Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil

Avqust 19, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10

Rusiyanın bəzi media resurslarında Azərbaycana, o cümlədən xalqımıza, ölkə rəhbərliyinə və milli dəyərlərimizə qarşı açıq şəkildə təhdid xarakterli və düşmənçilik ritorikası ilə müşayiət olunan materialların yayılması ciddi narahatlıq doğurur.
Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan dövlətçiliyinə, ölkəmizin ərazi bütövlüyünə və konstitusiya quruluşuna qarşı zorakı çağırışların səsləndirilməsi artıq adi media mübahisəsi çərçivəsindən kənara çıxır. Azərbaycan Baş Prokurorluğunun o fikri səsləndirən şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görməsi də məsələnin ciddiliyini göstərir.

Aparılan bu kampaniyalara ayrı-ayrı şəxslərin məsuliyyətsiz açıqlamaları kimi baxmaq olmaz. Mənim fikrimcə, bu, xüsusi hazırlanmış və Rusiyanın siyasi elitası ilə razılaşdırılmış siyasi kursun tərkib hissəsidir. Sadəcə, bu siyasi mesajlar müxtəlif media platformaları və ayrı-ayrı şəxslər vasitəsilə verilir. Bunun əsas səbəbi isə Azərbaycanın müstəqil siyasi kursu, milli maraqlarını ardıcıl və prinsipial şəkildə müdafiə etməsidir.
Ekspert vurğulayıb ki, biz bunu Rusiya xalqının və ya bütövlükdə Rusiya cəmiyyətinin münasibəti kimi qəbul etmirik. Azərbaycan və Rusiya xalqları arasında tarixən formalaşmış humanitar və insani əlaqələr mövcuddur. Söhbət konkret olaraq Azərbaycan dövlətinə qarşı düşmənçilik, təhdid və təxribat dilindən istifadə edən şəxslərdən, informasiya platformalarından, eləcə də bu prosesin arxasında dayanan məqsədlərdən və onu formalaşdıran siyasi yanaşmalardan gedir.
Azərbaycanın müstəqil siyasi qərarları heç bir xarici media qurumunun və ya siyasi dairənin razılığından asılı deyil. Ölkəmiz öz milli maraqlarına əsaslanan siyasət yürüdür və bu siyasi kursu kənardan formalaşdırmaq mümkün deyil.
Əgər kimlərsə informasiya təzyiqi, təhqir və təhdid yolu ilə Azərbaycanı öz siyasi mövqeyindən geri çəkindirməyə çalışırsa, yanılır. Azərbaycan dövləti belə cəhdlərə hüquqi və siyasi müstəvidə adekvat cavab vermək imkanına və iradəsinə malikdir.

Rəfail Becanov diqqətə çatdırıb ki, Azərbaycanı öz məqsədlərindən, milli maraqlarından və siyasi xəttindən yayındırmaq mümkün olsaydı, bunu Qarabağ münaqişəsi zamanı etməyə çalışanlar öz istəklərinə nail olardılar. 30 il ərzində eyni siyasi kurs davam etdirildi. Lakin Azərbaycan bütün təzyiqlərə və etirazlara baxmayaraq, öz torpaqlarını azad edəcəyini bəyan etdi və bu məqsədindən geri çəkilmədi.
Nəticədə nə baş verdi? Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Ona görə də Rusiya siyasi dairələri də başa düşməlidirlər ki, Azərbaycan heç bir xarici təzyiq qarşısında öz müstəqil siyasi kursundan geri çəkilməyəcək. Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil.

Əvvəlki Yazı

Bunu edənlər vergi ödəməyəcək – Rəsmi

EKSKLUZİV

Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil

Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil

19 Avqust 2026 / 20:48
2
Bunu edənlər vergi ödəməyəcək – Rəsmi

Bunu edənlər vergi ödəməyəcək – Rəsmi

19 Avqust 2026 / 16:00
0
Nümunəvi dövlət kitabxanalarının sayı çox azdır – Nazir

Nümunəvi dövlət kitabxanalarının sayı çox azdır – Nazir

19 Avqust 2026 / 15:48
0
Azərbaycan Əfqanıstanı təbrik etdi

Azərbaycan Əfqanıstanı təbrik etdi

19 Avqust 2026 / 15:30
0

XƏBƏR LENTİ

Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil

Bunu edənlər vergi ödəməyəcək – Rəsmi

Nümunəvi dövlət kitabxanalarının sayı çox azdır – Nazir

Azərbaycan Əfqanıstanı təbrik etdi

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ – Hər addımınız izlənəcək!

Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR

Boşanmaların ən yüksək olduğu RAYON

Sabah Azərbaycana dolu düşəcək

Bakıda 39 094 uşaq I sinfə qəbula yazılıb

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Qurban Qurbanov: Həmin stadionda xoş xatirəmiz var

Sabah 38 dərəcə isti olacaq

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

“Telegram” istifadəçilərinə xoş xəbər

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Real və Barselona Serxio Martineslə maraqlanır

Əraqçi: Müvəqqəti atəşkəs müharibənin təkrarlanması deməkdir

Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq

Bir milyona yaxın avtomobildə NASAZLIQ aşkarlandı

“Real Madrid” Mourinyonu təqdim etdi

Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

Avropada böhran: Miqrasiya dalğası arta bilər…

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır

Abdullah Gül sükutu pozdu, Ərdoğana təşəkkür etdi

Azərbaycanda bəzi qurumlara kiberhücum cəhdləri olub

Azərbaycan CNN-i məhkəməyə verdi

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.