Cəmiyyət

Külək nə vaxt zəifləyəcək? - Açıqlama

31

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan və arabir güclənən külək bu gün günortadan sonra zəifləyəcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, günortadan sonra mülayim şimal-şərq küləyi əsəcək.

“Mülayim şimal-şərq küləyi avqustun 2-si gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək”, - deyə o vurğulayıb.

Oxşar xəbərlər

↑