Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib – Prezidentə və İnam Kərimova ŞOK müraciət…

Dekabr 30, 2024
A A

REDAKTORUN SEÇİMİ

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev “Sahil – S İnşaat” şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb. Anaxeber.info-ya məlumat verən zərər çəkənlərin sözlərinə görə, 2 ildir davam edən məhkəmə prosesinə sədrlik hakim Əli Məmmədovda idi. Onun prosesə sədrlik etdiyi dövrdə təqsirləndirilən şəxs barəsində heç zaman belə qərar çıxarılmayıb. İş hakim
Elnur Rzayevə verildikdən sonra məhkəmənin ilk günü məlum qərarı çıxarıb. Zərər çəkənlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova, həmçinin, Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət edərək hakim Elnur Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərardan narazılıq bildiriblər. Onlar dələduzluq əməlləri sübuta yetirilmiş Pənah Kərimovun ev dustaqlığına buraxılmasını hakim Elnur Rzayevin qanunsuz qərarı hesab ediblər. Müraciətdə vurğulanıb ki, şirkətin sahibi Taley Alaverdiyevdir, 2018-ci ildə Yeni Günəşli ərazisində binanın tikintisinə başlanıb. Pənah Kərimov isə şərik kimi 2021-ci ildə, yəni üç il sonra bu işlərə qoşulub. Sakinlərin bildirdiyinə görə, elə Pənah Kərimovun binanın işlərinə girişməsindən sonra bir mənzilin bir neçə şəxsə satılması halları olub. Buna qədər heç bir dələduzluq, fırıldaq əməli yox idi. İndisə belə bir şəxsin ev dustaqlığına buraxılması yolverilməz haldır. Zərər çəkənlər arasında məhkəmə prosesində iştirak edənlər olub. Onlar Pənah Kərimovun ev dustaqlığına buraxılmasına etiraz ediblər. Bununla belə, hakim Elnur Rzayev öz bildiyini edib və onu ev dustaqlığına buraxıb.
Prezidentə və Ali Məhkəmə sədrinə üz tutan zərər çəkənlər deyiblər ki, Pənah Kərimovun dələduzluq əməlləri prokurorluğun apardığı istintaqla sübut edilib, 165 ailənin zərər çəkdiyi isbat olunub, məhkəmənin qərarı ilə həm Taley Alaverdiyev, həm Pənah Kərimov barəsində həbs qətiimkan tədbiri seçilib. Bu müddətdə istintaq aparılıb, sonra hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmə istintaqı aparılıb, lakin hökm oxunmayıb. Amma elə ki iş hakim Elnur Rzayevə verilib, ilk gündən Pənah Kərimov azad edilib. Müraciətdə deyilir: “Cənab Prezident və möhtərəm Ali Məhkəmə sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev özbaşınalıq edib. Hakim dələduzluqda ittiham olunan şəxsi özünün ilk məhkəməsində necə azad edə bilər? Hansı məhkəmə-hüquq sistemində görünüb ki,  təqsirləndirilən şəxs barəsində belə tezliklə ev dustaqlığı qərarı verilsin? Ən azı bir neçə proses olmalıdır, zərər çəkənlər dindirilməlidir. Bu fakt Azərbaycan məhkəmələrinin və hakimlərinin nə vəziyyətdə olduğunu, hansı sifarişlər yerinə yetirdiyini, rüşvətə bulaşdığını, ölkənin məhkəmə sistemini gözdən saldığını, Elnur Rzayev kimi hakimlərin dələduzları, fırıldaqçıları, bir mənzili bir neçə adama satanları müdafiə etdiyini göstərməkdədir. Bu qərar böyük təəssüf doğurur ki, hakim dələduzu qoruyur. Bizim üçün maraqlıdır, hakim Elnur Rzayev hansı maraq qarşılığında bu qərarı verib? Hər halda, biz sadəlövh deyilik ki, hakimin işə obyektiv yanaşdığına inanaq. Pənah Kərimov hakim Elnur Rzayevin qohumu-dostu da deyil ki, ona ürəyi yansın. Deməli, burada maddi maraq güdülüb. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Rzayevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb”.
Müraciətdə Baş Prokurorluğun hakimin qərarından protest verilməsi istənilib və işə Ali Məhkəmə sədri İnam Kərimovun da qarışması xahiş edilib: “Biz dövlətimizə inanırıq. Əminik ki, Elnur Rzayev adlı hakimin dələduzu, 165 ailənin başına oyun açan bir cinayətkarı müdafiə etməsinə aidiyyatı orqanlar tərəfindən reaksiya veriləcək. Biz dövlət başçımızın da məsələ ilə bağlı tapşırıq verəcəyinə güvənirik. Bilirik ki, ölkəmizin başına gələn bu faciəvi hadisə, təyyarəmizin vurulması ilə bağlı cənab prezidentin başı qarışıqdır, amma biz zərər çəkən insanlara qarşı hakimin etdiyi bu hərəkətlə bağlı  müraciətimizə baxılacağını, Prezident Administrasiyasından mövqe bildiriləcəyini gözləyirik. Ona görə prokurorluğun protesti əsasında Pənah Kərimovun yenidən həbsə göndəriləcəyini, məhkəmə istintaqında zərər çəkənlərin də iştirakı ilə ona hökm oxunacağını gözləyirik. Biz 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs – Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik”. Sonda zərər çəkənlər anons ediblər ki, bayram tətilindən sonra hakimin bu qərarına görə PA və Məhkəmə-Hüquq Şurası önünə toplaşaraq etirazlarını bildirəcəklər.

Əvvəlki Yazı

İcra başçısı Prezidentin fərdi təqaüdünə layiq görülmüş Ramiz Tağıyevi və 2024-cü ildə nailiyyət qazanmış bir qrup idmançını Fəxri Fərmanla təltif edib

Növbəti Yazı

Qazaxda icra başçısı “Tərəqqi” medalını sahibinə təqdim edib

EKSKLUZİV

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 / 0:00
0
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 / 21:02
1
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

31 İyul 2026 / 18:19
3
Bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir

Bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir

31 İyul 2026 / 17:40
1

XƏBƏR LENTİ

Azərbaycan dili və əlifbası günüdür

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Azərbaycanda “WhatsApp” yazışmalarını paylaşanlar cəzalandırılacaq

Bu il ixtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı

Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?

Külək nə vaxt zəifləyəcək? – Açıqlama

Bazar günü dövlət qulluğu imtahanı keçiriləcək

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Sabah 39 dərəcə isti olacaq

Köçəryan məhkəmədə Paşinyana uduzdu

ATƏT-in sədri Azərbaycana gələcək

Azərbaycanda 900-dən çox uşağa ananın soyadı verildi

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub – FOTO

Bu komanda ev oyunlarını Xankəndidə keçirəcək

Kürd deputat Ermənistan parlamentində sədrlik edəcək

UEFA FIFA turnirlərinə boykot elan etdi

Həyətdə ot yandırmaq istəyənlər oxusun – 10 min cəriməsi var

Azərbaycan bazarında hansı avtomobillər daha çox satılır?

Qazaxda müşavirə keçirilib

Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.