Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Azərbaycanda yeni mərkəz qurulur – DETALLAR

İyul 29, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59

Azərbaycanda son dövrlərdə tibb sahəsində bir sıra yeniliklərə imza atılıb.

Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri nazir Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində səsləndirib.

“İlk olaraq, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yenidən qurulmuş və əhalimizin xidmətinə təqdim edilmiş Plastik, rekonstruktiv və üst çənə cərrahiyyəsi şöbəsini qeyd etmək istərdim. Digər tərəfdən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik, estetik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub. Ən müasir avadanlıqlarla təchiz edilib və artıq fəaliyyətə başlayıb. Həmin klinikada çox ciddi rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yanıqlardan və böyük, iri həcmli əməliyyatlardan sonra tələb olunan rekonstruktiv əməliyyatlar məhz həmin mərkəzdə həyata keçirilir. İlk qeyd etdiyim Elmi Cərrahiyyə Mərkəzində yaradılmış şöbədə isə üst çənə cərrahiyyəsi sahəsində regional bir sıra ilklərə imza atılıb, böyük rekonstruktiv üz və çənə əməliyyatları icra olunub”.

Nazir qeyd edib ki, bu iki mərkəz məhz klinik baza kimi nəzərdə tutulub:

“Biz bu iki mərkəzi yaradaraq onları məhz klinik baza kimi düşündük ki, rezidentlərimiz layiqli şəraitdə bu ixtisaslar üzrə öz hazırlıqlarını keçə bilsinlər. Digər məqam Elmi-Tədqiqat Kardioloji İnstitutunda İnvaziv kardiologiya və kardiocərrahiyyə şöbəsinin açılmasıdır. Həmin institutda davamlı olaraq digər müasirləşdirmə prosesləri gedir, yeni avadanlıqlar alınır və quraşdırılır. İnanıram ki, yaxın zamanda yeni bir ilkə də imza atacağıq. Onu da sizə deyərik, xəbəriniz olacaq, açılışa da dəvət edəcəyik”.

T.Musayev onu da diqqətə çatdırıb ki, digər məsələ dünyada aktiv şəkildə tətbiq olunmağa başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyasıdır:

“Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq”.

Nazir onu da əlavə edib ki, Azərbaycanın transplantologiya sahəsində beynəlxalq müstəvidə də təşəbbüsü olub:

“Bu, Türk Dövlətləri Təşkilatının üzv ölkələri və müşahidəçi qismində iştirak edən ölkələr arasında “Türk Transplant” adlanan vahid informasiya platformasının qurulması idi. 2023-cü ildə bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürüldü. Bütün qardaş ölkələr tərəfindən bu təşəbbüs çox müsbət qarşılandı. Platformanın işə salınması, onun beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsi və transsərhəd məlumat mübadiləsinin düzgün təşkilinə dair əsas addımlar atılıb. Üzv və müşahidəçi qismində iştirak edən ölkələrin ümumi əhalisi 170 milyonu aşır. İlkin mərhələdə bu, əsasən sümük iliyi transplantasiyasına ehtiyacı olan resipiyentlərin və mümkün donorların vahid reyestrinin formalaşdırılmasını nəzərdə tutur. İlk mübadilələr başlayandan sonra solid orqanlarda ilkin mərhələdə çarpaz transplantasiya nəzərdə tutulur. Yəni bu baxımdan düşünürəm ki, bunun qardaş ölkələr arasında, həqiqətən də, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu olacaq”, – nazir əlavə edib.

Nazirin sözlərinə görə, hüceyrə mərkəzinin açılışı bir il yarımdan tez olmayacaq:

“Orada müəyyən addımlar atılmalıdır. Pilot kimi həyata keçirilə bilər, lakin əsaslı yanaşma tələb edir. Yəni burada yalnız texniki infrastrukturun olub-olmaması deyil, burada çalışan insanların vahid standartlar əsasında fəaliyyət göstərməsi də vacibdir. Hər bir yeni üsulu güvənli əllərlə təqdim etmək lazımdır ki, insanların inamı da olsun, böyüsün və həqiqətən də müsbət nəticələri görək”, – deyə T.Musayev əlavə edib.

Əvvəlki Yazı

“Real Madrid” qazancına görə öz rekordunu yenilədi

Növbəti Yazı

Keçid ballarında dəyişiklik olacaq?

EKSKLUZİV

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

29 İyul 2026 / 14:30
0
Azərbaycana ən çox turist bu 5 ölkədən gəlir

Azərbaycana ən çox turist bu 5 ölkədən gəlir

29 İyul 2026 / 14:14
0
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

29 İyul 2026 / 14:00
1
17 dövlətin vətəndaşları Azərbaycana vizasız gələ bilir

17 dövlətin vətəndaşları Azərbaycana vizasız gələ bilir

29 İyul 2026 / 13:46
1

XƏBƏR LENTİ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycana ən çox turist bu 5 ölkədən gəlir

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

17 dövlətin vətəndaşları Azərbaycana vizasız gələ bilir

Dövlət Xidməti 850 əcnəbini ölkədən məcburi çıxardı

Ali məktəblərə ixtisas seçimi bu tarixdə başlayacaq

Ətin qiyməti bahalaşıb – VİDEO

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

Keçid ballarında dəyişiklik olacaq?

Azərbaycanda yeni mərkəz qurulur – DETALLAR

“Real Madrid” qazancına görə öz rekordunu yenilədi

Həkimlər sertifikatı imtahansız əldə edə biləcəklər

Cəhənnəm memarları cənnət axtarışında…

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Kirayə mənzil fonduna daha 184 mənzil əlavə olundu

Hansı qruplarda 700 bal toplanılıb, hansında yox…

“Apple” yenidən birinci oldu

17 nəfər maksimal bal topladı – DİM

Şəhid oğlunun iddiaları ilə bağlı – Rəsmi açıqlama

İtaliya millisinin yeni baş məşqçisi bəlli oldu

İşləyənlərin diqqətinə – Avqustun qeyri-iş günləri

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Bu şəxslərin maaşı artırılacaq

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Azərbaycan nefti 96 dollara satılır

Pulsuz çimərlikdə “yemək-içmək qadağası” – qanun nə deyir?

Çindən gətirilən 2 tonluq məhsul məhv edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.