayət İstintaqı Bitdi: Fed Liderliyi Təminat Altında

EKSKLUZİV

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi – Araşdırma başladı+Yenilənib

24 Aprel 2026 / 22:53
0

UEFA-dan Şok Cəza: Altı Oyunluq Ban DÇ-2026 Ümidlərini Təhlükəyə Atır

24 Aprel 2026 / 22:19
0

Yelo Bank Aİ Sanksiyaları Siyahısına Salındı: Müştərilərə Vacib Bildiriş

24 Aprel 2026 / 22:18
0

Türkiyə XİN: Cənubi Qafqazda Sülh Bəzi Qüvvələrin Ambisiyalarına Güclü Cavabdır

24 Aprel 2026 / 21:46
0

XƏBƏR LENTİ

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi – Araşdırma başladı+Yenilənib

UEFA-dan Şok Cəza: Altı Oyunluq Ban DÇ-2026 Ümidlərini Təhlükəyə Atır

Yelo Bank Aİ Sanksiyaları Siyahısına Salındı: Müştərilərə Vacib Bildiriş

Türkiyə XİN: Cənubi Qafqazda Sülh Bəzi Qüvvələrin Ambisiyalarına Güclü Cavabdır

Yankoviç oyundan sonra hakimə hücum etdi: Futbol dünyasında böyük qalmaqal

Trampın 24 Aprel Müraciəti: ‘Erməni Soyqırımı’ İfadəsinə YER VERİLMƏDİ

VACİB MATÇ ÖNCƏSİ ŞOK XƏBƏR: Əsas oyunçu meydana çıxmayacaq!

Azərbaycan güləşçisi finala yüksəldi!

Jalə Əliyeva Azərbaycana Bürünc Medal Qazandı!

Hikmət Hacıyev Çinin Kiberfəza Naziri ilə Strateji Əməkdaşlığı Müzakirə Etdi

İran üç paytaxta uçuşları bərpa edir: Tehran-İstanbul və Tehran-Maskat reysləri yenidən başlayır

Xankəndidə İctimai Nəqliyyat Şəbəkəsi İşə Düşür: Yeni Avtobus Marşrutları Fəaliyyətdə

Hikmət Hacıyev Çinlə Rəqəmsal Tərəfdaşlığı Gücləndirir: Mühüm Müzakirələr

Bakıda Marşrut Avtobuslarının Hərəkət İstiqamətində Mühüm Dəyişikliklər: Hansı Xətlər Təsirə Məruz Qalır?

Trampın İranla Danışıqlar Təşəbbüsü: Kuşner və Uitkoff Pakistana Gedir

Xankəndidə İctimai Nəqliyyatın Bərpası: Şəhərdaxili Avtobuslar Yola Çıxır

İsrail Trampın Atəşkəs Çağırışına Baxmayaraq Lübnanı Vurdu: Bölgədə Gərginlik Artır

Kenan Yıldız “Milan”la matçı buraxa bilər: “Yuventus”da narahatlıq

Azər Qəribin oğlunun şirkəti böyük vergi borcunda: 230 min manatlıq öhdəlik

İranla gərginlik Aİ-yə baha başa gəlir: 25 milyard avro itki

Ərdoğan: “Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir”

Etibar Əliyevdən cəmiyyətimizin acı reallığı: Kitab hədiyyəsi niyə istehza ilə qarşılanır?

İsrail ordusu Livan sərhədində “Hizbullah” mövqelərinə zərbələr endirib

Tanınmış aktyordan ŞOK İTTİHAM: Dövlət Vəsaitlərini Mənimsəyən ‘Briqada’ Var!

ABŞ Mərkəzi Bankının Sədri Jerome Powell-a Qarşı Cinayət İstintaqı Bitdi: Fed Liderliyi Təminat Altında

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? – Araşdırma başladı

Prezident Administrasiyasında may ayı üçün vətəndaş qəbulu cədvəli açıqlandı: Kimlər qəbul edəcək?

Yenilənmiş “Azərsun Arena”dan möhtəşəm görüntülər: Stadion yeni mövsümə hazır!

“Tottenhem” psixoloji dəstək axtarışında: Komandanın uğursuzluqlarına son qoymaq niyyəti

Paşinyana Şok İttiham: Karapetyan Onu “Alçaq” Adlandırdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.