Azərbaycanın tikinti şirkəti “Diadem” ASC 2025-ci ildə 6 mln 470 manat zərər edib. 2024-cü ildə isə şirkətin zərəri 5 mln 504 min manat olub.
Ölkə.az-ın xəbərinə görə, şirkətin kapitalı mənfiyə düşüb və -6 mln 878 min manata çatıb.
Məlumata görə, şirkətin balans hesabatında anormal vəziyyət yaranıb və cəmi öhdəlikləri 115 mln 944 min manatlıq cəmi aktivlərini üstələyərək 122 mln 822 min manat təşkil edib.
2025-ci ilin əvvəli ilə müqayisədə şirkətin işçilərinin sayı 57 nəfər azalaraq 233-ə enib.
Qeyd edək ki, “Diadem” ASC bina və qurğuların, inşaat konstruksiyalarının memarlıq layihələndirilməsi, qeyri-yaşayış binalarının tikintisi xidmətlərini göstərir və səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25%).
Onu da qeyd edək ki, əsas səhmdarlardan olan Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.
Könül









