Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Azərbaycan Deflimpiya hərəkatı – Qısa müddətdə böyük uğur

Aprel 30, 2026
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycan Deflimpiya Komitəsinin 2023-cü ilin oktyabrında təsis edilməsi ölkəmizdə inklüziv idman mühitinin formalaşmasında yeni bir mərhələnin əsasını qoydu. Bu addım eşitmə məhdudiyyətli idmançıların cəmiyyətə inteqrasiyası və onların peşəkar səviyyədə özlərini təsdiq etməsi üçün mühüm platforma rolunu oynayır. Əsas məqsəd yalnız yarışlara qatılmaq deyil, həm də idman vasitəsilə bu kateqoriyadan olan şəxslərin reabilitasiyasını və bərabərhüquqlu sosial statusunu təmin etməkdir.

“Qafqazinfo” xəbər verir ki, bu qısa zaman kəsiyinə baxmayaraq, əldə olunan nəticələr komitənin fəaliyyətinin səmərəliliyini artıq sübut edib. Yaradılan şərait və sistemli yanaşma idmançılarımızın beynəlxalq arenalarda dövlət bayrağını yüksəltməsinə birbaşa yol açıb.

İlk tarixi uğur

Ölkə rəhbərliyi tərəfindən bu nailiyyət yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Coşqun Əliyev idmanda göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edildi. Bu, dövlətin hər bir idmançısına, həmçinin də deflimpiyaçıların əməyinə verdiyi xüsusi önəmin təzahürüdür.

Dünya çempionatında tarixi nəticələr

Komitənin Deflimpiya Oyunları proqramına daxil olan müxtəlif idman növlərini inkişaf etdirməsi, idmana cəlb edilmiş eşitmə məhdudiyyətli şəxslərin təlim-məşq toplanışlarına cəlb edilməsi, bir sıra federasiyalarla əməkdaşlıq çərçivəsində deflimpiyaçıların ölkəmizin heç bir məhdudiyyəti olmayan komandaları ilə birlikdə məşq prosesinin təşkil edilməsi, vitaminizasiyasının, tibbi reabilitasiyasının təmin edilməsi və ümumiliklə hazırlıq prosesinin düzgün təşkili deflimpiyaçıların gələcək uğurlarının təməlini qoyub. 

Ardıcıl uğurlar Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Şotokan Federasiyasının (WSF) versiyası üzrə karate idman növündə dünya çempionatında da davam etdi. 24-26 aprel tarixlərində Deflimpiya Komitəsinin dəstəyi, baş məşqçi Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi altında çempionata qatılan komandamız möhtəşəm nəticə göstərdi. 10 idmançı ilə qatıldığımız çempionatda deflimpiyaçılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Vətənə qələbə ilə döndülər. Hikmət Ağayev (+18 yaş, -75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite), Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) qızıl, Aytən Qədirova (kata), Nizaməddin Əzimzadə (14–17 yaş, -60 kq, kumite) gümüş, Əliəkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) isə bürünc medal qazandılar. Bu tarixi nəticə Azərbaycan Deflimpiya Komitəsinin düzgün inkişaf strategiyası yürütdüyünü bir daha nümayiş etdirdi.

Növbəti hədəflər

Görülən işlərin məntiqi davamı olaraq, komitənin hazırkı mərhələdə əsas hədəflərindən biri bu kateqoriyadan olan vətəndaşlarımızın idmana cəlb edilməsini genişləndirərək kütləviliyə nail olmaqdır. Bu istiqamətdə komitə tərəfindən yeniyetmə və gənc eşitmə qabiliyyəti məhdud olan şəxslərin idmanla məşğul olması məqsədilə paytaxtımızda və regionlarda şəraitin yaradılmasına dair müxtəlif tərəfdaşlarla danışıqlar aparılır. Bu məqsədlər üçün Komitə eşitmə qabiliyyəti məhdud olan şəxslərlə işləyən bir sıra ictimai birliklər vasitəsilə cəmiyyətdə deflimpiya hərəkatı barədə maariflənməni artırmaq istiqamətində də fəaliyyət göstərir.

Təbii ki, bununla yanaşı Komitə mövcud idmançıların təcrübəsinin artırılmasına da böyük əhəmiyyət verir. Məhz bu səbəbdən Komitə müxtəlif idman növlərində idmançılarımızın beynəlxalq çempionatlarda və turnirlərdə iştirakının maksimum təmin edilməsinə çalışır. Belə ki, Komitənin dəstəyi ilə cari ilin may ayında eşitmə qabiliyyəti məhdud olan şahmatçılarımız İspaniyanın Roquetas de Mar şəhərində Beynəlxalq Karlar Şahmat Komitəsi (ICCD) tərəfindən təşkil edilən 20-ci Dünya Karlar Şahmat Çempionatına yollanacaqlar. Bu mötəbər çempionatda iştirakın özü şahmatçılarımız üçün böyük bir təcrübə olacaq.

Cari ilin sonunadək digər idman növlərində də deflimpiyaçılarımızın beynəlxalq yarışlarda, o cümlədən bu ilin sonlarında ölkəmizdə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında keçirilməsi planlaşdırılan Avropa Karlar Cüdo Çempionatında (European Deaf Judo Championship) iştirakı gözlənilir.

İdmançıların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası fonunda qazanılan bu uğurlar Azərbaycanın inklüziv cəmiyyət quruculuğundakı uğurlarının göstəricisidir. Bu işdə komitəyə və deflimpiyaçılarımıza gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Mənbə

Əvvəlki Yazı

ABŞ Müdafiə Naziri Konqresi Qəzəbləndirdi: İran Müharibəsi Üçün 1.45 Trilyon Dollarlıq Büdcə Tələbi

Növbəti Yazı

ABŞ-dan İrana Mesaj: İqtisadi Zərər 6 Milyard Dolları Aşıb

EKSKLUZİV

Trampı əsəbləşdirən “86 47” sirri: FBI-ın keçmiş rəhbərindən sərt mesaj

30 Aprel 2026 / 14:54
0

Suriya Keçid Hökumətindən Tarixi Addım: Tadamun Qətliamının Sorumlusu Məhkəmə Qarşısında

30 Aprel 2026 / 14:53
0

İspaniyanın 16 Sakinli Kəndi Turizm Möcüzəsinə İmza Atır: Kənd İnkişafının Yeni Modeli

30 Aprel 2026 / 14:53
0

Nadir Fenomen: Balıqçı 50 Milyonda Bir Görünən İki Rəngli Xərçəng Tutdu

30 Aprel 2026 / 14:52
0

XƏBƏR LENTİ

Trampı əsəbləşdirən “86 47” sirri: FBI-ın keçmiş rəhbərindən sərt mesaj

Suriya Keçid Hökumətindən Tarixi Addım: Tadamun Qətliamının Sorumlusu Məhkəmə Qarşısında

İspaniyanın 16 Sakinli Kəndi Turizm Möcüzəsinə İmza Atır: Kənd İnkişafının Yeni Modeli

Nadir Fenomen: Balıqçı 50 Milyonda Bir Görünən İki Rəngli Xərçəng Tutdu

Eşli Yanq karyerasını bitirir: 40 yaşında son matçına çıxacaq

İran Azərbaycana qarşı: Tehranın “düşmən” axtarışı və regionda gərginlik

Abovyanın təxribatçı iddiası: “Azərbaycan və Türkiyə ermənilərə Naxçıvan modelini tətbiq edəcək”

İsrailin “Sumud” Donanmasına Hücumu: 18 Türkiyə Vətəndaşı Saxlanıldı

Finoko BOKT-a Cərimə: Yol Hərəkəti Sorğusuna Cavabsızlıq

Ukrayna Permdə neft infrastrukturuna yenidən dron zərbəsi endirdi

AVROPADA KORRUPSIYA ZƏLZƏLƏSİ: Aİ Rusiya və Ermənistan lobbisinin alətinə necə çevrilib?

İsrail Livanın Cənubuna Zərbələr Endirdi: Bölgədə Gərginlik Pikə Çatır

Kiyev Rusiyanın 1500 kilometr uzaqlıqdakı neft zavodunu hədəf aldı: Moskvaya ciddi xəbərdarlıq

Paşinyan Ermənistanın “Kasıb Qohum” Statusundan Qurtulması Üçün Çağırış Etdi: İqtisadi Müstəqillik Vurgulanır

Mayamidə Trampın 7 Metrlik Qızıl Heykəli Ucaldıldı: Kripto Maliyyəsi və Pasportlarda Portret Qərarı

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib

Okamponun videoetirafı – “Paşinyanı uzaqlaşdırmaq lazımdır”

180 illik ‘Axmaq Qızılı’ sirri açıldı: Dünyanın ən böyük Lityum yatağı kəşf edildi

İsrail Aralıq Dənizində 18 Türk Aktivisti Və 5 Gəmini Saxladı

Prezident İlham Əliyev Azərbaycan güləşçilərini qəbul etdi: Zəfər ruhu və yeni hədəflər

Prezident Əliyevdən Avropaya Mesaj: “Hər kəs Azərbaycanın Qələbəsinə Sevinmir”

Qarabağdan sərt mesaj: “Ehtiyatda qalan futbolçu yoxdur, Şəfaya yol açıqdır”

Skott Parker istefaya göndərildi

Prezident İlham Əliyev Avropa Çempionu Güləşçilərimizi Qəbul Etdi

Atlantik Okeanında itən sirli gəmi səhranın altından çıxdı: İçində saysız xəzinə var, amma heç kim yoxdur!

Prezident Əliyev: Azərbaycan idmançılarına qarşı ədalətsizliklər yolverilməzdir!

“Ana Ermənistan” Partiyasından Bakıya səfir təyinatı təklifi: Arsen Torosyan namizəd

Prezident İlham Əliyev Çempion Güləşçiləri Təbrik Etdi: İdmançılarımız Dünya Arenasında Şərəfimizi Ucaldır

Zelenski Putinin atəşkəs təklifini rədd etdi: “Qoşunları dayandırmaq üçün hiylədir”

Medvedevdən sərt mesaj: Rusiyanın yalnız iki müttəfiqi var – Ordu və Donanma

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.