Şimali Koreyada yerləşən “Rungrado 1 May Day” stadionu 114 min tamaşaçı tutumu ilə dünyanın ən böyük stadionu hesab olunur. Lakin bu nəhəng tikilidə futbol matçları keçirilmir.
“Qafqazinfo” xəbər verir ki, 1989-cu ildən fəaliyyət göstərən stadion yuxarıdan baxıldıqda maqnoliya çiçəyinə bənzəyən arxitekturası ilə diqqət çəkir. Həcminə görə dünyada birinci olması ilə yanaşı, istifadəsi ilə də fərqlənir.
Stadionun əsas funksiyası böyük tədbirlərə ev sahibliyi etməkdir. Xüsusilə məşhur “Arirang” şouları zamanı minlərlə insan eyni vaxtda səhnəyə çıxır, tribunalarda kart nümayişləri ilə nəhəng vizuallar yaradılır. Bu tədbirlər zamanı stadionun 114 min tutumu, demək olar ki, tam istifadə olunur.
“Rungrado 1 May Day” stadionu isə ölçüsü ilə rekordlar qırsa da, futbola ev sahibliyini etməməsi ilə fərqlənir və Şimali Koreyanın nəhəng şou mərkəzi kimi tanınır.















