Cəmiyyət

Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub

27

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibi olan, *Gənclər üçün inkişafyönümlü təlim proqramı keçirilib*

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "DNT HUB" MMC-in təşkilatçılığı və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin tərəfdaşlığı ilə həyata keçirilən "TalentHub" layihəsi çərçivəsində 3 saylı ASAN xidmət mərkəzində gənclər üçün üç istiqaməti əhatə edən təlim proqramı təşkil olunub.

Təlimin məqsədi gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, onların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarını gücləndirmək, eləcə də fərdi potensiallarının üzə çıxarılmasına şərait yaratmaq olub. Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin inkişafı, məşğulluq imkanlarının artırılması və cəmiyyətin həyatında fəal iştirakının təşviqinə töhfə vermək layihənin əsas hədəfləridir.

Proqram çərçivəsində gənclər "Şəxsi brendinq", "Korporativ mühitdə idarəetmə", "Auditoriya qarşısında çıxış" mövzuları üzrə təlimlərdə iştirak ediblər

Təlimlər korporativ kommunikasiya və layihələrin idarə olunması üzrə mütəxəssis Arif Rəhimli tərəfindən keçirilib. İnteraktiv formatda təşkil olunan sessiyalar zamanı iştirakçılar praktiki çalışmalar və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək, fərdi yanaşmalarını inkişaf etdirmək və peşəkar mühitdə qarşılaşa biləcəkləri situasiyalara hazırlaşmaq imkanı əldə ediblər.

Layihə çərçivəsində iştirakçıların inkişafının davamlılığını təmin etmək məqsədilə xüsusi təşviq mexanizmi də tətbiq olunub, fəallığı, təşəbbüskarlığı və inkişaf motivasiyası ilə seçilən 6 gəncə xüsusi hədiyyələr təqdim edilib.

“TalentHub” layihəsinin rəhbəri Füsun Bağırlıdır. Layihə gənclərin şəxsi brendinq, kommunikasiya, korporativ idarəetmə və karyera inkişafı istiqamətlərində bilik və bacarıqlarını artırmaqla onların gələcək peşəkar fəaliyyətlərinə daha hazırlıqlı olmalarına töhfə verməyi qarşıya məqsəd qoyur.

Qeyd edək ki, "TalentHub" layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "DNT HUB" MMC tərəfindən həyata keçirilən, gənclərin inkişafına, onların potensialının üzə çıxarılmasına və peşəkar imkanlarının genişləndirilməsinə yönəlib.

Oxşar xəbərlər

↑