Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Kazanda 22-24 oktyabrda keçiriləcək BRİKS sammitinə dəvəti təsdiqləyib.
Cumhuriyyet.az xəbər verir ki, Putin bu barədə Paşinyanla Kremldə keçirilən görüşündə deyib.
“Mən sizi Kazanda BRİKS sammitində gözləyirəm. Ümid edirəm ki, çoxlu əlaqələr baxımından bu, həm faydalı, həm də maraqlı olacaq”, – Putin bildirib.
Qeyd dək ki, biraz öncə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.