Bu gün UEFA Çempionlar Liqası yarımfinal mərhələsində daha bir maraqlı qarşılaşma baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, günün oyununda “Atletiko Madrid” doğma meydanda “Arsenal”la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, yarımfinalın ilk oyun günündə PSJ doğma meydanda Bavariya üzərində 5:4 hesablı qələbə qazanaraq üstünlük əldə edib.
***
Matç başladı.
***
Viktor Gyökeres 44-cü dəqiqədə penaltidən fərqlənir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
56-cı dəqiqədə Xulian Alvarez penaltidən fərqlənərək hesabı bərabərləşdirir.
***
Matç 1:1 hesablı bərabərliklə başa çatır.









